Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28 İyun 2017, 10:30 (GMT +4)

Bakı, 28 iyun, SalamNews, Ş.Nəzərli Azərbaycan milli mətbuatının və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.

SalamNews-un məlumatına görə, Həsən bəy Məlikov (Zərdabi) 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva Universitetinə daxil olmuş Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Quba məhkəməsində işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb.

Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstambuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olur. Bu mətbu orqanla Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.

1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur olub.

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başlayıb.

Həyatının son illərində Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib.

İflic xəstəliyinə tutulmuş H.B.Zərdabi 1907-ci ildə vəfat edib. Məzarı hazırda Fəxri Xiyabandadır.

Respublika Prezidentinin sərəncamına uyğun olaraq ölkədə görkəmli maarifçinin yubileyi təntənə ilə qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADB: “Azərbaycan müasir əkinçilik texnikası tətbiq etməklə məhsuldarlığı artıra bilər”

“Səba” bu il əkinçilikdə öz rekordunu qırıb

“Əkinçi” qəzeti ilə xalqımızın mədəni mühitimizdə yeni üfüqlər açılıb - nazir

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

“Gənc Əkinçi” Akademiyası yenidən başlayıb (FOTO)

Həsən bəy Zərdabinin Mərkəzi Nəbatat Bağında yerləşən büstü ziyarət olunub

Türkiyə Rusiyadan əkinçilik məhsullarının idxalı ilə bağlı məhdudiyyətləri ləğv edib

“Gənc Əkinçi” Akademiyası davam edir

“İrəli” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası yenidən başlayıb

"İrəli" İB tərəfindən “Gənc Əkinçi” Akademiyası ikinci dəfə öz işinə start verir

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anım günüdür

Sona Vəliyevanın Həsən bəy Zərdabi haqqında “İşığa gedən yol” romanı işıq üzü görüb

Bakıda Həsən bəy Zərdabi mükafatı təqdim edilib (FOTOLENT)

İslam xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anım günüdür

24 Yanvar 2020, 18:00 (GMT +4)
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

24 Yanvar 2020, 17:45 (GMT +4)
Böyük Çin Səddi turistlər üçün bağlanıb

24 Yanvar 2020, 17:42 (GMT +4)
"Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

24 Yanvar 2020, 17:26 (GMT +4)
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər

24 Yanvar 2020, 17:20 (GMT +4)
XİN koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

24 Yanvar 2020, 17:18 (GMT +4)
Texasda binada partlayış baş verib

24 Yanvar 2020, 17:13 (GMT +4)
CinemaPlus-da “Pis oğlanlar” nümayiş olunub

24 Yanvar 2020, 17:08 (GMT +4)
Təhsil naziri Salyan məktəbində olub

24 Yanvar 2020, 16:43 (GMT +4)
Kreml: Rusiya "beşlik" liderlərinə ətraflı təkliflər göndərəcək

24 Yanvar 2020, 16:17 (GMT +4)
Parisdə Eyfel Qülləsi bağlanıb

24 Yanvar 2020, 16:01 (GMT +4)
Bərdədə ingilis dilli Resurs və Təlim Mərkəzinin açılışı olub

24 Yanvar 2020, 15:43 (GMT +4)
Qırx əsgərinin ölümündən sonra Suriya Ordusu İdlibdə əks hücuma keçib

24 Yanvar 2020, 15:40 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

24 Yanvar 2020, 15:37 (GMT +4)
AzTU-da müdir təyinatı olub

24 Yanvar 2020, 15:36 (GMT +4)
Peskov: Putin və Zelenski istənilən vaxt görüş təşkil edə bilər

24 Yanvar 2020, 15:34 (GMT +4)
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş olub

24 Yanvar 2020, 15:30 (GMT +4)
Xızıda keçmiş məhkumun evində silah-sursat aşkarlanıb

24 Yanvar 2020, 15:05 (GMT +4)
Ərdoğan Liviyada Suriyadakı səhvi təkrarlamamağa çağırıb

24 Yanvar 2020, 15:00 (GMT +4)
“Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var

24 Yanvar 2020, 14:51 (GMT +4)
Səudiyyənin Ümumdünya İslam Liqasının sədri Holokost qurbanlarına namaz qılıb (VİDEO)

24 Yanvar 2020, 14:43 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

24 Yanvar 2020, 14:32 (GMT +4)
AK və AB Şurasının rəhbərləri Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı saziş imzalayıblar

24 Yanvar 2020, 14:18 (GMT +4)
ADRA 2020-ci ildə bir sıra yeniliklər tədbiq edəcək

24 Yanvar 2020, 14:12 (GMT +4)
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib

24 Yanvar 2020, 14:00 (GMT +4)
“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

24 Yanvar 2020, 13:58 (GMT +4)
Türkiyədə keçmiş baş qərərgah rəisi ömürlük həbs cəzasına məhkum edilib

24 Yanvar 2020, 13:51 (GMT +4)
Putin Medinski və Oreşkini özünə köməkçi təyin edib

24 Yanvar 2020, 13:37 (GMT +4)
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

24 Yanvar 2020, 13:35 (GMT +4)
Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb

24 Yanvar 2020, 13:19 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66