Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

DQİDK sədri Özbəkistan nümayəndə heyəti ilə görüşüb

11 İyul 2017, 09:51 (GMT +4)

Bakı, 11 iyul, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, qonaqları səmimi salamlayan Komitə sədri Azərbaycan ilə Özbəkistan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrindən danışıb. Qeyd edilib ki, ölkələrimiz arasındakı münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün dövlət başçımız tərəfindən uğurla davam etdirilir.

Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu bildirən Komitə sədri 4 iyul tarixində Füzuli rayonunun Alıxanlı kəndində törədilmiş qanlı hadisə nəticəsində dünya ictimaiyyətinin növbəti dəfə mülki sakinlərə qarşı erməni terrorunun şahidi olduğunu bildirib. Dövlət Komitəsinin sədri Özbəkistanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyini, iki ölkə arasında əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb.

Çoxkonfessiyalı və çoxmillətli dövlət olan Azərbaycanda dövlət-din münasibətləri, həmçinin, dövlətin din sahəsindəki siyasəti, Dövlət komitəsinin fəaliyyəti barədə geniş məlumat verən Mübariz Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən söhbət açıb. Qeyd edib ki, prezident İlham Əliyev tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirib. Sovet hakimiyyəti dövründə 17 məscid olan Azərbaycanda hazırda 2246 məscid var. Təsadüfi deyil ki, Cənub Qafqazın ən böyük məscidi olan "Heydər" məscidi Bakıda inşa edilib. 28-i qeyri-islam olmaqla 757 dini icma və 10 islam kolleci dövlət qeydiyyatına alınıb.

Eyni zamanda, Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir. Dövlətin qayğısı ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması, yenilərinin tikilməsi istiqamətində həyata keçirilir. Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən islam və qeyri-islam təmayüllü dini qurumlara maliyyə vəsaiti ayrılır.

Ötən ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunmasının təsadüfi olmadığına diqqət çəkən Komitə sədri bununla bağlı ölkəmizdə və xaricdə çoxsaylı yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini deyib. Eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini islam dünyasını bir araya gətirən, birləşdirən humanitar, siyasi, iqtisadi əlaqələrə təkan verən hadisə kimi qiymətləndirən Komitə sədri bildirib ki, İslamda həmrəyliyə böyük ehtiyac var.

Mübariz Qurbanlı bildirib ki, Dövlət komitəsi tərəfindən qanun çərçivəsində, iqtisadiyyat sahəsi ilə əlaqəli və ideoloji-təbliğat yolu olmaqla radikal dini qruplara qarşı üç istiqamətdə mübarizə müəyyən edilib: "Bu sahədə Komitə hüquq-mühafizə orqanları və Qafqaz Müsəlmanları İdarəsi, eləcə də digər müvafiq orqanlarla birgə fəaliyyət göstərir. Qanun pozuntusuna yol verildiyi təqdirdə, onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atılır. O bildirib ki, ideoloji-təbliğat yolu əsl islam dəyərlərinin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Biz bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstəririk. Bu iş kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və dini maarifləndirmə tədbirləri vasitəsilə həyata keçirilir."

Səmimi qəbula görə təşəkkürünü bildirən Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov bildirib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran Artukbek Yusupov səfərin Azərbaycanla Özbəkistan arasında din sahəsində əlaqələrin daha da genişlənməsinə böyük təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qonaq deyib ki, bu gün müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan islam mədəni irsinin yaranması və qorunub saxlanılmasında əhəmiyyətli məkanlardan biri kimi tanınır: "Buna görə də 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır."

O, eyni zamanda bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təkcə idman yarışı kimi deyil, həm də bütün islam dünyasının birlik, həmrəylik günləri kimi tarixə yazıldığını bildirib.

Dini sahədə gələcəkdə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayan Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimov bildirib ki, Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Vurğulanıb ki, hazırda bəzi qüvvələr islam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır: "Şübhəsiz ki, islam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, islam dəyərlərinin yanlış dərk edilməsindən irəli gəlir. Çünki islam dinini dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət daşıdığının, yüksək əxlaqi dəyərləri təbliğ etdiyinin şahidi oluruq.”

Görüşdə iki ölkənin din siyasətini həyata keçirən qurumlar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyi və birgə tədbirlərin keçirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə müzakirələr aparılıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Özbəkistan nümayəndə heyətinin üzvləri səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev, sədr müavini Rəşad Əlyarlı, Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və digər rəsmi şəxslər iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66