Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSMF Gəncə şəhərində seminar-müşavirə keçirib

11 Avqust 2017, 16:40 (GMT +4)

Bakı, 11 avqust, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Gəncə şəhərində seminar-müşavirə keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, ƏƏSMN yanında DSMF pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərini respublikanın bölgələrində də davam etdirir. Bu məqsədlə Fond tərəfindən Gəncə şəhərində seminar-müşavirə keçirilib.

Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhərinin Nizami və Kəpəz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.

Seminar-müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanının icrası ilə bağlı müvafiq tapşırıq və izahatlar diqqətə çatdırılıb.

Vurğulanıb ki, pensiya qanunverciliyində 2017-ci il 1 iyul tarixdən qüvvəyə minən dəyişikliklər dövlət başçısının 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq hazırlanıb qəbul edilib. Bu islahat pensiya sistemində sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin ortadan qaldırılmasına, pensiya hüquqlarının yalnız adekvat sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün buna uyğun optimallaşdırılmasına xidmət edir.

Tədbirdə pensiya təminatı sistemində aparılan islahatlar barədə DSMF-nin mütəxəssisləri tərəfindən təqdimat olub və slaydlar vasitəsilə bu islahatın mahiyyətinə dair dolğun məlumat verilib. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərin tətbiqi barədə, o cümlədən 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinin, 2017-ci il 1 iyuladək istifadə olunmamış pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası barədə seminar iştirakçılarına məlumat veriblər. Həmçinin pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, öhdəliklərin fərqləndirilməsi, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, pensiya kapitalının formalaşması, yaşa görə pensiya hüququnun yaranması ilə bağlı izahatlar təqdim olunub. Yaşa görə pensiya məbləğinin hesablanması, 1-ci, 2-ci və 3-cü qrup əlilliyə görə pensiya hüququnun yaranması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası, qulluq stajına görə əlavələrin təyinatı şərtlərindəki dəyişikliklər və s. barədə də məlumatlar verilib.

Seminar-müşavirə iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Qeyd edək ki, ilk belə seminar-müşavirə Dövlət Sosial Müdafiə Fondunun aparatında keçirilib. Tədbirdə Fondun Bakı şəhərinin rayon şöbələrinin, Sumqayıt şəhər, Qubadlı, Zəngilan, Şuşa, Xızı, Abşeron və s. rayon şöbələrinin əməkdaşlarına müvafiq tapşırıq və izahatlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSMF-nin əməkdaşı rüşvət alarkən tutulub (RƏSMİ)

Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib

Gəncədə "jurnalist" tutulub

Gəncə sakinində narkotik vasitə aşkarlanıb

DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

Gəncədə oğurluq edən şəxslər saxlanılıb

DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi barəsində cinayət işi başlanılıb

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi aztəminatlı ailələrə yardım edib

Gəncə İdman Klubu 200-ə yaxın aztəminatlı ailələyə yardım edib

Ayətullah Sistani onu təhqir edən gəncə bəraət verilməsini istəyib

Gəncədə xeyli sayda mərmi aşkarlanıb

Gəncə İdman Klubu xeyriyyə aksiyasına start verib

Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs saxlanılıb

Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

Gəncədə top mərmisi aşkarlanıb

Gəncənin Baş planının hazırlanmasına start verilib

Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

DSMF-də yeni idarələr yaradılıb

Gəncədə “XII Liderlik məktəbi” layihəsinin açılışı olub (FOTO)

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi qeyd ediləcək

01 İyun 2020, 09:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

01 İyun 2020, 09:15 (GMT +4)
Rusiya səfirliyi Dövlət Departamentinə etiraz notası göndərib

01 İyun 2020, 09:03 (GMT +4)
Tramp Ağ Evdə yeraltı sığınacağa aparılıb - New-York Times

31 May 2020, 22:05 (GMT +4)
Quranın ən qədim təfsirlərindən biri Azərbaycan dilinə tərcümə olunub

31 May 2020, 19:52 (GMT +4)
ABŞ-ın İndianapolis şəhərində etirazlar və toqquşmalarda 4 nəfər güllə yarasından ölüb

31 May 2020, 19:42 (GMT +4)
Corc Floydun qətli ilə bağlı Londonda etiraz aksiyası keçirilib

31 May 2020, 19:40 (GMT +4)
ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komendant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66