Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdirib

19 Dekabr 2017, 09:19 (GMT +4)

Bakı, 19 dekabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib.

DQİDK-dan SalamNews-a bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin sədri, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 27 noyabr tarixli Sərəncamın əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu sənədin milli mənəvi və dini dəyərlərimizə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib. Ayrılan maliyyə vəsaitinin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf edildiyini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə və xurafatla mübarizədə öz müsbət təsirini göstərməkdədir.

Eyni zamanda, dini icma sədrlərinə layihələrin icrası zamanı İslam dini və mədəniyyətinin təbliğinə, milli mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına xüsusi diqqət yetirmələri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri tövsiyə olunub.

Layihələri maliyyələşdirilən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik”, Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icması “Azərbaycanda İslam Həmrəyliyi: dünən və bu gün”, Şirvan şəhəri “`Zeynalabidin” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti ”, Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması “İslam həmrəyliyi və milli mənəvi dəyərlərimizin təbliği”, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Heydər Cümə” məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzularında maarifləndirmə tədbirləri keçirəcəklər.

Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev icmalara ayrılan maliyyə vəsaitinin dini maarifləndirmə işinə və gənclər arasında düzgün təbliğatın aparılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, dindarlar dövlətimizin başçısının bununla bağlı Sərəncamını tarixi hadisə hesab edir və öz minnətdarlıqlarını bildirirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

11 Noyabr 2019, 17:00 (GMT +4)
Müştəri məmnuniyyəti istiqamətində Azercell daha bir yenilik edib

11 Noyabr 2019, 16:52 (GMT +4)
Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

11 Noyabr 2019, 16:45 (GMT +4)
İsrail qüvvələri əl-Xəlildə bir fələstinli gənci qətlə yetiriblər (VİDEO)

11 Noyabr 2019, 16:33 (GMT +4)
Cəlilabad və Masallıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

11 Noyabr 2019, 16:21 (GMT +4)
Zaxarova "Ağ dəbilqəlilər"in qurucusunun ölümünə münasibət bildirib

11 Noyabr 2019, 16:12 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

11 Noyabr 2019, 15:58 (GMT +4)
İraqda etirazlar fonunda BMT nümayəndəsi Ayətullah Sistani ilə görüşüb (FOTO)

11 Noyabr 2019, 15:48 (GMT +4)
Lavrov: Suriya ordusu ölkə ərazisini mümkün qədər tez tutmalıdır 

11 Noyabr 2019, 15:33 (GMT +4)
Bakıda pambıq daşıyan yük maşını yanıb

11 Noyabr 2019, 15:07 (GMT +4)
"Ağ dəbilqəlilər"in qurucusu İstanbulda ölü tapılıb

11 Noyabr 2019, 15:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirilib (FOTOLAR)

11 Noyabr 2019, 15:00 (GMT +4)
İsrail ilk dəfə olaraq Dubayda Expo-2020 beynəlxalq sərgisinə qatılacaq

11 Noyabr 2019, 14:51 (GMT +4)
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək

11 Noyabr 2019, 14:42 (GMT +4)
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb

11 Noyabr 2019, 14:18 (GMT +4)
Ərdoğan Suriyada "Barış pınarı" əməliyyatının davamını istisna etməyib 

11 Noyabr 2019, 14:15 (GMT +4)
ABŞ İraqda növbədənkənar seçkilərin keçirilməsini istəyib

11 Noyabr 2019, 13:57 (GMT +4)
Gəncədə valyutadəyişmə məntəqəsinin işçisinin öldürülməsi barədə rəsmi məlumat yayılıb

11 Noyabr 2019, 13:47 (GMT +4)
Süleyman Soylu: Türkiyə 11 noyabrdan İŞİD-çiləri Avropa ölkələrinə təhvil verməyə başlayacaq

11 Noyabr 2019, 13:38 (GMT +4)
Dövlət-Özəl Tərəfdaşlığı sahəsində AYİB nümayəndələri ilə müzakirələr aparılıb

11 Noyabr 2019, 13:17 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

11 Noyabr 2019, 13:15 (GMT +4)
İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb

11 Noyabr 2019, 13:14 (GMT +4)
"Uber" rəhbəri Kaşıkçının öldürülməsi ilə bağlı dediklərinə görə təəssüfləndiyini bildirib

11 Noyabr 2019, 12:58 (GMT +4)
İranda 53 milyard barel nefti olan yataq aşkarlanıb

11 Noyabr 2019, 12:51 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir - Rusiya XİN

11 Noyabr 2019, 12:36 (GMT +4)
"Əli (ə) ayağında" Nəsimi yad olunub

11 Noyabr 2019, 12:15 (GMT +4)
Moskvada qadın və iki uşağı doqquzuncu mərtəbənin pəncərəsindən yıxılıb

11 Noyabr 2019, 12:05 (GMT +4)
Bəşər Əsəd ölkəsində qarşıdurmanın başlama səbəbini açıqlayıb (VİDEO)

11 Noyabr 2019, 12:01 (GMT +4)
Səfir: Meksikada Azərbaycan məhsullarına çox böyük maraq var

11 Noyabr 2019, 11:33 (GMT +4)
Husilər İsraildə istənilən məkanı hədəfə almağa qadir olduqlarını bildiriblər

11 Noyabr 2019, 11:23 (GMT +4)
Azərbaycan səfiri Malayziyada diplomatik heyətin duayeni təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66