KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir31 Avqust 2017, 12:46 (GMT +4) Bakı, 31 avqust, SalamNews. Kənd Təsərrüfatı Nazirliyi sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir.
Nazirlikdən SalamNews-a bildirilib ki, Bakı şəhərinin 4 ünvanında - Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının yanı, Xətai rayonu, “Nargilə” kafesinin yanı, Yasamal rayonu, Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu, Seymur Məmmədov küçəsi 8, ünvanlarında təşkil olunmuş qurbanlıq heyvanların satış-yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və Bakı ətrafı qəsəbələrinin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.
Nazirlik sahibkarları Bakı şəhəri və paytaxt ətrafı qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir.
|