“Türk Hava Yolları” ötən ay rekord sayda sərnişinə xidmət göstərib13 Fevral 2018, 14:45 (GMT +4) Bakı, 13 fevral, SalamNews. Cari ilin ötən ayında “Türk Hava Yolları” aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub – 79,8%. Şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37% artaraq 5,7 milyona çatıb.
Şirkətdən SalamNews-a verilən məlumata görə, yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb. Yanvar ayında aviareyslərin ümumi yüklənmə səviyyəsi 7,3 faiz bəndi artaraq 79,8%-ə çatıb, kreslo-kilometrlərin sayı 17% artıb, beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi isə 7,5 faiz bəndi artaraq 78,6% təşkil edib.
Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb. Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29%-lik artım ilə davam edib. Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 45% artlb (tranzit sərnişinlər istisna olmaqla). Yanvar ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 34% artıb.
Artım əsasən Yaxın Şərq (45%), daxili reyslər (44%) və Avropanın (39%) hesabına baş verib. Reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrika müvafiq olaraq 13 faiz bəndi, 1 faiz bəndi, 9 faiz bəndi və 8 faiz bəndi artıb.
|