Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

24 İyul 2017, 20:01 (GMT +4)

Bakı, 24 iyul, SalamNews. Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Məktubda bildirilir ki, dövlət başçısının jurnalistlərlə hər görüşü nəinki ölkəmizin media ictimaiyyəti, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir. 2017-ci ilin 20 iyul tarixindəki görüş də bu baxımdan xüsusi vurğulanmalıdır. “Həmin toplantıda “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamınız əsasında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının açılışını etdiniz. 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc və inanılmaz qürur hissini yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilarlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə bütövlükdə ölkəmizin media ictimaiyyəti adından dərin minnətdarlığını bildirir”, - deyə məktubda vurğulanıb.

Təşəkkür məktubunda həmçinin bildirilir ki, Prezidentin jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışı Azərbaycan dövlətinin media siyasətinə bəslənilən inam və əminliyi bir daha artırır: “Media təmsilçilərimiz Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizi yeni uğur və müvəffəqiyyətlərə daşıyacaqdır. Uğurlarımız isə bu gün də var. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəsti-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir”.

Məktubda ölkə Prezidentinin “Jurnalistlərin dostu” mükafatının qalibi elan edilməsi barədə də söz açılıb. Bildirilib ki, dövlət başçısının üçüncü dəfə “Jurnalistlərin dostu” mükafatının qalibi adını qazanmasını şərtləndirən ən mühüm cəhət onun ümumən 2003-cü ildən indiyədək həyata keçirdiyi fəaliyyətə bəslənilən dərin rəğbətdir.

Azərbaycan müstəqil dövlət olaraq dünyada özünə layiqli yer tutub, beynəlxalq aləmdə onunla hesablaşırlar, irəli sürdüyü prinsiplər dünya düzəninin formalaşmasına təsir göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artım dinamikası heyrətamiz rəqəmlərlə ölçülür, insanlarımız rifah şəraitində, təhlükəsizlik mühitində yaşayırlar. “Buna görə də siz təkcə medianın deyil, bütövlükdə Azərbaycan xalqının dostusunuz. Həyata keçirdiyiniz nəhəng tədbirlər hər bir azərbaycanlının baxışlarındakı tarixi şəxsiyyət obrazınızı jurnalist yaradıcılığının aktual mövzusuna çevirir” kimi fikirlərin diqqətə yer aldığı məktubda Prezidentlə dostluğun jurnalistlər üçün şərəf və məsuliyyət olduğu da ifadə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Mətbuat Şurası KİV-ə müraciət edib

Azərbaycan Mətbuat Şurası Gürcüstan parlamentinə müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd edilib

Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib    

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

Azərbaycan Mətbuat Şurasının rəhbərliyi mərhum jurnalistlərin məzarlarını ziyarət edib

Azərbaycan Mətbuat Şurasının icraçı katibi istefa verib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclas keçirib

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı laureatlarının adları məlum olub

Azərbaycan Mətbuat Şurası jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurası ahıl jurnalistin 70 yaşını qeyd edib

Azərbaycan Mətbuat Şurası Ukrayna hökumətinə və səfirliyinə müraciət edəcək

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurası KİV-lərə müraciət edib

Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetini 95 illik yubileyi münasibətilə təbrik edib

İstanbul Universitetinin nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

ABŞ səfirliyi Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

19 Yanvar 2020, 12:22 (GMT +4)
İgid Azərbaycan zabiti Fərid Əhmədovun doğum günüdür

19 Yanvar 2020, 12:04 (GMT +4)
Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

19 Yanvar 2020, 11:45 (GMT +4)
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

19 Yanvar 2020, 11:06 (GMT +4)
Lənkəranda “Könüllü qonaq” təşəbbüsü davam edir (FOTO)

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66