Mobil versiya RU AZ
_




DÜNYA » MEDİA

Hüseyn Atam: Regiondakı nüfuz müharibələrində zalımlar məzlum, məzlumlar zalım kimi göstərilir (VİDEO MÜSAHİBƏ)

21 İyul 2017, 10:40 (GMT +4)

İstanbul, 21 iyul, SalamNews, M.Fərəc. “Türkiyə, Azərbaycan və İran eyni mədəni hövzənin parçalarıdır, hamısı Səlcuq imperiyasının övladlarıdır. Bölgədə bu qədər ortaq dəyərləri paylaşan başqa ölkə yoxdur. Təbii ki, qərblilər bu üç ölkənin bir-birinə yaxınlaşmasını istəmirlər, çünki bu zaman məlum potensial güc doğmuş olacaq. Azərbaycan, İran və Türkiyənin düyanın müxtəlif ölkələrində özlərinə məxsus potensial mədəniyyət intellekti var.”

Bunu Türkiyənin “Doruk Medya” şirkətinin rəhbəri Hüseyn Atam SalamNews-un Türkiyədəki xüsusi müxbirinə müsahibəsində bildirib.

Hər il dünyada bir sıra mədəniyyət hadisələri baş verir ki, onların əhəmiyyətli hissəsi də kino sənayesi ilə bağlıdır.

Bu günlərdə belə tədbirlərdən biri İranın Məşhəd şəhərində reallaşan Məşhəd Film Festivalı olub. Festivalda Türkiyədən müxtəlif televiziya və şirkət rəhbərlərinin daxil olduğu 15 nəfərlik nümayəndə heyəti iştirak edib. Türkiyə nümayəndə heyətinə daxil olan “Doruk Medya” şirkətinin rəhbəri Hüseyn Atam SalamNews-un Türkiyədəki xüsusi müxbiri ilə sözügedən festivalla bağlı fikirlərini bölüşüb. 

- Bu yaxınlarda Məşhəd şəhərində kino festivalı keçirildi. Türkiyə nümayəndə heyətini bu festivalda əsasən siz təmsil edirdiniz. Festivalın mahiyyəti nədən ibarətdir?

- Festival bu il 36 ölkədən 200-dən artıq media qurumunun iştirakı ilə baş tutdu. Əslində, bu festivala ev sahibiyini Tehran şəhəri edirdi. 2017-ci ildə islam aləminin mədəniyyət paytaxtı Məşhəd elan edildiyi üçün həmin tədbirlər çərçivəsində Məşhəd şəhər İcra Hakimiyyətinin başçısı və Bələdiyyə İdarəsinin də ev sahibliyi ilə bu festival burada baş tutdu, nəticədə biz də bu tədbirdə iştirak etdik.

Türkiyədən festivalda “Doruk Medya” ilə birlikdə 15 nəfərlik nümayəndə heyəti iştirak edirdi. Heyətdə Türkiyənin müxtəlif şəhərlərindən müxtəlif qurumlar yer almışdı.

- Tədbirin Məşhəddə keçirilməsinin hər hansı bir xüsusi hədəfi var idi?

- Qeyd etdiyimiz kimi, Məşhəd şəhəri bu il İslam Mədəniyyət Mərkəzi olduğu üçün bu mənada şəhərdə çoxlu mədəni tədbirlər keçirilir. Bu tədbirlərdən biri də “İslami Radio və Televiziyalar Birliyi”nin təşkil etdiyi film marketi və bu festival idi.

Tədbirin Məşhəddə keçirilməsinin bir ayrı gözəlliyi oldu; bu, festivala ayrı bir mənəvi hava qatmış oldu. İmam Rzanın (ə) birləşdirici rolu çox əhəmiyyətli oldu. Çünki əksər islam cəmiyyətində, xüsusilə də Türkiyədəki müsəlmanlar arasında Xorasanın çox xüsusi yeri var. Yəni Anadolunun onu türk yurdu edən müsəlman kimliyinin kökləri Xorasandan gəlir. Anadoluda şiə-sünni fərq etmədən kimdən soruşsanız, ata yurdları olaraq sizə Xorasanın adını verər. Hətta bizim şərq vilayətimiz olan Ərzurumda Xorasan marşrutunun üzərində olan bir rayonun adı da Xorasandır.

