Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu il daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub

26 İyul 2017, 12:17 (GMT +4)

Bakı, 26 iyul, SalamNews. Əmlak Məsələlər Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına gətirib çıxarıb. Bunu statistik göstəricilər də təsdiqləyir.

Komitədən SalamNews-a bildirilib ki, statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir. Bu göstəricinin 28 min 500-ə yaxını (30,4 faiz) ilkin, 65 minə yaxını (69,6 faiz) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18 min 498-i fərdi yaşayış və bağ evi, 23 min 758-i mənzil, 47 min 233-ü torpaq sahəsi, 1725-i qeyri-yaşayış binası, 1568-i qeyri-yaşayış sahəsi, 375-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 122-si isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 10 min 654-ü Bakı şəhərinin, 18 minə yaxını isə regionların payına düşür. Qeyd edək ki, ilkin qeydiyyat ötən ilin ilk 6 ayı ilə müqayisədə 17,7 faiz artıb.

Bundan başqa 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 5913 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 17,2 faiz artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 535 minə yaxın mənzil özəlləşdirilib.

İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda, əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.

Bundan başqa təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki, bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.

Ötən 6 ay ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 81 min 129 təşkil edib.

Cari ildə hüquqi və fiziki şəxslərə 72 min 578 məhdudiyyət arayışı verilib. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 19,0 faiz artımın olduğu müşahidə olunub. Bununla yanaşı, 17 min 193 ipoteka müqaviləsi bağlanıb. Bunlardan 3138 torpaq sahəsi, 8133-ü mənzil, 4013-ü fərdi yaşayış və bağ evləri, 1909 isə digərinə aid olub. Bu il ərzində 1600-dən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa əhaliyə xidmətlə bağlı 33 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirib. Cari ildə “Əmlakın qeydiyyatı kalkulyatoru” vətəndaşların istifadəsinə verilib. Sistem vasitəsilə vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. İstifadəyə verildiyi müddətdən bu günə kimi sistemdən 20 min vətəndaş yararlanıb.

Bundan başqa daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarış və arxivlərin elektronlaşması ilə bağlı işlərə başlanılıb və əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri “Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənib. “Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı, iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilib. Keçirilmiş 14 kampaniyanın 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə də 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət əmlakı ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

ASA daşınmaz əmlakın icbari sığortası ilə bağlı açıqlama yayıb

MSK sədri: “Əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”

Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulub

Çinli Trampın əmlakına girdiyinə görə 8 ay həbs cəzasına məhkum edilib

Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

Azərbaycanda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

PAŞA Sığorta KASKO müştərilərinə könüllü əmlak sığortasına 50% endirim təklif edir

Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın hərracda satılması proseduru açıqlanıb

Dövlət əmlaklarının özəlləşdirilməsi hərraclarında 310 elektron sifariş həyata keçirilib

ABŞ Venesuelanın əmlakına yiyələnmək istəyir -Venesuela XİN

ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib

Daha 80 dövlət əmlakı özəlləşdirilmək üçün hərraca çıxarılıb

ƏMDK torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib 

08 İyul 2020, 20:35 (GMT +4)
Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib  

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

08 İyul 2020, 17:48 (GMT +4)
Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

08 İyul 2020, 17:41 (GMT +4)
Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb - KİV

08 İyul 2020, 17:40 (GMT +4)
Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66