Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Nəsimi rayonunda aztəminatlı ailələr üçün iftar süfrələri açılır (FOTO)

23 İyun 2017, 11:00 (GMT +4)

Bakı, 23 iyun, SalamNews. Nəsimi rayonunda aztəminatlı ailələrlə görüş keçirilib və Heydər Əliyev Fondu tərəfindən bayram sovqatları paylanılıb.

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərilməsi, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur, imkansızlara köməklik göstərilir.

Rayon İcra Hakimiyyətindən SalamNews-a bildirilib ki, Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, ağsaqqallar və veteran təşkilatları şuralarının, digər ictimai təşkilatların, rayonda abadlıq və quruculuq işlərində yaxından iştirak edən təsərrüfat xidmətləri işçilərinin iştirakı ilə keçirilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Ramazan bayramı ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə, ilk növbədə, yardıma ehtiyacı olanlara – şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, rayonda məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsizlərə, ümumilikdə min ailəyə ərzaq bağlamaları paylanılıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək deyib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. O, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. İcra başçısı Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışıb. O qeyd edib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində mötəbər idman bayramı olan İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, idmançılarımızın zəfəri Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsidir.

Asif Əsgərov bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində uzun illər ərzində misilsiz səyləri, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti göz qabağındadır.

Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, Fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibətilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mail Yaqubun Nəsimi nəfəsi kitabı işıq üzü görüb

Birinci vitse-prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

"Ramazan - Vəhdət və Mərhəmət Bayramı" adlı onlayn konfrans keçirilib

Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

Ramazan bayramı günündə Bakının hava proqnozu açıqlanıb

Bakıda Ramazan yarmarkası keçirilir (FOTO)

İlin müstəsna mənəvi fürsəti bitməkdədir - Ramazanın 29-cu gününün duası

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

İranın səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqı və dövlətini təbrik edib

Mübarək ayın bəhrəsini görməyin vaxtı çatıb – Ramazanın 28-ci günün duası

Bu gün ramazanın son cüməsi Beynəlxalq Qüds Günüdür

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək

İnsan gərək bu günlərdən çox bəhrələnsin - Ramazanın 27-ci gününün duası

Orucluq hər evə ayrı bir sevinc gətirir - Ramazan ayının 26-cı gününün duası

İmanın meyarı Allahın sevgisi və qəzəbi olmalıdır - Ramazanın 25-ci gününün duası

Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramını evdə qeyd etməyə çağırıb 

Allahın mömindən razı qalması böyük bir ilahi məqamdır - Ramazan ayının 24-cü gününün duası

Qədr gecələri yalnız həqiqi oruc tutanlara müsbət təsir buraxar - Ramazanın 23-cü günün duası

Bu ay bərəkət və müjdələrlə dolu bir aydır - Ramazanın 22-ci gününün duası

21 Sentyabr 2020, 18:10 (GMT +4)
“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

21 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanda daha 92 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

21 Sentyabr 2020, 17:53 (GMT +4)
Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

21 Sentyabr 2020, 17:38 (GMT +4)
Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

21 Sentyabr 2020, 17:38 (GMT +4)
İraq Fransadan külli miqdarda silah alacağını bildirib

21 Sentyabr 2020, 17:26 (GMT +4)
“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edilib

21 Sentyabr 2020, 17:15 (GMT +4)
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrılıb

21 Sentyabr 2020, 17:08 (GMT +4)
Bakıda kişini elektrovoz vuraraq öldürüb

21 Sentyabr 2020, 16:56 (GMT +4)
Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

21 Sentyabr 2020, 16:55 (GMT +4)
Qaxda 2 ton narkotik vasitə məhv edilib

21 Sentyabr 2020, 16:47 (GMT +4)
Türkiyə prezidenti yunan qəzetinə qarşı iddia qaldırıb

21 Sentyabr 2020, 16:25 (GMT +4)
Rusiya Fransa üzərində müşahidə uçuşu həyata keçirəcək

21 Sentyabr 2020, 16:19 (GMT +4)
DİM rezidenturaya ixtisas seçimi ilə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 16:00 (GMT +4)
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 15:53 (GMT +4)
Rusiya və Türkiyə hərbçiləri Suriyada ortaq təlim həyata keçirib

21 Sentyabr 2020, 15:52 (GMT +4)
İranda son sutkada 177 koronavirus xəstəsinin ölümü qeydə alınıb

21 Sentyabr 2020, 15:41 (GMT +4)
Finlandiyanın “Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

21 Sentyabr 2020, 15:26 (GMT +4)
Tovuzda şəhid çavuşla vida mərasimi keçirilib - FOTOREPORTAJ

21 Sentyabr 2020, 15:10 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

21 Sentyabr 2020, 15:07 (GMT +4)
ASA sığortaçılardan ibarət “Ekspert qrupu” yaradıb

21 Sentyabr 2020, 14:56 (GMT +4)
Ceyhun Bayramov erməni təxribatı ilə bağlı moldovalı həmkarına məlumat verib

21 Sentyabr 2020, 14:53 (GMT +4)
Taliban Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələrinə hücum edib, 26 ölü var

21 Sentyabr 2020, 14:52 (GMT +4)
YAP bəyanat yayıb

21 Sentyabr 2020, 14:46 (GMT +4)
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

21 Sentyabr 2020, 14:40 (GMT +4)
Rusiya apteklərində COVID-19 preparatının satışları başlayıb

21 Sentyabr 2020, 14:17 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 1,1 milyonu keçib

21 Sentyabr 2020, 14:10 (GMT +4)
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər

21 Sentyabr 2020, 14:05 (GMT +4)
Sərbəst güləş üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

21 Sentyabr 2020, 13:56 (GMT +4)
İran XİN: Bizim Dağlıq Qarabağ münaqişəsinə baxışımız daim aydın olub

21 Sentyabr 2020, 13:50 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66