Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

DQİDK daha 24 dini icmanın layihəsini maliyyələşdirib (SİYAHI)

10 İyul 2017, 14:38 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən ikisi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dini icma olmaqla daha 24 dini icmanın layihəsi maliyyələşdirilib. Bu məqsədlə DQİDK-da bu gün keçirilən tədbirdə Dövlət komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Bu barədə SalamNews-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dövlət başçısının milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi, dini maarifçilik işinin aparılması və dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətində Dövlət Komitəsinə, eləcə də dini icmalara maliyyə vəsaitinin ayrılması barədə imzaladığı sərəncamların əhəmiyyətinə toxunub.
Sədrin birinci müavini milli-mənəvi irsimizin, ənənəvi İslam dəyərlərinin təbliği və təşviqi, eyni zamanda dövlətçiliyimizin qorunması istiqamətində dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Səyyad Salahlı, eyni zamanda dini icma sədrlərinə rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qüvvələrə qarşı mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Layihələri maliyyələşdirilən Göyçay rayonu Yeniarx kənd məscidi dini icması “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi”, Göyçay rayonu Yalman kənd məscidi dini icması “İslam Həmrəyliyi və sosial ədalət”, Saatlı rayonu Fətəlikənd kəndi “Cümə” məscidi dini icması “Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi”, Sabirabad rayonu Bulaqlı kənd məscidi dini icması “İslam həmrəyliyi - dini vəhdətə çağırış”, Samux rayonu Samux şəhəri müsəlmanlarının dini icması “İslam həmrəyliyi islamda birgə yaşayış ənənələrinə xidmət edir”, İsmayıllı rayonu Topçu kənd məscidi dini icması “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”, Cəlilabad rayonu Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi”, Masallı rayonu Lürən kənd məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği”, Ağstafa rayonu imam Əli adına “Cümə “ məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”, Gədəbəy rayonunun Gədəbəy şəhər “ Cümə “ məscidi dini icması “İslamın mənəvi və əxlaqi dəyərlərinin gənclərə aşılanması”, Şirvan bölgəsi üzrə şöbə Salyan rayonu Xurşud kənd məscidi dini icması “İslamda həmrəyliyin əhəmiyyəti”, Qəbələ şəhər dindarlarının məscidi dini icması “İslam Həmrəylik Dinidir”, Yevlax bölgəsi üzrə şöbə Ağdaş rayonu Qəribli kənd məscidi dini icması “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə”, Naxçıvan Muxtar Respublikası Şahbuz rayon dini icması “Tolerantlıq ənənələrinin qorunub saxlanılması”, Naxçıvan Muxtar Respublikası Şərur şəhər dini icması “Gənclərimizin radikal dini cərəyanlardan qorunması”, Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icması “İslam sülh və həmrəylik dinidir”, Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Yevlax rayonu Yenicə kənd məscidi dini icması “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir”, Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti”, Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı”, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi “Türkan bağları” məscidi dini icması “İslam həmrəyliyi sülh və birlik nümunəsidir”, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “Came” məscidi dini icması “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur”, Balakən rayonu Kortala kənd məscidi dini icması “İslam dinində vətən sevgisi və şəhidlik” adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən layihələri maliyyələşdirilmiş icmalar vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirir, kitablar çap edirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul edib

Polietilen torbaların satışını qadağan edən layihə II oxunuşda təsdiqlənib

AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

Qarabağın azərbaycanlı icması yeni layihənin icrasına başlayıb

“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin təlimləri sona çatıb

Türkiyənin Azərbaycana hərbçi göndərməsi ilə bağlı layihə bu gün parlamentdə müzakirə ediləcək

Gənc fəallar şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsinə start veriblər

Azərbaycana hərbçi göndərilməsi ilə bağlı layihə TBMM-yə təqdim olunub

BP: Azəri Mərkəzi Şərqi layihəsi üçün göndərilən iri avadanlıq Azərbaycana gətirilməkdədir

İranda dəniz suyunun şirinləşdirilməsi və ölkənin mərkəzi yaylalarına nəql edilməsi layihəsinin açılışı olub

KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası ilə regionlarda layihələr həyata keçirəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Əsgərə məktub!” layihəsinə qoşulub

“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin onlayn təlimlərində iştirak üçün qeydiyyat başlamışdır

Zərif: İran Azərbaycanın ərazibütövlüyünə hörmətlə yanaşmaqla münaqişənin həlli üçün layihə hazırlayıb

KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

02 Dekabr 2020, 15:20 (GMT +4)
TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

02 Dekabr 2020, 15:14 (GMT +4)
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 15:05 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda da azalıb

02 Dekabr 2020, 14:45 (GMT +4)
Laçının Qarıqışlaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 14:38 (GMT +4)
TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib

02 Dekabr 2020, 14:28 (GMT +4)
MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:12 (GMT +4)
Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

02 Dekabr 2020, 14:05 (GMT +4)
Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

02 Dekabr 2020, 13:58 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

02 Dekabr 2020, 13:40 (GMT +4)
ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

02 Dekabr 2020, 13:24 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq

02 Dekabr 2020, 13:14 (GMT +4)
Azərbaycan qızıl ixracından gəlirini 12 % artırıb

02 Dekabr 2020, 13:05 (GMT +4)
Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

02 Dekabr 2020, 12:55 (GMT +4)
Tramp seçkilərdən sonra 170 milyon dollar ianə toplayıb

02 Dekabr 2020, 12:50 (GMT +4)
DİN: Son bir həftədə ictimai nəqliyyatda maska taxmayan 747 nəfər cərimələnib

02 Dekabr 2020, 12:40 (GMT +4)
Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

02 Dekabr 2020, 12:33 (GMT +4)
Co Bayden İranla əldə edilmiş nüvə sazişinə qayıtmağı yenidən dilə gətirib

02 Dekabr 2020, 12:30 (GMT +4)
Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb

02 Dekabr 2020, 12:23 (GMT +4)
Gürcüstanda son sutkada 4043 nəfər koronavirusa yoluxub

02 Dekabr 2020, 12:20 (GMT +4)
Azərbaycan və Türkiyə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

02 Dekabr 2020, 12:10 (GMT +4)
DİN vətəndaşlara müraciət edib

02 Dekabr 2020, 12:00 (GMT +4)
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib

02 Dekabr 2020, 11:58 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 64,1 milyonu keçib

02 Dekabr 2020, 11:45 (GMT +4)
Müdafiə Nazirliyi bir qrup hərbçinin tərxisi ilə bağlı vətəndaşlara müraciət edib

02 Dekabr 2020, 11:36 (GMT +4)
Kabildə partlayış nəticəsində Rusiya səfirliyinin bir neçə işçisi xəsarət alıb

02 Dekabr 2020, 11:30 (GMT +4)
Təhsil Nazirliyi: Yeni dərsliklər Sinqapur modelli olacaq

02 Dekabr 2020, 11:24 (GMT +4)
BMT: Dünyada köləlikdə olan 40 milyondan çox insan var

02 Dekabr 2020, 11:15 (GMT +4)
Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq vebinarda iştirak edib

02 Dekabr 2020, 11:00 (GMT +4)
XİN fransalı deputatların Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66