İslam Əməkdaşlıq Təşkilatı Sankt-Peterburqda törədilmiş terror aktını kəskin şəkildə pisləyir29 Dekabr 2017, 17:15 (GMT +4) Bakı, 29 dekabr, SalamNews. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Sankt-Peterburqda törədilmiş terror aktını kəskin şəkildə pisləyir.
SalamNews İƏT-in rəsmi saytına istinadla xəbər verir ki, İƏT-in Baş Katibliyi xəsarət alanların tezliklə sağalmasını arzulayır: "Biz bir daha təşkilatın terrorizmin bütün forma və təzahürlərinə münasibətdə prinsipial mövqeyini bəyan edirik".
Xatırladaq ki, dekabrın 27-də Sankt-Peterburqun Kondratyev küçəsindəki supermarketdə partlayış baş verib. Partlayışa səbəb saxlama kamerasındakı partlayıcı qurğunun işə düşməsi olub. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb.
Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb
|