Mövluda həsr olunmuş Futbol çempionatının və Tennis turnirinin qalibləri mükafatlandırılıb11 Dekabr 2017, 16:17 (GMT +4) Bakı, 11 dekabr, SalamNews. Bakıda aləmlərə rəhmət olaraq göndərilmiş əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövluduna həsr olunmuş Futbol çempionatı və Tennis turniri keçirilib.
SalamNews deyerler.org-a istinadla xəbər verir ki, mövludla bağlı keçirilmiş bayram tədbirində Tennis turnirinin və Futbol çempionatının qaliblərinə mükafatlar təqdim edilib.
Qeyd edək ki, hər komandada 6 nəfər olmaqla, ümumilikdə 8 komandanın qatıldığı Futbol Çempionatının ilk mərhələsində qrup mərhələsinin oyunları keçirilib. Əzmkar mübarizədən sonra “Vəhdət” və “Zülfüqar” komandaları final mərhələsinə vəsiqə qazanıb. Böyük maraqla izlənən final oyununda "Zülfüqar" komandası 6:2 hesabı ilə üstünlük qazanaraq Futbol Çempionatının qalibi olub Eyni zamanda Bakı Tennis Akademiyasında keçirilən "Mövlud Tennis turniri"nə Dəyərlər Oxucular Klubunun onlarla üzvü qatılıb. Mənəvi ab-havada keçən tennis yarışının final mərhəsində B.Məmmədov və M.Allahverdi yarışıblar. Gərgin keçən yarışda B.Məmmədov qalib gəlib. İkinci yeri M.Allahverdi, üçüncü yeri isə A.Cəbiyev tutub.





|