Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tahir Budaqov Cenevrədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir

20 İyun 2017, 12:37 (GMT +4)

Bakı, 20 iyun, SalamNews. 19-22 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyası və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yol xəritəsinin yerinə yetirilməsinə dair seminar keçirilir.

Tədbirlərdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Dövlət Statistika Komitəsindən SalamNews-a verilən məlumata görə, 4 gün davam edən tədbirlərdə Avropa İqtisadi Komissiyasının 67-ci və BMT-nin Statistika Komissiyasının 48-ci sessiyaları ilə əlaqədar qarşıda duran vəzifələr, yoxsulluğun ölçülməsi, geoməkan məlumatlarla rəsmi statistikanın inteqrasiyası, rəsmi statistikanın modernləşdirilməsi üzrə yüksək səviyyəli qrupun fəaliyyəti, dayanıqlı inkişaf məqsədləri üzrə milli strategiya və planlar, məlumat axınlarının əlaqələndirilməsi və statistikanın təşkili ilə bağlı atılacaq addımlar və digər məsələlərin müzakirəsi aparılacaq. Belə ki, Avropa Statistikləri Konfransının himayədarlığı ilə yoxsulluğun ölçülməsi, Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar statistik fəaliyyətin təşkilinə dair yol xəritəsi, iqlim dəyişmələri ilə bağlı əsas göstəricilər, rəsmi statistikanın əhəmiyyəti, demoqrafik proqnozlar üzrə məlumatlara dair hazırlanmış hesabatlar dinləniləcək, qayda və tövsiyələr nəzərdən keçiriləcək.

Milli statistika idarələrinin rəhbərləri ilə yanaşı beynəlxalq təşkilatların statistika bölmələrinin rəhbərləri və ekspertlərinin iştirak etdiyi seminarın sessiyalarında DİM-ə nail olma vəziyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi sahəsində irəli sürülən təşəbbüslər, ölkələrin nail olduğu irəliləyişlər, üzləşdiyi əsas problemlərə və gələcək fəaliyyətlərə dair məruzələr təqdim olunacaq. Eyni zamanda, DİM-lə əlaqədar statistikanın təkmilləşdirilməsi prosesində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin qarşılaşdığı strateji əhəmiyyətli məsələlərin həlli yollarının müzakirəsi aparılacaq, qabaqcıl təcrübələr təqdim olunacaq.

Həmçinin gündəliyə DİM üzrə statistik fəaliyyətlə əlaqədar milli statistika təşkilatlarının strategiya və fəaliyyət planlarına dair Avropa İqtisadi Komissiyası tərəfindən keçirilmiş sorğunun nəticələri, Avropa Statistikləri Konfransının DİM statistikası üzrə İdarəetmə Qrupu tərəfindən statistik fəaliyyətin təşkili ilə əlaqədar hazırlanmış yol xəritəsi, DİM-in ölçülməsi prosesində milli statistika təşkilatlarının əlaqələndirici rolu, DİM üzrə milli hesabatlıq platformalarının xüsusiyyətləri, DİM statistikası üzrə fəaliyyətin əlaqələndirilməsi mövzuları da daxil edilib.

Sonda Avropa Statistikləri Konfransının yekun hesabatı qəbul edilərək növbəti dövr üçün (2017-2019-cu illər) Konfransın Büro üzvləri seçiləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSK sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb

Tahir Budaqov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri ilə görüşüb

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır - Tahir Budaqov

DSK sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb

Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir

DSK sədri Tahir Budaqov Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreyadan olan nümayəndə heyəti ilə görüşüb

Sədr Tahir Budaqov Banqkokda mühüm tədbirlərdə iştirak edib

Azərbaycanda kütləvi kitabxanaların 33 milyon kitab fondu var - Tahir Budaqov

Tahir Budaqov: "Tvinninq layihəsinin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək" (FOTO)

Dövlət daim qadın zorakılığına qarşı mübarizəni diqqətdə saxlayır - Tahir Budaqov

05 Aprel 2020, 22:12 (GMT +4)
Qeyri-ciddi SMS-lər göndərənlər barədə ciddi məsuliyyət tədbirləri görüləcək

05 Aprel 2020, 19:37 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat edib

05 Aprel 2020, 18:14 (GMT +4)
Deputat: Xəstələrlə ünsiyyətdə olan insanlar üçün sığorta mexanizmi tətbiq olunmalıdır

05 Aprel 2020, 17:21 (GMT +4)
Azərbaycanda yarım milyona yaxın insan evdən çıxmaq üçün SMS göndərib

05 Aprel 2020, 15:31 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

05 Aprel 2020, 15:24 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 63 nəfərdə koronavirus aşkarlanıb

05 Aprel 2020, 15:15 (GMT +4)
Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır

05 Aprel 2020, 14:30 (GMT +4)
“Ailə TV” karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib

04 Aprel 2020, 22:54 (GMT +4)
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub

04 Aprel 2020, 22:30 (GMT +4)
İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66