Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

DQİDK sədri Avstriya parlamentinin deputatları ilə görüşüb

07 İyul 2017, 17:45 (GMT +4)

Bakı, 7 iyul, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Avstriya parlamentinin deputatları ilə görüşüb.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən dövlət komitəsinin sədri Azərbaycan və Avstriya arasında bir çox sahələrdə əməkdaşlığın getdikcə genişləndiyini qeyd edib.

Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu qeyd edən M.Qurbanlı 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində törədilmiş qanlı hadisə sayəsində dünya ictimaiyyətinin növbəti dəfə erməni vandallığının şahidi olduğunu bildirib və vurğulayıb ki, işğalçı ölkə beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyərək öz mənfur siyasətini davam etdirir.

Dövlət komitəsinin fəaliyyəti barədə parlament üzvlərinə ətraflı məlumat verən M.Qurbanlı bildirib ki, ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.

Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini nəzərə çatdıran Komitə sədri ölkəmizdə məscidlərin sayının 2246-ya çatdığını, 14 kilsə, yeddi sinaqoqun fəaliyyət göstərdiyini bildirib, dinə dövlət qayğısının təzahürü olaraq, prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə müsəlman və qeyri-müsəlman dini icmalarına maliyyə yardımının ayrıldığını qeyd edib.

M.Qurbanlı ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini, milli-mənəvi və dini dəyərlərimizə bağlılığın təzahürü olaraq, ölkəmizdə ötən ilin “Multikulturalizm ili”, bu ilin isə “İslam həmrəyliyi ili” elan olunduğunu qonaqların diqqətinə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Avstriya parlamentinin deputatı Yohanes Hübner Azərbaycana səfər proqramları çərçivəsində çoxsaylı görüş keçirdiklərini bildirərək, bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib.

Qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən az sayda ölkələrdən biri olduğunu vurğulayıb.

Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Yekunda M.Qurbanlı dövlət komitəsi tərəfindən Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Azərbaycanın seçilmiş islam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonaqlara təqdim edib.

Qeyd edək ki, görüşdə dövlət komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov, millət vəkili Çingiz Qənizadə və digər rəsmi şəxslər də iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66