Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında danışıqlar aparılıb

07 Fevral 2018, 12:19 (GMT +4)

Bakı, 7 fevral, SalamNews. Fevralın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvinin və digər əməkdaşlarının də qatıldığı görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında fəal tərəfdaşlıq, o cümlədən Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, iş yerlərinin diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi çərçivəsində planlaşdırılan fəaliyyətlər və Dünya Bankının Dövlət Statistika Komitəsi ilə həyata keçirdiyi layihələr ətrafında müzakirə aparılıb.

Dünya Bankının nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edildiyini, makroiqtisadi sabitliyin nəinki qorunub saxlanıldığını, eyni zamanda iqtisadi potensialın daha da gücləndirildiyini bildirib. Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin görüldüyünü qeyd edən Komitə sədri bu istiqamətdə statistik informasiya təminatının daha da gücləndirilməsi məqsədilə statistika sistemində aparılmış islahatlar, qazanılmış nailiyyətlər və planlaşdırılan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Dövlət Statistika Komitəsinin təşəbbüsü və Avropa İttifaqının Statistika Bürosuna (Avrostat) rəsmi müraciəti əsasında baş tutan və Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələrində Azərbaycanın milli statistika sisteminin beynəlxalq və Avropa standartlarına əsasən uyğun olduğu rəsmən təsdiq edilib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon səmimi görüşə görə məmnunluğunu ifadə edib. Ölkə iqtisadiyyatının inkişafı və dayanıqlılığın statistik göstəricilərdə qabarıq müşahidə olunduğunu, Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, həmçinin, həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində dünyada inkişaf edən dövlətlər arasında üçüncü yerə layiq görülməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Azərbaycan Respublikasının statistika sisteminin daha da təkmilləşdiriləsi istiqamətində aparılan işlərin müsbət əhəmiyyətini, bununla bağlı Dünya Bankı tərəfindən zəruri dəstək göstəriləcəyini vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSK sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb

Tahir Budaqov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri ilə görüşüb

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır - Tahir Budaqov

DSK sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb

Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir

Tahir Budaqov Cenevrədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir

DSK sədri Tahir Budaqov Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreyadan olan nümayəndə heyəti ilə görüşüb

Sədr Tahir Budaqov Banqkokda mühüm tədbirlərdə iştirak edib

Azərbaycanda kütləvi kitabxanaların 33 milyon kitab fondu var - Tahir Budaqov

Tahir Budaqov: "Tvinninq layihəsinin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək" (FOTO)

Dövlət daim qadın zorakılığına qarşı mübarizəni diqqətdə saxlayır - Tahir Budaqov

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66