Ermənistan SQ-nin Baş qərargah rəisi Nalbadyanın açıqlamasına etiraz edib21 Sentyabr 2017, 15:34 (GMT +4) Bakı, 21 sentyabr, SalamNews, N.Ələkbər. İşğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz.
SalamNews-un “Rusarminfo.ru”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan bəyan edib.
O, xarici işlər naziri Edvard Nalbadyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edərək deyib:"İşğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Çünki Dağlıq Qarabağın təhlükəsizliyi üçün işğal edilmiş bütün rayonlar vacibdir. Dağlıq Qarabağ boyunca elə bil təhlükəsizlik sistemi yaradılıb ki, onun pozulması ağır nəticələrə gətirib çıxara bilər".
|