Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

MirHəsən Seyidov: “Azərbaycan Gənclər Siyasəti bir çox ölkələrə nümunədir” 

01 Fevral 2018, 09:44 (GMT +4)

Bakı, 1 fevral, SalamNews. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci il fevralın 2-də ulu öndərin imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Gənclər Günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edildi və bu gün hər il təntənəli şəkildə qeyd edilir. Azərbaycanda gənclər hərəkatının , 300-dən çox gənclər təşkilatlarının formalaşması, Milli Məclisin Gənclər və İdman Komitəsi, Prezident Administrasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi ölkə gəncliyinin inkişafına güclü dəstək verir.

Bu fikirləri SalamNews-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

O bildirib ki, biz Aprel döyüşləri zamanı gəncliyimizin nə dərəcə vətənpərvər olmasının da şahidi olduq və bundan qürur duyduq. Ölkə Prezidentinin də dediyi kimi təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik.

Onun sözlərinə görə, bu gün sərhədlərimizin keşiyində dayanan, erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənclərimiz bütün sahələrdə olduğu kimi təhlükəsizlik, müdafiə məsələlərində də ölkəmizin etibarlı əllərdə olmasını göstərirlər. Azərbaycanda könüllülük hərəkatı da gənclərimizin əsas dəyər verilməli olan fəaliyyəti sayılır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin də əməyi xüsusi vurğulanmalıdır. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasının bir səbəbi də könüllülərin bu yarışa cidd-cəhdlə hazırlaşması oldu. Onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilir və şəxsi bacarıqlarını artırırdılar. Könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər.

Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, "Formula 1” Avropa Qran Prisinin təşkilinə 3500-dən artıq könüllü cəlb olunmuşdur. Ümumiyyətlə Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir.

Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti də özünün mükəmməlliyi ilə seçilir, gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bu sahəylə bağlı dövlət proqramlarının olmasını da göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Gəncliyi 2017-2021- ci illərdə Dövlət proqramı sənədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub.

Dövlət proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb. Prezident İlham Əliyev tərəfindən qəbul olunan yeni proqram, gənclərlə görüşü onun Azərbaycanda gənclərin inkişafına, gənclərə yönəlik olan siyasətin əhəmiyyətinə verdiyi önəmin nəticəsidir. Gənclərlə bağlı digər sevindirici amil isə ucqar bölgələrdə formalaşan region gənclərinin də artıq hər mənada inkişaf etməsidir. Biz daimi olaraq region gənclərinin də iştirakı ilə layihələr həyata keçirir, onların hər zaman diqqətdə olduqlarını nəzərlərinə çatdırırıq. Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən sayılır. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, bizim bu sahədə də xeyli sayda uğurlarımız, nailiyyətlərimiz var.

İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur. Bu gün Azərbaycanın inkişafı gəncliyin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır.

Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Bu il Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Gənclərimiz də bu istiqamətdə fəal olmalı, ictimai aktivliyi artırmalı, gənc alimlərimiz bu yöndə daha gərgin işləməlidirlər. Bu il həm də prezident seçkiləri ili kimi yadda qalacaq. Düşünürəm ki, bu dəfə də Prezident seçkilərində gənclərimiz daha aktiv fəaliyyət göstərəcəklər, digər ölkəmiz üçün mühüm əhəmiyyətə malik beynəlxalq və daxili kütləvi tədbirlərdə olduğu kimi, seçkilərdə də aparıcı qüvvə olacaqlar.

 

Heç şübhəsiz ki, gənclərimizin Prezident İlham Əliyev ətrafında sıx birləşib. İlbəil mədəniyyət, incəsənət, elm və idman sahəsində irəliləyən, zəngin mədəni irsimizin qorunub-saxlanması və inkişaf etdirilməsi üçün addımlar atmağa çalışan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını əsas məqsəd bilən, bunun üçün cəhdlər edən gəclərimizin də sırası genişlənir.

Beləcə nəinki 2018-ci ildə, qarşıdakı illərdə də Azərbaycan gəncliyinin daha da inkişaf edəcəyinin, gənclərimizin bütün sahələrdə olan uğurlarımızın əsas memarlarından olacaqlarının və ən əsası, ölkənin gələcəyinin etibarlı əllərdə olacağının bir daha şahidi olacağıq. Gənclər Gününüz mübarək əziz gənclər!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mirhəsən Seyidov Neftçala Rayon Mərkəzi Xəstəxanasını ziyarət edib

Mirhəsən Seyidov neftçalalıların problemləri ilə maraqlanıb

İcra başçısı Mirhəsən Seyidov rayonun ən yaşlı xanımını təbrik edib (FOTOLAR)

Mirhəsən Seyidov icra başçısı kimi ilk olaraq ulu öndərin abidəsini ziyarət edib

Mirhəsən Seyidov Neftçalanın icra başçısı təyin edilib

MirHəsən Seyidov parlament seçkilərinə qatılmağa qərar verib

MirHəsən Seyidov: "İrəli"nin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

MirHəsən Seyidov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şura üzvü seçilib

Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

MirHəsən Seyidov: 20 yanvar ümumxalq mübarizəsi əsasında müstəqilliyimiz möhkəmləndi

Mirhəsən Seyidov növbəti dəfə sədr seçilib

İstər sülh, istərsə də müharibə yolu ilə biz torpaqlarımızı azad edəcəyik - MirHəsən Seyidov

Bütün təhlillər göstərir ki, son illərdə gənc kadrlar daha çox irəli çəkilir - MirHəsən Seyidov 

ATƏT DTİHB öz müşahidəçi missiyasi ilə deyil, turistik fəaliyyəti ilə məşğul oldular - MirHəsən Seyidov

Mirhəsən Seyidov: Bütün dünya Azərbaycanın demokratik seçki ənənələrinin şahidi olacaq

Mirhəsən Seyidov AMKF-in baş katib təyin olunub

Mirhəsən Seyidov: Dünən bütün ölkə “Qarabağ”ın uğuruna sevinib

Mirhəsən Seyidov: Gənclərin IV İslam Həmrəyliyi Oyunlarında rolu əvəzsiz idi

Mirhəsən Seyidov: 200-dən çox gənclər təşkilatı adından Prezidentə müraciət ünvanlamışıq

MBNP-nin qərarları qanunun tələblərini ciddi şəkildə pozur - Mirhəsən Seyidov

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66