Mobil versiya RU AZ
_




QAFQAZ » RAMAZAN

Gürcüstandakı islam vəhdətini parçalamaq zərərli haldır - GMİ sədri (MÜSAHİBƏ)

16 İyun 2017, 17:38 (GMT +4)

Bakı, 16 iyun, SalamNews, M.Sadiq. "Gürcüstanda insanlar azad şəkildə öz dini inanclarını yaşayırlar, ibadətlərini həyata keçirir və dini mərasimlərini qeyd edirlər. Bu sahədə hər hansı bir qadağa ilə rastlaşmırlar". 

Bu fikirləri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Gürcüstanda dini vəziyyətlə bağlı SalamNews-a müsahibəsində deyib.

- Müqəddəs Ramazan ayının böyük bir hissəsi geridə qalıb. Oruc tutan müsəlmanlara məsləhətləriniz nədir?

- Öncə Ramazan ayı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirəm. Onların oruc və namazlarının qəbul olunmasını uca Allahdan diləyirəm. Böyüklərimizn tövsiyəsi belədir ki, oruc ibadətini yerinə yetirirərkən orucun digər mahiyyətlərindən qafil olmayaq. Yoxsulları, fəqirləri unutmayaq. Əgər qonşuda ac bir insan varsa, onun da iftarına yardımçı olaq. Necə ki, Peyğəmbərimiz (s) buyurub ki, qonşusu ac ikən, özü tox yatan şəxs bizdən deyildir. Orucun da elə əsas məqsədlərindən biri ac qalmaqla kasıbların, yoxsulların halını praktiki olaraq hiss etməkdir. Bundan başqa oruc tutan insan tibbi tövsiyyələrə riayət etməlidir, qidalarına diqqət yetirməlidir. Bir də, yaxşı olar ki, oruc tutan insanlar yanlış vərdişləri tərgitsinlər. Məsələn gözəl fürsətdir ki, siqarət çəkən insan bu vərdişi tərgitsin. Ramazan ayı eyni zamanda nəfsin tərbiyə və təlim ayıdır. İnsanlar bu ayın hər gününün üçdə ikisini halal yemək və içməkdən belə uzaq olmağı bacarırsa, deməli ilin digər on bir ayında haram qidalardan uzaq olmaq onun üçün elə də çətin olmaz.

- Ramazan ayı boyunca Gürcüstan Müsəlmanları İdarəsi nə kimi işlər həyata keçirib və keçirməkdədir?

- Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) olaraq Ramazan ayında təlim proqramları, internet tv verilişləri, broşür və dərgi nəşr etməklə bir sıra fəaliyyətlər həyata keçirilib, eyni zamanda bu ay boyunca Gürcüstanda bir sıra xeyriyyə tədbirləri həyata keçirilməkdədir.

Belə ki, GMİ xeyriyyə təşkilatları ilə birgə 600-dan çox yoxsul, ehtiyacı olan ailələrə Ramazan sovqatı verilib. Bu proqram ayın sonuna kimi davam edəcək. Həmçinin müxtəlif məntəqələrdə iftar mərasimləri keçirilir. Bu barədə Gürcüstanın Baş naziri ötən il tapşırıq verib. Artıq ənənə halını almış bu mərasimlərdə Baş nazir özü də iftar süftəsi təşkil edərək müsəlmanları təbrik edir. Ümumiyyətlə GMİ olaraq biz çalışırıq ki, bu mərasimlər bütün məntəqələrdə keçirilsin və Ramazan mədəniyyəti hər yerdə yaşasın. Bundan başqa bizə yetişən xeyriyyə zəkatı, həmçinin Ramazan ayının sonuncu günü bizə gələn fitrə zəkatı da yoxsullara çatdırılır.

- Bizdə olan məlumata görə, məzhəblərin ayrı icma olaraq tanınması və iki ayrı idarədə təmsil olunması haqda müraciət olunub. Bu məsələyə münasibətiniz necədir?

- Bəli, təəssüflə bu haqda Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət olunub. İctimaiyyət, xüsusilə də azərbaycanlılar bunu qətiyyətlə pisləyir. Müsəlman məzhəblərinin ardıcılları tarixən bu günümüzə qədər İslam icması adı altında və bir dini konfessiya ətrafında fəaliyyət göstərmələrini və tanınmalarını məqbul hesab edirlər. Bu müraciəti edənlərin öz məzhəblərini ayrı görmək istəmələrində məqsədləri nədir? Bunun hələ məntiqli cavabını eşitməmişəm. Bu gün dünyada müsəlmanların vəhdətinə ehtiyac duyulduğu halda Azərbaycanda olduğu kimi Gürcüstandakı bu unikal vəziyyəti parçalamaq bizim üçün zərərli haldır.

Azərbaycanlı müsəlmanlarnı rəsmən iki ayrı icma və dini qurum olaraq dövlətdə tanınması haqda məhkəməyə müraciəti eşidən bir çox azərbaycanlı QHT-lər öz etirazlarını bildirmək üçün birgə etiraz bəyanatı belə verdilər.

- Gürcüstanda hazırda dini vəziyyəti necə qiymətləndirirsiniz?

