Mobil versiya RU AZ
_




DÜNYA » İQTİSADİYYAT

“Türk Hava Yolları” yeni reklam çarxını təqdim edib (VİDEO)

06 Fevral 2018, 14:19 (GMT +4)

Bakı, 6 fevral, SalamNews. Dünya aviasiya sənayesində ən nüfuzlu təşkilatlardan biri olan “Skytrax” şirkətinin apardığı tədqiqatların nəticələrinə görə, 6 il ərzində "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görülən “Türk Hava Yolları” yeni reklam çarxını ilk dəfə bu həftə Amerika televiziyasında ən məşhur şou sayılan ABŞ Milli Futbol Liqasının final qarşılaşması (Superboul) zamanı nümayiş etdirib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, milli aviadaşıyıcının uçuşlar həyata keçirdiyi ölkələrin əksəriyyətində yayımlanacaq çarxının rejissoru danimarkalı Martin Aamund olub. Çəkilişlər ay ərzində Şimali Avropa, Afrika və Uzaq Şərqin müxtəlif mövqelərində şimal şəfəqin çəkilişlərində 0 dərəcədən aşağı Böyük Səhradakı müsbət 50 dərəcəyədək temperaturları əhatə edən ekstremal hava şəraitində keçirilib.

Çarx insan bədəninin müxtəlif şəraitdə özünü necə hiss etdiyindən bəhs edir. "Dünyaya geniş baxın" şüarı tamaşaçı üçün beş hiss vasitəsi ilə ətraf aləmi və özünü tədqiq etmək çağırışdır. Hisslər bizə dünyanı dərk etmək üçün unikal imkan yaradır. Lamisə, iybilmə, eşitmə, görmə və dad olduğunuz yeri canınıza çəkmək və bununla yaddaşınızda həmişəlik həkk olunan qeyri-adi təcrübə əldə etmək üçün beş sehrli üsullardandır. Məhz beş hiss bizim üçün ən əziz olan və bizə zaman arasında səyahət etməyə kömək edən xatirələrə dalmaq imkanı yaradır.

Maraqlıdır ki, belə bir sehrli səyahətə bizi hətta çiçəyin qoxusu və ya ədviyyatın dadı kimi kiçik bir detal ruhlandıra bilər. "Beş hiss" kampaniyası tamaşaçıları daxilimizdə yerləşən bütöv kainat və möcüzəli planet qarşısında ehtiram hissi yaşamağa sövq edir.

“Türk Hava Yolları”nın marketinq üzrə direktoru Ahmet Olmuştur yeni kampaniyanin debütunu belə şərh edib: “Digər aviaşirkətlərdən daha çox ölkələrə uçuşlar həyata keçirən şirkət kimi biz tam əminik ki, missiyamız sərnişinlərimizi sadəcə mənzilbaşına çatdırmaqdan daha qlobaldır. Biz onları ətraf aləmi və özlərini tanımağa ruhlandırmaq istəyirik.

“Beş hiss"; adlı kampaniyamız yeni kəşflər vasitəsi ilə fərəh hissini tam duymağa istiqamətləndirilib. Biz tanınmış adamların iştirakı ilə kampaniyalarımızın nəticələri və onlara qarşı yaranan münasibət ilə tamamilə razıyıq. Morqan Frimanın iştirakı ilə keçənilki kampaniyamız çox populyar olub, indi isə biz Dr. Oz ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirik. Əminəm ki, biz liderliyimizi qoruyub saxlayacağıq və dünyanı yeni kəşflərə ruhlandıra biləcəyik”. Dr. Oz insanın uçuş zamanı hisslərinin vacibliyini vurğulayıb: “Həyatını insan bədəninin qadir olduğu möcüzələr haqqında məlumatın yayılmasına həsr etmiş bir həkim kimi "Beş hiss" layihəsi çərçivəsində “Türk Hava Yolları” ilə işləməyə çox şadam. Biz birlikdə dünyanın müxtəlif yerlərində əldə edə biləcəyimiz nadir təcrübəni tədqiq edəcəyik və beləliklə bizim auditoriyanın maraq və təəccüb qabiliyyətlərini stimullaşdıracağıq”.

"Beş hiss"2017-ci ildə Morqan Frimanın iştirakı ilə Superboul yarışının fasiləsində nümayiş olunan və “YouTube”da 53 milyon baxış sayı toplayan çarxıdan sonra növbəti reklam kampaniyasıdır.

