Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Qüds və Qarabağ fərqli coğrafiyalarda aparılan, mahiyyəti eyni olan işğallardır - Hacı İlqar İbrahimoğlu (MÜSAHİBƏ)

29 İyul 2017, 13:55 (GMT +4)

Bakı, 29 iyul, SalamNews, S.Vaqifoğlu. Yaxın Şərqdə müsəlmanların birinci qibləsi olan əl-Əqsa məscidi ətrafında gərginlik davam edir. Belə ki, İsrailin Silahlı Qüvvələri ilə müsəlmanlar arasında mütəmadi qarşıdurmalar baş verir. Nəticədə isə çoxlu sayda insan həlak olur və yaralanır.

Mövzu ilə bağlı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu SalamNews-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Qüdsdə nə baş verir?

- Bağışlayan və mehriban Allahın adı ilə! Ümumiyyətlə hal-hazırda müasir dünyada baş verən prosesləri ayrılıqda dəyərləndirmək mümkün olmaz. Ona görə son dövrlərdə dünyada nə baş verdiyinə diqqət etmək lazımdır ki, Qüdsdə baş verənlərin də fərqinə varaq. Son aylarda İraq və Suriya ordusu təkfirçiləri köklü və uğurlu şəkildə məğlubiyyətə uğratdı. Bu, əslində, təkcə İraq və Suriya ordusunun deyil, islam ümmətinin qələbəsidir. Bu o anlama gəlir ki, Allahın lütfü ilə, imanlı insanların iradəsi ilə təkfirçiləri yer üzərindən təmizləmək mümkündür. Burada sual ortaya çıxır. Təkfirçilik özü necə yaranıb? Təbii ki, təkfirçiliyin özü sionizmin proyektlərindən biridir. Bu, eyni zamanda sionist İsrail rejimi tam kənarda qalsın deyə, müsəlmanların fikrini başqa bir tərəfə yönəltmək və daxili qarşıdurma yaratmaq üçün bir plandır.  Bu mənada, Qüdsdə baş verənlər sözügedən konteksdə dəyərləndirilməlidir. Qüdsdə olan zülmlər davamlı şəkildə baş verir. Sadəcə bəzən ictimaiyyətə çıxa bilir, bəzən isə yox. Hesab edirəm ki, son hadisələrə – Əqsa məscidi ətrafında baş verənlərə ictimaiyyətin və medianın da diqqətinin yönəlməsi müsəlman dünyasının daxilində hal-hazırda nisbətən qarşıdurmaların azaldılması, bir çox amillərin də üst-üstə düşməsinə səbəb oldu. Əvvəllər bundan da çox cinayətlər baş verib, lakin mediada yetərincə işıqlandırılmadığından kölgə altında qalıb. Hal-hazırki dövrdə baş verən proseslər keçmişə nəzərən daha sürətli şəkildə mediada yayımlanır. Bu isə islam dünyasınının güclü şəkildə reaksiya göstərməsinə təsir göstərir. Ona görə də Qüdsdə, Əqsa məscidi ətrafında baş verənlər davamlı olaraq dövlət terroru həyata keçirən bir rejimin gündəlik və yeni bir səhifəsidir. Baş verən proseslər mahiyyətcə nəbz yoxlamaqdır. Nəbz yoxlamadan aydın oldu ki, həm fələstinlilər əvvəlki mövqelərində durublar, həm də İsrail rejimi üçün Fələstin məsələsi prioritetdə ilk sırada duran mövzudur. Ümid edərəm ki, inşallah, bu məsələdə İslam dünyası fövqəladə bir performans ortaya qoya biləcək.

- Son zamanlar Qüds hadisələrində Türkiyənin reaksiyasını və bu məsələyə İranın daimi münasibətini bilirik, bəs digər müsəlman ölkələrinin vəzifəsi barədə nə deyə bilərsiz?

- Təəssüflər olsun ki, İran və Türkiyə xaric bu mövzuda aydın və yetərincə mövqe ortaya qoyan yoxdur. Amma buna baxmayaraq mövcud durumda hamının diqqəti Qüdsə yönəlir. Bu situasiyada Səudiyyə rejiminin mahiyyəti açıq-aydın özünü göstərir. Elə ki, İsrail-sionist rejimi mövzusu gündəmə gəlir, səsi çıxmır, amma öz cılız maraqları gündəmə gəldikdə fəallıq göstərirlər. Fələstin məsələsi gündəmə gələn vaxtı Səudiyyə rejiminin istər Yəmənə qarşı, istərsə də Qətərə qarşı apardığı özünəməxsus hegomonluq siyasəti ciddi zədə alır.

- Qüds-Qarabağ problemini birləşdirən cəhət hansıdır?

- Qüds və Qarabağı birləşdirən cəhər ondan ibarətdir ki, hər ikisi işğala, təcavüzə məruz qalıb. Bundan əlavə hər iki məsələ beynəlxalq rəsmi sənədlərdə öz sübutunu tapıb, lakin, təəssüf ki, həyata keçirilməyib. Bir sözlə, Qüds-Qarabağ fərqli coğrafiyalarda aparılan mahiyyəti eyni olan bir işğaldır. Ona görə də biz həmişə Qüds Gününü elə Qarabağ Günü hesab edirik.

- Problemin həllini nədə görürsünüz?

