Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Məsafə qət etmədən evlərə və ofislərə yeni telefon xətti çəkdirmək olar - NRYTN

03 Avqust 2017, 12:11 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evinizə, yaxud ofisinizə yeni telefon xətti çəkdirə bilərsiniz. 

Nazirlikdən SalamNews-a verilən məlumata görə, sözügedən xidmət hazırda Bakı şəhəri (Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.

Qeyd edək ki, indiyədək “Elektron hökumət” portalı üzərindən “Yeni telefon çəkilişi” xidmətinə 13 637 dəfə müraciət olunub. Xidmətdən istifadə etmək üçün aşağıdakı 4 sənəddən birinin olması vacibdir.
• Evin qeydiyyat şəhadətnaməsi (kupça)
• Sərəncam
• Order
• Müqavilə

Eyni zamanda, “Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada həyata keçirmək mümkündür. Qeyd edək ki, hər iki xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bu günə qədər həmin xidmətə olan müraciətlərin sayı 8.765-ə çatıb.

Xidmətdən istifadə etmək üçün ailə üzvlərinin aşağıdakı 4 sənəddən birinin olması mütləqdir.
• Doğum haqqında şəhadətnamə
• Ölüm haqqında şəhadətnamə
• Nikah haqqında şəhadətnamə
• Yaşayış yeri haqqında arayış

Yeni istifadəçi üçün isə “Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.

Müraciət proseduru sadədir. Bunun üçün sistemə daxil olub telefonun ailə üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd edin. Addan-ada keçirəcəyiniz telefonun nömrəsi və əlaqə nömrənizi daxil edib, yuxarıda göstərilən 4 sənəddən birini skan edərək yükləyin və “Növbəti” düyməsini seçin.

Qeyd edək ki, istər “Yeni telefon çəkilişi”, istərsə də “Telefonun addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən qoşula biləcəyiniz servislər və onların abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən servisi seçib və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynalxalq çıxış kodlarını açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirə bilərsiniz.

Bundan başqa, NRYTN-nin “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərindən istifadə etməklə “Telefonun təhvil verilməsi” (müraciət sayı 1944), “Telefonun servislərə qoşulması” (müraciət sayı 12 129), “Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16 439), “Telefon nömrəsi üzrə axtariş” (müraciət sayı 2 720 797) və s. kimi xidmətlərdən yararlana bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda dövlət xətti ilə kirayə verilən mənzillərin sayı 850-ni keçib

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Azərbaycan və Çin liderləri arasında telefon danışığı olub

Bakıda daha bir müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib

Formula 1-lə əlaqədar mayın 31-dən yolların bağlanmasına görə 23 marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək

NRYTN: Regionlara sərnişindaşıma xüsusi təlimat əsasında təşkil ediləcək

Şoyqu Ermənistanın müdafiə naziri ilə telefon danışığı keçirib

ADY: Bakı-Qəbələ dəmiryol xətti istismara tam hazırdır

Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

ABŞ-da boru xəttinə kiberhücum səbəbilə benzin qıtlığı müşahidə edilir

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttində hərəkət cədvəli yenilənəcək

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilir

“Azəriqaz” sahibkarın qaz xəttinə qanunsuz müdaxiləsini ləğv edib

“Azəriqaz” sahibkarın qaz xəttinə qanunsuz müdaxiləsini ləğv edib

Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 750-ni ötüb

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

19 İyun 2021, 13:25 (GMT +4)
7 tondan artıq yabanı halda bitən narkotik bitkisi məhv edilib

19 İyun 2021, 13:14 (GMT +4)
Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

19 İyun 2021, 13:12 (GMT +4)
Həsən Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

19 İyun 2021, 13:08 (GMT +4)
Şuşada silah-sursat aşkar edilib

19 İyun 2021, 12:58 (GMT +4)
Ceyhun Bayramov: Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur

19 İyun 2021, 12:48 (GMT +4)
Gürcüstanda 769 nəfər koronavirusa yoluxub

19 İyun 2021, 12:32 (GMT +4)
66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib

19 İyun 2021, 12:20 (GMT +4)
BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

19 İyun 2021, 12:15 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsi 9,5 milyard dollar olub

19 İyun 2021, 12:05 (GMT +4)
Azərbaycana satış üçün gətirilən 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 11:54 (GMT +4)
Nüvə sazişinin bərpası ilə bağlı danışıqlarin növbəti turu iyulda keçiriləcək

19 İyun 2021, 11:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 İyun 2021, 11:35 (GMT +4)
AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqlənib

19 İyun 2021, 11:25 (GMT +4)
Ermənistanda Parlament Seçkilərindən əvvəl "Sükut Günü" elan edilib

19 İyun 2021, 11:19 (GMT +4)
Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

19 İyun 2021, 11:10 (GMT +4)
İranda seçkilərin nəticələri rəsmən açıqlanıb: Rəisi ölkənin növbəti prezidentidir

19 İyun 2021, 10:59 (GMT +4)
Vüsal Qasımlı: Azərbaycan iqtisadiyyatının restrukturizasiyası zəruridir

19 İyun 2021, 10:46 (GMT +4)
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

19 İyun 2021, 10:44 (GMT +4)
Həsən Ruhani İran prezident seçkilərində qalib gəlmiş İbrahim Rəisini təbrik edib (VİDEO)

19 İyun 2021, 10:34 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

19 İyun 2021, 10:22 (GMT +4)
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

19 İyun 2021, 10:11 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

19 İyun 2021, 10:02 (GMT +4)
İran seçkiləri: İbrahim Rəisinin bütün rəqibləri onu təbrik ediblər

19 İyun 2021, 10:00 (GMT +4)
Ceyhun Bayramov Qaqauz rəhbərinə azad edilmiş ərazilər barədə məlumat verib

19 İyun 2021, 09:49 (GMT +4)
ABŞ Səudiyyə Ərəbistanındakı qüvvələri və silahlarının çoxunu buradan çıxarır

19 İyun 2021, 07:31 (GMT +4)
İran prezident seçkilərində səslərin hesablanmasına başlanılıb

18 İyun 2021, 21:10 (GMT +4)
İranda prezident seçkilərinin vaxtı saat 22.00-a qədər uzadılıb

18 İyun 2021, 18:24 (GMT +4)
"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib 

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66