- Gürcüstan bir çox ölkələrlə müqayisədə dini durumu müsbət qiymətləndirirəm. İnsanlar azad şəkildə öz dini inanclarını yaşayırlar, ibadətlərini həyata keçirir və dini mərasimlərini qeyd edirlər. Bu sahədə hər hansı bir qadağa ilə rastlaşmırlar. Dövlət bu il də müsəlmanlara Sovet rejimi dövründə dəymiş zərərləri bərpa üçün müəyyən məbləğdə vəsait ayırdı. Bu il də 40-a yaxın məsciddə təmir işləri nəzərdə tutulub. Dini təlim məqsədi ilə kitablar nəşr olunur və digər maarifləndirmə sahəsində tədbirlər həyata keçirilir. Ancaq onu da qeyd edim ki, bir çox ölkələrdə olduğu kimi Gürcüstanda da dini sahədə müəyyən həllini tapmamış, bizi narahat edən məsələlər və məqamlar mövcuddur. Biz dini qurum olaraq həmin problemlərin həlli üçün müxtəlif danışıqlar apararaq məsələni yerinə qoymağa çalışırıq. Ümid edirik ki, yaxın zamanlarda bir çox həllini tapan problemlər kimi onların də həllinə nail olacağıq.

- Gürcüstanda məscid tikintisi haqda bəzən problemlərin olduğunu eşidirik, hətta  Batumidə məscidin tikintisinə icazə verilmədi. Bunun səbəbi nədir?

- Nəzərinizə çatdırım ki, Gürcüstanda 320 məscid var, məscidlərin ümumilikdə üçdə ikisi son 20 il ərzində inşa edilmişdir. Hal-hazırda ölkəmizdə ehtiyac duyulan məkanlarda ümumilikdə 7 məscid tikilməkdədir. Əlbəttə, məscidlərin tikintisi üçün müxtəlif qanuni mərhələlərdən keçməklə yanaşı yeni yaranan Dini Məsələlər üzrə Dövlət Agentliyinin də razılığı şərtdir. Bu qurum dini icmalardan asılı olmayaraq bütün ibadət evlərinin tikilişi haqqında qərar vermək səlahiyyətindədir.

Batumiyə gəlincə mən dəfələrlə çıxışlarımda demişəm ki, Batumidə insanlar mərkəzi məscidə sığmadığından ikinci məscidə ehtiyac vardır. İbadət etmək üçün bir ibadət evini inşa etmək hər bir vətəndaşın təbii haqqıdır. Bu günlərdə Qərbi Gürcüstan müftisi danışıqlar apararaq bu məsələnin həllinə çalışır. Ümid edirik ki, Gürcüstan Müsəlmanları İdarəsinin Acara Muxtar Vilayətindəki nümayəndəliyi üçün iki böyük bina bağışlayan dövlətimiz və qeyri müsəlman həmvətənlərimiz onların bu ehtiyaclarını anlayışla qarşılayıb yeni məscidin tikintisinə izn verəcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hacı Ramin İgidov yenidən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi seçilib

Dünya mediası müsəlman ölkələrində baş verənləri ictimaiyyətə çatdırmırlar - Ramin İgidov

Hacı Ramin İgidov: Hər gün dünya müsəlmanları ilə bağlı aldığımız kədərli xəbərlərin sayı artıb

Ramazan bizi insanlığa qaytaran bir aydır - GMİ sədri Ramin İgidov

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

18 Noyabr 2019, 15:47 (GMT +4)
İran İnqilabının Keşikçilər Korpusu bəyanat verib: İğtişaşçılarla bağlı ciddi tədbirlər görüləcək

18 Noyabr 2019, 15:40 (GMT +4)
Azərbaycanlı yazıçının Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib

18 Noyabr 2019, 15:30 (GMT +4)
Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər açıqlanıb

18 Noyabr 2019, 15:12 (GMT +4)
Rusiya Kerç boğazında saxlanılan gəmiləri Ukraynaya təhvil verib

18 Noyabr 2019, 15:02 (GMT +4)
Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib

18 Noyabr 2019, 14:50 (GMT +4)
İranda iğtişaşlarda bir neçə namazxana və mədrəsə də yandırılıb (FOTO)

18 Noyabr 2019, 14:25 (GMT +4)
Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

18 Noyabr 2019, 14:21 (GMT +4)
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

18 Noyabr 2019, 12:56 (GMT +4)
Hillari Klintonun olduğu təyyarə Nyu Yorka təcili eniş edib

18 Noyabr 2019, 12:50 (GMT +4)
Pakistanda gəminin batması nəticəsində 8 nəfər ölüb

18 Noyabr 2019, 12:47 (GMT +4)
BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub

18 Noyabr 2019, 12:45 (GMT +4)
Bu il AERA-ya daxil olan müraciətlərin statistikası açıqlanıb

18 Noyabr 2019, 12:29 (GMT +4)
Netanyahu rəqib partiyaları İsraildəki ərəb azlığına imkan verməməyə çağırıb

18 Noyabr 2019, 12:22 (GMT +4)
Kaliforniyada atışma nəticəsində doqquz nəfər xəsarət alıb

18 Noyabr 2019, 12:06 (GMT +4)
Avropa Azərbaycan Məktəbində “Beynəlxalq gün” keçirilib

18 Noyabr 2019, 11:52 (GMT +4)
Digah və Mehdiabadda elektrik enerjisinin verilməsində fasilə yaranacaq

18 Noyabr 2019, 11:47 (GMT +4)
Hindistanda yol qəzalarında 10 nəfər ölüb

18 Noyabr 2019, 11:39 (GMT +4)
Azərbaycana cari ildə 1,3 milyon ton buğda gətirilib

18 Noyabr 2019, 11:38 (GMT +4)
ABŞ iranlılarla həmrəy olduğunu iddia edir, lakin onlara qarşı iqtisadi terror törədir - İran XİN

18 Noyabr 2019, 11:15 (GMT +4)
Venesiyada suyun səviyyəsi yenə yüksəlib

18 Noyabr 2019, 11:08 (GMT +4)
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri akademik Ramiz Mehdiyevlə görüşüb (FOTO)

18 Noyabr 2019, 11:06 (GMT +4)
Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66