- Nə vaxta qədər dünya sionist rejiminin verdiyi gündəmlə idarə olunacaq, nə vaxta qədər Tramp tipli fərdlərin administrasiyaları dünyada insan haqları və demokratiya dərsləri keçəcək, o zamana qədər də mövcud xoşagəlməz situasiya davam edəcək. Əslində, bu, günün lətifəsidir ki, Tramp administrasiyası insan haqları və demokratiyadan danışır. Çıxış yolunu onda görürəm ki, yeni dünya gündəminin düzənlənməsində müsəlman dünyası daha aktiv yol tutmalıdır. İran və Türkiyənin birgə hərəkət etməlidir. Bu gün dünya kulturoloji paradiqmalarla mərkəzə doğru gedir. Burada Çin faktoru, Rusiya faktoru, Avropa faktoru var. Hesab edirəm ki, dünyada sionizmin, ABŞ-ın maraqları ilə məhdudlaşan bir düzən olmamalıdır. Azərbaycana gəldikdə isə, ölkəmiz bu məsələlərdə haqlının tərəfindədir. Bir sözlə, Azərbaycan işğala, təcavüzə məruz qalmış bir ölkə kimi həm məzlumdur, həm də Qüds məsələsində məzlumun yanında yer almalıdır. Düşünürəm ki, getdikcə gələcək perspektivdə bu xətt daha da güclənəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

Ayətullah Xamenei Qüds günü ilə bağlı çıxış edərək münaqişənin həlli üçün təklif irəli sürüb

Qüds Fələstinin dəyişməz paytaxtı olaraq qalacaq - Həsən Ruhani

Bu gün ramazanın son cüməsi Beynəlxalq Qüds Günüdür

Ayətullah Xamenei Qüds günündə dünya və regionda baş verən son proseslərlə bağlı çıxış edəcək

Hizbullah, HƏMAS, Husilər və sair hərəkatlar Qüds günü ilə bağlı birgə bəyanat veriblər (VİDEO)

«İşğalçılıq strategiyasının iflasa uğramasında Qüds gününün rolu» adlı məqalə dərc edilib

İranın Bakıdakı səfirliyi Beynəlxalq Qüds Günü ilə bağlı mətbuata açıqlama verib

«İran İslam inqilabı rəhbərinin Qarabağ və Qüds münaqişələrinin ədalətli həllinə dair baxışları» adlı məqalə dərc edilib

Sosial şəbəkələrdə onlayn «Qüds Günü 2020» həmrəylik aksiyası keçirilir

Ərəb dünyasının Qüds mövzusunda susqunluğu onlara İraq, Suriya və Yəmən problemlərini yaşadır - şərqşünas

İsrailin yeni XİN rəhbəri Qüds və Fələstin torpaqları ilə bağlı planını açıqlayıb

Bütün dünyada Qüds şəhidi haştağı ilə virtual aksiya keçirilir

Qüds günü ilə bağlı beynəlxalq virtual konfrans keçirilir

Pompeo Fələstin ərazilərinin İsrailə əlavə edilməsi fonunda Qüdsə gedib

Qəzzada "Qüds Günü" hərbi təlimi keçirilib

İsrail qüvvələri Qüds şəhərində 13 fələstinlini həbs edib (VİDEO)

Bakıda müddətli müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verilib

Trampın prezident seçkilərindəki rəqibi Qüdslə bağlı planını açıqlayıb

Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

27 May 2020, 18:03 (GMT +4)
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq

27 May 2020, 17:33 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

27 May 2020, 17:01 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin ərazisində “Bazarstore” açılıb

27 May 2020, 16:55 (GMT +4)
Tramp Twitter-i saxtakarlıqda ittihamlandırıb və sosial şəbəkələri bağlamaqla hədələyib

27 May 2020, 16:25 (GMT +4)
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

27 May 2020, 16:17 (GMT +4)
ABŞ Əfqanıstandakı qüvvələrinin sayını 8,600-ə endirib

27 May 2020, 16:06 (GMT +4)
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib

27 May 2020, 15:24 (GMT +4)
Husilərin raket zərbəsində Səudiyyənin dəstəklədiyi hökumət ordusunun baş qərargah rəisi yaralanıb

27 May 2020, 15:03 (GMT +4)
DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

27 May 2020, 14:45 (GMT +4)
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

27 May 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 56 nəfər ölüb

27 May 2020, 14:10 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

27 May 2020, 14:00 (GMT +4)
Bakıda evdə 84 yaşlı kişinin meyiti tapılıb

27 May 2020, 13:20 (GMT +4)
İsrail Livanın quru və hava məkanını pozub

27 May 2020, 13:07 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

27 May 2020, 12:36 (GMT +4)
Bakıda avtomobil divara çırpılıb (FOTO)

27 May 2020, 12:31 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var - KİV

27 May 2020, 12:21 (GMT +4)
Lənkəranda zəlzələ olub

27 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

27 May 2020, 11:56 (GMT +4)
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:26 (GMT +4)
Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

27 May 2020, 11:06 (GMT +4)
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər

27 May 2020, 11:00 (GMT +4)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

27 May 2020, 10:27 (GMT +4)
İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

27 May 2020, 10:22 (GMT +4)
Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

27 May 2020, 09:54 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb (VİDEO)

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66