“Türk Hava Yolları” 2016-cı ildə “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” filminin sponsoru oldu və sponsorluq paketi çərçivəsində ilk dəfə olaraq öz reklamını auditoriyası 800 milyondan artıq insan olan Superboul yarışı zamanı nümayış etdirdi. Milli aviadaşıyıcının Lionel Messi və Kobe Bryantın iştirakı ilə “Kobe Messiyə qarşı: selfi ilə ayırdetmə” adlı daha bir reklam çarxı “YouTube”da onilliyin ən yaxşı reklamı seçilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

THY uçuşlarının sırasına Strasburqu da əlavə edib

THY İstanbul hava limanında beş yeni biznes zal açır

PAŞA Bank THY ilə birlikdə Miles&Smiles kartını təqdim edib

THY “Boeing 737 MAX” tipli sərnişin təyyarələri ilə uçuşları dayandırıb

ATU-nun müəllimi THY-nin “Gülümsəyən həkim” Cəmiyyətinə üzv qəbul edilib

THY ilin sonunadək bütün aviareysləri İstanbulun yeni aeroportuna keçirəcək

THY Bakıdan Nikosiyaya endirimli qiymətə aviabiletlər təklif edir

THY Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

THY 2019-cu ilin iyunundan süni intellektdən istifadə edəcək

“THY” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

THY sərnişinlərin üstünlüklərinin son tendensiyaları üzrə keçirdiyi tədqiqatının nəticələrini təhlil edir

“THY” və “Neftçi” PFK arasında əməkdaşlığa dair müqavilə imzalanıb (FOTO, VİDEO)

Milyonlarla sərnişinin seçdiyi THY dünyanın ən təhlükəsiz aviaşirkəti sayılır (FOTO)

THY Azərbaycanda endirim kampaniyası keçirir 

THY “Troya” tematik təyyarəsini təqdim edib (VİDEO)

THY “IATA Ümundünya Təhsil Tərəfdaşlıq Konfransına” ev sahibliyi edib

Moskvaya uçan THY təyyarəsi məcburi eniş edib

"THY" təyyarəsi Vyanada məcburi eniş edib

24 Yanvar 2020, 18:00 (GMT +4)
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

24 Yanvar 2020, 17:45 (GMT +4)
Böyük Çin Səddi turistlər üçün bağlanıb

24 Yanvar 2020, 17:42 (GMT +4)
"Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

24 Yanvar 2020, 17:26 (GMT +4)
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər

24 Yanvar 2020, 17:20 (GMT +4)
XİN koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

24 Yanvar 2020, 17:18 (GMT +4)
Texasda binada partlayış baş verib

24 Yanvar 2020, 17:13 (GMT +4)
CinemaPlus-da “Pis oğlanlar” nümayiş olunub

24 Yanvar 2020, 17:08 (GMT +4)
Təhsil naziri Salyan məktəbində olub

24 Yanvar 2020, 16:43 (GMT +4)
Kreml: Rusiya "beşlik" liderlərinə ətraflı təkliflər göndərəcək

24 Yanvar 2020, 16:17 (GMT +4)
Parisdə Eyfel Qülləsi bağlanıb

24 Yanvar 2020, 16:01 (GMT +4)
Bərdədə ingilis dilli Resurs və Təlim Mərkəzinin açılışı olub

24 Yanvar 2020, 15:43 (GMT +4)
Qırx əsgərinin ölümündən sonra Suriya Ordusu İdlibdə əks hücuma keçib

24 Yanvar 2020, 15:40 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

24 Yanvar 2020, 15:37 (GMT +4)
AzTU-da müdir təyinatı olub

24 Yanvar 2020, 15:36 (GMT +4)
Peskov: Putin və Zelenski istənilən vaxt görüş təşkil edə bilər

24 Yanvar 2020, 15:34 (GMT +4)
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş olub

24 Yanvar 2020, 15:30 (GMT +4)
Xızıda keçmiş məhkumun evində silah-sursat aşkarlanıb

24 Yanvar 2020, 15:05 (GMT +4)
Ərdoğan Liviyada Suriyadakı səhvi təkrarlamamağa çağırıb

24 Yanvar 2020, 15:00 (GMT +4)
“Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var

24 Yanvar 2020, 14:51 (GMT +4)
Səudiyyənin Ümumdünya İslam Liqasının sədri Holokost qurbanlarına namaz qılıb (VİDEO)

24 Yanvar 2020, 14:43 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

24 Yanvar 2020, 14:32 (GMT +4)
AK və AB Şurasının rəhbərləri Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı saziş imzalayıblar

24 Yanvar 2020, 14:18 (GMT +4)
ADRA 2020-ci ildə bir sıra yeniliklər tədbiq edəcək

24 Yanvar 2020, 14:12 (GMT +4)
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib

24 Yanvar 2020, 14:00 (GMT +4)
“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

24 Yanvar 2020, 13:58 (GMT +4)
Türkiyədə keçmiş baş qərərgah rəisi ömürlük həbs cəzasına məhkum edilib

24 Yanvar 2020, 13:51 (GMT +4)
Putin Medinski və Oreşkini özünə köməkçi təyin edib

24 Yanvar 2020, 13:37 (GMT +4)
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

24 Yanvar 2020, 13:35 (GMT +4)
Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb

24 Yanvar 2020, 13:19 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66