- "Doruk Medya" necə bir şirkətdir və bu festivalda hansı məhsulları ilə çıxış etdi?

- Şirkətimiz bir sıra sahələrdə fəaliyyət göstərir: seriallar, filmlər, sənədli filmlər, onların tərcüməsi, Türkiyə televiziyalarında yayımlanması, İran kinematoqrafiyasının Türkiyədə tanıdılması, öz sənədli filmlərimizin hazırlanması və digər işlər görür.

Türkiyədə İran filmlərini sevən böyük kütlə var və bunlar təkcə dindar insanlar deyil. Dindar olmayan insanlar da bu fimlərin estetik və texniki tərəflərini daha çox görürlər.

Universitetlərdə, festivallarda bu filmləri tanıdırıq. Bundan başqa, kliplərimiz, qısa filmlərimiz, sənədli filmlərimiz də var. Sənədli filmlər sahəsində daha çox yaxın tarix və mədəni filmlər hazırlayırıq. Bunlardan Azərbaycanın iki milli qəhrəmanı - şəhid Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun həyat hekayələrindən bəhs etdiyimiz “Şəhidlərin inqilabı” sənədli filmidir ki, bunlar festivalda da çox maraqla qarşılandı. Xocalı faciəsindən bəhs etdiyimiz "Gecənin fəryadı" filmi maraqla qarşılandı. İranda yaşayan türklərlə bağlı "Təbriz", "Ərdəbil", "Urmiya" sənədli filmləri də yayımlanmış yeni məhsullarımız olaraq orada təqdim edildi. “Balkanların Gəlini - Bosniya” adlı Bosniyanın şəhərlərindən çəkdiyimiz sənədli filmlərimiz var, hazırda onun növbəti seriyaları işlənməkdədir. Bu filmlərimizin də orada çox maraqla qarşılandığını gördük. 

- Azərbaycan bu festivalda iştirak edirdi?

- Azərbaycanın adına pavilyon yox idi. Amma Azərbaycanın ilk beynəlxalq televiziyası olan "İnterAz"ın nümayəndə heyəti festivalda iştirak edirdi. 

- Festivalda daha çox diqqət çəkən nə idi? Sizi bu kino festivalında ən çox təsirləndirən nə oldu?

- Bu, müsəlman ölkələrini əhatə edən kino festivalıdır.

Günümüzdə media ən əhəmiyyətli silahdır. Qərbi Asiya və Orta Şərqdəki müharibələrdə Qərb mediadan öz təbliğat vasitəsi olaraq çox yüksək səviyyədə istifadə edir. Amerikalı məşhur rejissorun bir sözü var, deyir ki, “biz Vyetnamda məğlub olsaq da, Amerika uşaqları amerikalıların Vyetnamda məğlub olduqlarını heç vaxt bilməyəcəklər." Çünki kinematoqrafiya vasitəsilə bir Rembonun ortaya çıxıb bütün vyetnamlıları məhv edən bir imici var ortada. Bu gücü bu gün eyni qüvvələr bölgədəki nüfuz müharibələrində də istifadə etməkdədirlər. Məzlumları zalım, zalımları məzlum olaraq təqdim edirlər. Həmin bölgələrdən bu festivalda iştirak edən Suriya televiziyası, xeyli sayda İraq televiziyaları, Bəhreyn televiziyası və Yəmən televiziyası vardı və onların öz dərdlərini danışma səylərinə şahid oldum. Həqiqətən də, bu bölgədən başqa, Türkiyə Avropaya bir az da yaxındır, bu həqiqətləri çatdırma yolunda məsuliyyətimizin nə qədər böyük olduğunu bir daha hiss etdim.  

