BP Şimal dənizində iki neft yatağı kəşf edib05 Fevral 2018, 12:45 (GMT +4) Bakı, 5 fevral, SalamNews. Böyük Britaniyanın nəhəng neft-qaz şirkəti BP Şimal dənizində iki yeni neft yatağı kəşf edib.
SalamNews BP-yə istinadla xəbər verir ki, şirkət bununla da Şimal dənizindəki neft hasilatını 2 dəfə artırmağı nəzərdə tutur.
“Şimal dənizində iki yeni neft yatağı kəşf edilib və qarşıdakı 2 il ərzində bu bölgədən neft hasilatını iki dəfə artıraraq gündəlik 200 min barrelə çatdırmağı planlaşdırırıq”, - deyə şirkətin məlumatda deyilir.
Şirkət Şimal dənizinin ortasındakı “Capercaillie” yatağında və Shetland adalarının qərb hissəsindəki “Achmelvich” yatağında kəşfiyyat işləri aparıb. Hər iki quyu da ötən ilin yayında qazılıb və bundan sonra növbəti addımlar müəyyən ediləcək.
Şimal dənizindəki ehtiyatlarının yenidən inkişafı BP-nin portfeli üzrə planlaşdırdığı 7 böyük layihədən biridir.
|