Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

BŞH media nümayəndələrinin akkreditasiyasına başlayıb

20 Dekabr 2017, 11:29 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews, K.Orxan. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.

BŞH-dan SalamNews-a verilən məlumata görə, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2018 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur. 

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 31 yanvar 2018-ci il, saat 17:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edib: “Hər ötən il daha çox sayda yerli media nümayəndələrinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran Prisində çox sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin.

Bildiyiniz kimi, Formula 1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara tabe tutulurlar və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar.

Biz də öz növbəmizdə ilboyu çalışırıq ki, ölkəmizdə Formula 1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayısı artsın.

Fürsətdən istifadə edərək bütün yerli jurnalistləri gecikmədən 2018 Formula 1 Azərbaycan Qran Prisinə qeydiyyatdan keçməyə dəvət edirəm. Hamınıza bu prosesdə uğurlar arzulayıram!”
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.

Qeyd edək ki, əməliyyat şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün 2018 Formula 1 Azərbaycan Qran Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Bu seminarda iştirakçılara akkreditasiyaya dair geniş məlumat veriləcək və həmçinin qeydiyyat prosesi ilə əlaqədar bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümünü qələbə ilə başa vurub

Formula 1: Müsabiqədə qalib gələn jurnalist Barselonaya göndəriləcək

Formula 1 və “EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Formula 1 yarışlarını işıqlandıran jurnalistlər üçün ingilis dili kursları keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılacaq

Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

Formula 1: “Ferrari” rəsmi adını dəyişib

Formula 1 rəhbərliyi yeni komandalar haqqında bəyanat verib

Formula 1 üzrə Azərbaycan Qran-prisinin biletləri bu ay satışa çıxarılacaq

Nigar Arpadarai: 2019 Formula 1 Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub

Formula 1: Zandfort trası lisenziyanı yanvarda alacaq

Şarl Lekler Formula 1 üzrə Belçika Qran-prisinin qalibi olub

Formula 1 üzrə Azərbaycan Qran-prisi gələn ilin iyun ayında keçiriləcək

Arif Rəhimov Monakoda "Formula 1"lə bağlı iqtisadi forumda iştirak edib

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi: Yarış həftəsonuna 85 min tamaşaçı gəlib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-a dair maraqlı faktlar açıqlanıb

Bakıda Formula 1-ə görə bağlanan yollar açılıb

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi məlum olub

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

11 Dekabr 2019, 13:16 (GMT +4)
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66