- Festival boyu daha bir əlamətdar hadisə imam Rza (ə) hərəminin televiziyasının açılışı və ilk peyk yayımına başlaması oldu. Perspektivdə bu televiziyanın rolu necə görünür?

- Medianın əhəmiyyəti çox böyükdür, artıq bir sıra yerlərə getmədən də bunu görə bilirsən. Son dövrlərdə müqəddəs məkanları canlı yayımda izləmək imkanı yaranıb. Bir "Kərbəla TV" ortaya çıxdı və dünyanın dörd bir tərəfindən maraqla izlənilməyə başlandı, eyni zamanda digər yayım qurumlarına da xidmət göstərir. Məşhədin rolu heç bir zaman azalmadı. Məşhəd tarix boyu bütün müsəlmanların, Əhli-beyt (ə) aşiqlərinin könüllərini fəth edən bir şəhər oldu. 

- Məşhəd Film Festivalı boyu mühüm hadisələrdən biri də Tehranda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi idi. Bu mədəniyyət günləri çərçivəsində Azərbaycan film həftəsi də baş tutdu. Tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. Azərbaycan film həftəsinin baş tutması buradakı filmə maraqla da izah olunur. Daha əvvəl də qeyd olunduğu kimi, İranda film sənayesinə ciddi maraq var, bu maraq nədən qaynaqlanır? Bu ölkədə film sənayesinin belə inkişafının qaynağı nədir?

- Türkiyə, Azərbaycan və İran eyni mədəniyyət hövzəsinin parçalarıdır, hamısı Səlcuq imperiyasının övladlarıdır. Bölgədə bu qədər ortaq dəyərləri paylaşan başqa ölkə yoxdur. Təbii ki, qərblilər bu üç ölkənin bir-birinə yaxınlaşmasını istəmirlər, çünki bu zaman məlum bir potensial güc doğmuş olacaq. Azərbaycan, İran və Türkiyənin dünyanın müxtəlif ölkələrində özlərinə məxsus potensial mədəniyyət intellekti var. Azərbaycan Mədəniyyəti Günlərinin İranda keçirilməsini təqdirlə qarşıladım, Tehrandakı Azərbaycan filmləri həftəsi ilə bağlı xəbərləri izlədim. Film iki mədəniyyətin bir-birini tanımasında ən mühüm vasitələrdən biridir. Bu gün İran kinematoqrafiyası dünyada film vasitəsilə öz mədəniyyətini tanıtmaqda böyük xidmətlər göstərir. “İran fimləri niyə bu qədər diqqət çəkir?” sualına gəldikdə isə, ona görə ki, dünyada hakim Hollivud mədəniyyəti var. Bu Hollivud mədəniyyəti, sadəcə, tekniki effektlər vasitəsilə, ya da eşqi fərqli mənada göstərən və bununla reytinq toplayan kapitalist sistemi təmsil edir. Lakin İran da ortaya bir alternativ qoymağı bacarıb. Yalnız fərqli cəhəti deyil, həm də keyfiyyəti təqdim edə bilib. İnsanlığı, ailəni, sosial məsuliyyəti, məişəti, duyğulu hisləri insanlara toxunan səviyyədə işləyə bildiyi üçün bu gün İran kinematoqrafiyası artıq beynəlxalq aləmdə də mükafatlar qazanır, daxildə də istehsal gücü baxımından çox ciddi xüsusi çəkiyə malikdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

Bakıda müddətli müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verilib

Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

Mehmet Karaca: BANM tezliklə regionda söz sahibi olacaq (MÜSAHİBƏ)

Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələr başa çatır

"Ştutqart"dan ehtiyyat hissələri almaq daha da asan olacaq (MÜSAHİBƏ)

Nərminə Quliyeva: Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir (MÜSAHİBƏ)

DİM: Ümumi müsahibədə iştirak etmək üçün indiyədək 95 nəfər ərizə verib

Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib

Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

Xəzərdə suyun səviyyəsi niyə azalır? (MÜSAHİBƏ)

Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibə verib

Azər Əlizadə: Yeniliklərimizi daha çox müştərilərimiz hiss edəcək (MÜSAHİBƏ)

DİM vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibələr elan edib

Prezident İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib

Direktor vəzifəsinə rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb

“Qala Həyat” bazara yeni könüllü həyat sığortası məhsulunu çıxarıb (MÜSAHİBƏ)

Direktor müavini vəzifələri üzrə müsahibə keçirilir

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi başlayıb

05 İyun 2020, 13:41 (GMT +4)
Elon Mask "Amazon"u inhisarçı adlandırıb

05 İyun 2020, 13:38 (GMT +4)
İran Avropadan Suriyaya qarşı sanksiyaların dayandırılmasını tələb edib

05 İyun 2020, 13:26 (GMT +4)
AzTU Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv olub

05 İyun 2020, 13:24 (GMT +4)
Liviyanın «Milli Razılıq Hökuməti» qüvvələri Tarhuna şəhərini nəzarətə götürüb

05 İyun 2020, 13:21 (GMT +4)
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində MDB məkanında 1-ci yerdədir

05 İyun 2020, 13:15 (GMT +4)
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

05 İyun 2020, 12:58 (GMT +4)
Rusiyada son sutkada 8 726 nəfər koronavirusa yoluxub 

05 İyun 2020, 12:45 (GMT +4)
Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,1 milyon manat ayırıb

05 İyun 2020, 12:30 (GMT +4)
Virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib

05 İyun 2020, 12:23 (GMT +4)
ABŞ-da polislər Floydun tabutunu diz çökərək yola salıb (FOTO-VİDEO)

05 İyun 2020, 11:45 (GMT +4)
Ötən gün ərzində Nyu Yorkda təxminən 300 nəfər həbs edilib

05 İyun 2020, 11:30 (GMT +4)
Müəllimlərin yerdəyişməsinə elektron sənəd qəbulu bu gün başa çatır

05 İyun 2020, 11:28 (GMT +4)
Emin Ağalarov koronavirus xəstəliyi keçirib

05 İyun 2020, 11:15 (GMT +4)
Milli Məclisin plenar iclası başlayıb

05 İyun 2020, 11:09 (GMT +4)
Səudiyyə Ərəbistanı son həftədə Yəmən ərazisinə 250 aviazərbə endirib

05 İyun 2020, 11:02 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

05 İyun 2020, 10:45 (GMT +4)
Azərbaycan XİN Danimarkanı təbrik edib

05 İyun 2020, 10:39 (GMT +4)
Tramp: İranda amerikalının sərbəst buraxılması, Tehranla sövdələşmələrin mümkün olduğunu göstərir

05 İyun 2020, 10:30 (GMT +4)
Şəhriyar Məmmədyarov onlayn beynəlxalq turnirdə iştirak edəcək

05 İyun 2020, 10:28 (GMT +4)
Fars Körfəzində İranın bir yük gəmisi batıb, ölənlər var

05 İyun 2020, 10:21 (GMT +4)
Minneapolisdə Corc Floydla vida mərasimi keçirilib

05 İyun 2020, 10:15 (GMT +4)
Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlanıb

05 İyun 2020, 10:00 (GMT +4)
DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

05 İyun 2020, 09:51 (GMT +4)
ABŞ Dövlət Departamenti Rusiyadan "Yaxın Şərqdən çıxmağı" tələb edib

05 İyun 2020, 09:45 (GMT +4)
Xalq artisti Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub

05 İyun 2020, 09:35 (GMT +4)
İran və ABŞ qarşılıqlı şəkildə tanınmış məhbusları azad ediblər (FOTO)

05 İyun 2020, 09:30 (GMT +4)
Azərbaycan və Serbiyanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

05 İyun 2020, 09:21 (GMT +4)
Lukaşenko yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib

05 İyun 2020, 09:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

05 İyun 2020, 09:10 (GMT +4)
Bu gün Azərbaycanda Su təsərrüfatı və meliorasiya işçiləri günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66