Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

BƏƏ səfirliyində Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

14 İyun 2017, 13:40 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə səfirliyin inzibati binasında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

SalamNews xəbər verir ki, səfirlik və baş konsulluğun əməkdaşlarının və onların ailə üzvlərinin, eləcə də Əbu-Dabi və Dubay şəhərlərindəki Azərbaycan icmasının fəal üzvlərinin iştirakı ilə tədbiri açan səfir Daşqın Şikarov 15 iyun 1993-cü il tarixinin müasir tariximizin müstəsnalığından geniş bəhs edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyev göstərilən tarixdə həyatına mümkün təhdidlərə baxmayaraq, müdrik Azərbaycan xalqının dönməz çağırışlarına biganə qalmayıb. O, Naxçıvan Muxtar Respublikasından Bakıya gəlib paytaxtda öz fiziki mövcudluğu ilə insanlarda sabaha inam yaradıb.

Eyni zamanda ulu öndərin böyük qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qabardan səfir qədirbilən xalqımızın böyük xilaskarın xidmətlərini unutmadığını və hər il Milli Qurtuluş Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini xüsusilə qeyd edib.

Sonra səfir ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən əvvəl və sonrakı mənzərələr arasında paralellər apararaq xatırladıb ki, 1992-ci il 15 mayda çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş səriştəsiz insanların ucbatından qardaş qırğını astanasında olan ölkədə məhz ulu öndərin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi sayəsində tüğyan edən böhrana son qoyulub, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşib.

Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti respublikamız boyu müşahidə edilən xaosu, siyasi çəkişmələri, sosial-iqtisadi böhranı birdəfəlik kökündən kəsdi və Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə şərait yaradıb. 

Heydər Əliyevin rəhbərliyi ilə başlayan intibah dövrünə nəzərə salan səfir D.Şikarov ilk növbədə ölkə boyu ictimai-siyasi sabitliyin bərqərar olduğunu önə çəkərək, bu mühüm ünsürün sabiq hakimiyyətdən miras qalan ağır sosial-iqtisadi problemlərin mərhələlərlə həll olunmasını, o cümlədən ölkənin elmi və mədəni həyatında əsaslı dönüşü, xalqımızda milli birlik hissinin möhkəmlənməsini təmin etdiyini yada salıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasına və respublikamızın ərazisində transmilli layihələrə start verildiyini, bununla da xalqımızın güzəranının yüksələn xətlə artmağa başladığını söyləyib.

Ardınca səfir ulu öndər Heydər Əliyevin cızdığı kursun mahiyyəti haqqında danışarkən məhz bu kurs və onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hazırkı qlobal tələblərə uyğun müvəffəqiyyətlə inkişaf etdirməsi sayəsində ölkəmizin hərtərəfli cəhətdən qüdrətləndiyini vurğulayıb. Həmçinin dahi liderin bütün tarixi dövrlərə uyğun ideyaların Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yaşadıldığı qeyd edilib, Fondun mühüm yerli və qlobal fəaliyyətinə ətraflı nəzər salınıb.

Sonra çıxış edən baş konsul Pərviz İsmayılzadə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti haqqında dolğun şəkildə danışdığı zaman məhz ulu öndər kimi tarixin məcrasını dəyişməyə qadir olan dahilərin 100 ildən bir hər bir xalqın içindən çıxdığını özəlliklə qeyd edib və Milli Qurtuluş Günü üzərində təfsilatlı dayanıb.

Bu xüsusda, baş konsul xatırladıb ki, 15 iyun 1993-cü ilədək Azərbaycan xalqı hədsiz dərəcədə mənəvi və psixoloji sarsıntılar içində idi: "Bir tərəfdən, hakimiyyət uğrunda daxili didişmə nəticəsində torpağlarımızın 20%-nin işğalı, digər tərəfdən isə SSRİ-nin çöküşü səbəbindən yaranmış sosial-iqtisadi böhran.

Uzun illərdir ki, azadlıq və istiqlaliyyət həsrəti ilə yaşayan vətəndaşlar bu iki tarixi neməti itirmək təhlükəsi ilə üzləşmişdi. Lakin hikmət sahibi olan xalqımız yaşanan xaos və hərc-mərclikdən qurtuluşunu yalnız və yalnız SSRİ dönəmində ölkəsinin inkişafını təmin edən və xalqına sədaqətini nümayiş etdirən Heydər Əliyevdə görərək, ümummilli liderin hakimiyyətə qayıdışını israrla tələb etməyi başladı".

Nəticə etibarı ilə ulu öndər Heydər Əliyevin xalqına sədaqətini bir daha nümayiş etdirdiyini xatırladan baş konsul P.İsmayılzadə dahi liderin zəkası və illərin təcrübəsi sayəsində ölkəmizdə misli görünməyən hərtərəfli tərəqqinin bünövrəsinin qoyulduğunu qabardaraq, bu bünövrənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zamana uyğun addımları nəticəsində daha da genişləndiyinə diqqət çəkib.

Çıxışı əsnasında, həmçinin baş konsul Heydər Əliyevin zəngin mirasının gənc nəsillərə ötürülməsi və dünyada yayılması işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında müfəssəl məlumatları icma üzvlərinin diqqətinə çatdırıb.

Çıxışlardan sonra səfir və baş konsul səfirliyin nəzdində, həmçinin fəaliyyət göstərən “Qarabağ inciləri” adlı rəqs ansamblının üzvlərinə və bədii rəhbərinə xüsusi təşəkkürnamələr təqdim ediblər.

Tədbir iftar süfrəsinin arxasında davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək

Türkiyə İsrail və BƏƏ kəşfiyyatlarına işləyən sabiq Fələstin rəsmisinin başına pul qoyub

Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb (FOTO)

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

Azərbaycan məhsulları BƏƏ-də nümayiş etdirilib

İSBAM-ın təşkilatçılığı "Heydər Əliyev nüfuzu-Hüseyn Cavidin qayıdışı" adlı tədbir keçirilib

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66