Azərbaycanda yeni qəzet fəaliyyətə başlayıb24 İyul 2017, 13:18 (GMT +4) Bakı, 24 iyul, SalamNews. İyulun 22-də "Azərkitab" Kitab Mərkəzində Milli Mətbuat Günü ilə əlaqədar "Yeni Dalğa" adlanan ədəbi-ictimai qəzetin təqdimatı olub.
SalamNews xəbər verir ki, tədbirdə iştirakçılardan Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıblar, qəzetin redaksiya heyətinə tövsiyə və təkliflərini veriblər.
Eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Dinməz Türk və digərləri qəzet haqqında fikirlərini bölüşüblər.
Qeyd olunub ki, qəzetin nəşrə başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii-estetik zövqün formalaşdırılması, dünya ədəbiyyatı və mövcud ədəbi proseslərlə ədəbi ictimaiyyət arasında körpü yaratmaq, baş verən hadisələri oxuculara çatdırmaq, eyni zamanda bu istiqamətdə yeni ciddi imzaları - istedadları üzə çıxarıb ölkə və dünya miqyasında təqdim etməkdir.
"Yeni dalğa"nın redaksiya heyəti belə müəyyən olunub: Təsisçi: Tural Turan, baş redaktor Emil Rasimoğlu, baş redaktorun müavini Fuad Cəfərli, korrektor: Şəfaqət Cəvanşirzadə, Şöbə müdirləri: Rübabə Sahib, Seyran İsmayıl, Çinarə Ömray, və Ümid Nəccaridir.
Qeyd edək ki, qəzetin ayda bir dəfə çap olunması nəzərdə tutulub.
|