Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Statistika Komitəsində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

14 İyun 2017, 13:51 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

SalamNews xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb. Tədbir dünya şöhrətli siyasətçi Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixində “Milli Qurtuluş Günü” kimi həkk olunub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. Qısa zamanda ulu öndər ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail olub.

Tahir Budaqov Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının, dünya birliyində layiqli yer tutmasının məhz Ümummilli Liderin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olduğunu xatırladıb. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb.

Bu dövr ərzində ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarıb. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Həmçinin, dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb.

Tədbirdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır.

Tədbirdə Ticarət Statistikası şöbəsinin müdiri Aidə İbrahimova və digərlərinin çıxışı da dinlənilib. 24 il əvvəl ölkədə baş verən hadisələr bir daha xatırlanıb, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışılıb.

Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Tədbir Azərbaycan Televiziyasının hazırladığı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” filminin nümayişi ilə başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib

Dövlət Statistika Komitəsinin əməkdaşları Cenevrədə keçirilən seminara qatılıblar

Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında danışıqlar aparılıb

Dövlət Statistika Komitəsiyanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib

Dövlət Statistika Komitəsi zona müşavirələrinə başlayıb

Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Bolqarıstanda işgüzar görüşlər keçirib

Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi yenilənib

Dövlət Statistika Komitəsi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreyadan olan nümayəndə heyəti ilə görüşüb

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü anılıb

Dövlət Statistika Komitəsi yanında Statistika Şurası 2017-ci il üçün iş planını açıqlayıb

Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında birgə İş Planı imzalanıb

Dövlət Statistika Komitəsinin nümayəndəsi UNESCAP-ın sədri yanında qrupa üzv seçilib

Dövlət Statistika Komitəsi zona müşavirələrinə start verib 

13 Dekabr 2019, 10:16 (GMT +4)
Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib

13 Dekabr 2019, 10:03 (GMT +4)
İranda satanizm ayininə sitayişdə şübhəli bilinən 135 nəfər saxlanılıb (VİDEO)

13 Dekabr 2019, 10:01 (GMT +4)
Exitpol: Britaniya parlament seçkilərində mühafizəkarlar liderlik edir

13 Dekabr 2019, 09:50 (GMT +4)
“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

13 Dekabr 2019, 09:40 (GMT +4)
İraqın Samirra şəhərində silsilə partlayışlar törədilib, 7 əsgər həlak olub

13 Dekabr 2019, 09:21 (GMT +4)
ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur -Çavuşoğlu

13 Dekabr 2019, 09:10 (GMT +4)
ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13 Dekabr 2019, 09:00 (GMT +4)
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66