Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“İrəli” İctimai Birliyinin IX hesabat konfransı keçirilib

25 Dekabr 2017, 18:34 (GMT +4)

Bakı, 25 dekabr, SalamNews. “İrəli” İctimai Birliyinin IX hesabat konfransı keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təşkilatın il ərzindəki fəaliyyətinin yekunları ilə bağlı məlumat verilərkən bildirilib ki, Prezident İlham Əliyevin doğum günündə - 2008-ci il dekabrın 24-də təsis edilən “İrəli” İctimai Birliyi fəaliyyətə başladığı gündən Azərbaycanda dövlət siyasətini geniş şəkildə dəstəkləməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, paytaxtla yanaşı, bölgələrdə də gənclərin inkişafı istiqamətində mühüm və ardıcıl layihələr həyata keçirir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında yarandığı ilk gündən cəmiyyətin həyatında fəal iştirak edən “İrəli” İctimai Birliyinin bu baxımdan öndə gedən gənclər təşkilatlarından biri olduğunu vurğulayıb. Azərbaycanda gənclər və idman sahələrinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdıran komitə sədri Milli Məclisdə gənclər və idman komitəsinin, Prezident Administrasiyasında gənclər və idman məsələləri şöbəsinin fəaliyyətə başlamasının bu diqqət və qayğının göstəricisi olduğunu bildirib. “İrəli”nin uğurlu fəaliyyətindən danışan F.Muradov təşkilatın region gəncləri üçün reallaşdırdığı layihələrin önəmini xüsusi qeyd edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclər təşkilatlarının dövlət gənclər siyasətinin reallaşmasında önəmini xüsusi vurğulayaraq, bu baxımdan “İrəli” İctimai Birliyinin özünə layiqli yer tutduğunu deyib. Nazir müavini təşkilatın paytaxtda və bölgələrdə liderlik məktəbi, “Gənc Əkinci”, “SAY: Solidarity” və s. silsilə layihələr reallaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, “İrəli” İctimai Birliyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması işinə öz töhfəsini verir.

Son illər Azərbaycanda gənclər və idman sahələrində mühüm beynəlxalq tədbirlərin uğurla təşkil olunduğunu deyən İ.Babayev gənclər təşkilatlarının bütün bu işlərdə fəal iştirak etdiklərini bildirib. Nazir müavini “İrəli”nin doqquz illik fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, quruma qarşıdakı illərdə də uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “İrəli” İctimai Birliyinin fəaliyyət göstərdiyi doqquz il ərzində gənclər təşkilatları arasında fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Fondun dövlət gənclər siyasətinin reallaşmasında mühüm rol oynadığını qeyd edən F.Hacıyev Azərbaycanın dövlət gənclər siyasəti modelinin dünyaya nümunə olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə digər nüfuzlu gənclər təşkilatları kimi, “İrəli” İctimai Birliyinin də səmərəli fəaliyyəti ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycanda gənclər təşkilatlarının uğurlu fəaliyyəti dövlət tərəfindən yaradılan əlverişli şəraitin sayəsində mümkün olub.

Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bu gün ölkəmizdə gənclər təşkilatlarının uğurlu və səmərəli əməkdaşlığının onların dövlətçilik maraqları və güclü Azərbaycan naminə vahid mövqedən çıxış etmələrinin göstəricisi olduğunu söyləyib, “İrəli” İctimai Birliyinə uğurlar arzulayıb.

Çıxışlardan sonra “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov təşkilatın hesabat dövründəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, il ərzində qurum gənclərin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərib. Təşkilatın reallaşdırdığı tədbirlər, habelə “Azərbaycanın İntellektual Birincisi”, “Gənc Əkinci”, “SAY: Solidarity” və s. layihələr minlərlə gənci əhatə edib. Bundan başqa, fərdi gənclərin təşəbbüskarı olduğu ondan çox layihəyə yüzlərlə gənc qatılıb. İl ərzində təşkilata üzv olmaq üçün 2744 gənc müraciət edib.

Diqqətə çatdırılıb ki, “İrəli” İctimai Birliyi “İslam Həmrəyliyi İli”ndə bir sıra layihələr reallaşdırıb. IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə təşkilat mindən çox gəncin iştirakı ilə idmanın on növü üzrə “Gənclər kuboku” yarışlarını təşkil edib.

Sonra “İrəli” İctimai Birliyinin il ərzindəki fəaliyyətinin yekunlarına dair videoçarx nümayiş etdirilib.

Sonda İctimai Birliyin il ərzində fərqlənən əməkdaşları, eləcə də bu qurumla səmərəli əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri təltif ediliblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"İrəli" üzvləri Beynəlxalq layihədə iştirak edir

“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır

Gürcüstanın Baş naziri postuna daxili işlər nazirinin namizədliyi irəli sürülüb

Pakistan BMT Təhlükəsizlik Şurasının Kəşmirlə əlaqədar təcili iclasını çağırmaq təşəbbüsü irəli sürüb 

Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib

Abdulla Gül Türkiyə prezidentliyinə namizədliyini irəli sürəcək

Tramp milli kəşfiyyat idarəsinin rəhbəri vəzifəsinə namizəd irəli sürüb

Fransa İranla ABŞ-ın razılaşması üçün yeni təkliflər irəli sürüb

“Marş İrəli” iştirakçıları zirvəyə yürüş ediblər

Rusiya FTX ukraynalı dənizçilərə qarşı yekun ittiham irəli sürüb 

“İrəli” İB-nin təşəbbüsü olan “Marş İrəli” layihəsi davam edir

“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi yenidən başlayıb

ABŞ və Taliban arasında sülh danışıqlarında irəliləyiş əldə edilib - Pompeo

Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

“İrəli” təmsilçiləri beynəlxalq layihədə iştirak edirlər

“İrəli” yenidən “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsini həyata keçirəcək

İsrail-Livan sərhədlərinin müəyyənləşdirilməsi işində cüzi irəliləyiş əldə edilib

ABŞ Julian Assanja qarşı yeni ittihamlar irəli sürüb

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

20 Sentyabr 2019, 12:24 (GMT +4)
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

20 Sentyabr 2019, 12:15 (GMT +4)
DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66