Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dağlıq Qarabağla bağlı vəziyyətin həll və irəliləyiş tələb etməsi ilə razıyıq - Mariya Zaxarova 

15 İyun 2017, 15:48 (GMT +4)

Bakı, 15 iyun, SalamNews, C.Nəzərov. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən həftəlik brifinqdə ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana və Azərbaycana səfərlərindən sonra ATƏT-in Minsk qrupunun rusiyalı nümayəndəsinin rəsmi şərhlə çıxış edəcəyini bildirib.

SalamNews-un “AzərTac”a istinadla verdiyi xəbərə görə, Fransa xarici siyasət rəhbərinin Moskvaya səfəri barədə danışan xanım Zaxarova Dağlıq Qarabağ münaqişəsinin də müzakirə ediləcəyini ehtimal etdiyini söyləyib.

O deyib: “Biz bu məsələ üzrə də həmkarlarımızla dialoq saxlayırıq. Bu səbəblə məsələnin müzakirəsi istisna edilmir.”

M.Zaxarova xarici işlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ məsələsinin BMT-nin dörd qətnaməsi əsasında həll edilməli olduğu bəyanatını da şərh edib: “Rusiya Qarabağ münaqişəsi üzrə kompromisin əldə olunması üçün hər şeyi edir, lakin bu kompromis gərək münaqişə tərəflərindən heç biri, o cümlədən Dağlıq Qarabağ sakinlərinə zərər vurmasın.

Düşünürəm ki, hər tərəfin - həm Ermənistan, həm Azərbaycan, onların rəsmi nümayəndələri, dövlət xadimlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öz baxışları mövcuddur. Həqiqətən, bu köhnə problemin həllində kompromis axtarışını özündə ehtiva edən təyin olunmuş format mövcuddur. Kompromis axtarışı tərəflərin mövqelərinin bəzən nə qədər zidd olmasından asılı olmayaraq mövqelərin yaxınlaşmasından ibarətdir.

Həlli mümkün görünməyən məsələlər üzrə həll tapmaq beynəlxalq praktikadır, diplomatik fəaliyyət praktikasıdır. Vəziyyətin həll və irəliləyiş tələb etməsi ilə razıyıq, məhz buna görə xüsusilə son zamanlar əlaqələr intensivləşib, əlaqələr müxtəlif formatda baş tutur.

Rusiya ATƏT-in Minsk qrupunun iştirakçısı olaraq, kompromisin tapılması üçün əlindən gələn hər şeyi edir. Əlbəttə ki, kompromisin mümkün qədər tez tapılmasını istərdik, lakin bu, iki ölkənin xalqlarının gələcəyinə və əlbəttə ki, bilavasitə Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə zərər vurmamalıdır."

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

Sabah ölkə ərazisində sulu qar, qar yağacaq

Azərbaycanın FIFA referisi Braziliya millisinin oyununa təyinat alıb

AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib

Çin ABŞ-a etirazını bildirib

UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

BMT yenidən Colan Yüksəkliklərilə bağlı qətnamə çıxarıb: Bölgə Suriya ərazisidir

İsrail Qəzzada 8 nəfərlik ailəni öldürdüyünü etiraf edib, BMT araşdırma tələb edib

Morales BMT və Papanı Boliviyadakı böhranın həllinə kömək etməyə çağırıb

“Azərişıq” ölkə ərazisində elektrik təchizatı şəbəkəsini yenidən qurur

DSX: Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülüb

"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

Quaydonun tərəfdarları Venesuelanın Braziliyadakı səfirliyini işğal ediblər

AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər

Azərbaycanda bəzi məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb

Rusiya XİN Boliviyadakı vəziyyətdən mənfəət güdməməyə çağırır

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66