Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ADNSU və “AzerGold” QSC elmi-texniki inkişaf üçün əməkdaşlığa başlayıb

30 May 2017, 16:23 (GMT +4)

Bakı, 31 may, SalamNews. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək, geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir.

Razılaşmaya əsasən tərəflər əlvan metal filizi yataqlarının dağ-mədən şəraitinin qiymətləndirilməsi, tədqiqi, həmçinin bu sahədə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə məsləhətləşmələr, filizlərin və ətraf süxurların fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi üzrə fikir mübadiləsi edəcək.

Cəmiyyət universitetin elmi-texniki potensialından faydalanacaq, təhsil müəssəsinin personalı “AzerGold”un istehsal prosesində rastlaşa biləcəyi problemlərin həll edilməsi istiqamətində dəstək göstərəcək. QSC-nin işçi heyəti üçün müvafiq proqramlar üzrə ADNSU-da ixtisasartırma kursları təşkil olunacaq. Cəmiyyətin gələcək ehtiyaclarına uyğun onun sifarişi əsasında ADNSU-da ixtisaslaşmış kadr potensialı hazırlanacaq, məzunların bir qismi “AzerGold”da işlə təmin olunacaq.

ADNSU-nun müəllim və tələbə kollektivi isə “AzerGold”-un istehsalat bazasından istifadə edəcək, kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində universitet nümayəndələrinin tədqiqatlar aparmalarına şərait yaradılacaq. 

“AzerGold” QSCPrezident İlham Əliyevin 2015-ci ildə imzaladığıSərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AzerGold” ekoloji aksiya keçirib

“AzerGold”: Zərgərlik bazarında stimullaşdırma mexanizmlərin tətbiqi bu sahəni genişləndirəcək

"AzerGold" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təltif olunub

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

"AzerGold" kadr hazırlığında peşə məktəblərinin potensialından yararlanacaq

Yaponiyanın ölkəmizdəki səfiri “AzerGold”un Daşkəsən rayonundakı fəaliyyəti ilə tanış olub

“AzerGold” və Bakı Ali Neft Məktəbi əməkdaşlıq edəcək

“AzerGold” istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

"AzerGold" yaxın 7 ildə altı qızıl yatağını istismara verəcək

"AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib

“AzerGold” qiymətli metalların hasilat və ixrac planlarını açıqlayıb

"AzerGold" qızıl və gümüş satışından gəlirlərini 29% artırıb

"AzerGold" ötən il ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib

​​​​​​​“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub

"AzerGold"la Britaniya şirkətlərinin əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır

"AzerGold"un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüşüb

“AzerGold” ixracdan gəlirlərini 26 %-dən çox artırıb

“AzerGold”un istiqrazlarının ilk faiz ödənişləri həyata keçirilib

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

25 İyul 2021, 14:00 (GMT +4)
"Qalatasaray" rumıniyalı futbolçu transfer edib

25 İyul 2021, 12:51 (GMT +4)
"Mançester Yunayted" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

25 İyul 2021, 10:22 (GMT +4)
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

25 İyul 2021, 10:00 (GMT +4)
Tokio-2020: Cavid Çələbiyev inamlı qələbə qazanıb

25 İyul 2021, 09:42 (GMT +4)
Tokio-2020: Cüdoçumuz Orxan Səfərov 1/16 finalı adlaya bilməyib

25 İyul 2021, 09:09 (GMT +4)
Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

25 İyul 2021, 08:54 (GMT +4)
Tokio-2020: Çin liderliyi ələ alıb

25 İyul 2021, 01:30 (GMT +4)
Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

25 İyul 2021, 00:12 (GMT +4)
Əlcəzairli idmançı israilli cüdoçu ilə qarşılaşmamaq üçün Tokio-2020-dən imtina edib

24 İyul 2021, 18:01 (GMT +4)
Tokio-2020: Gimnastımız final mərhələsindən kənarda qalıb

24 İyul 2021, 17:40 (GMT +4)
Su polosu üzrə qadınlardan ibarət ABŞ yığması yeni olimpiya rekorduna imza atıb

24 İyul 2021, 17:15 (GMT +4)
Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

24 İyul 2021, 17:02 (GMT +4)
Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

24 İyul 2021, 17:00 (GMT +4)
Olimpiadada fırtınaya görə bəzi yarışlar təxirə salınıb

24 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmaların artması fonuda ciddi tədbirlərin tətbiqinə çağırış edilib 

24 İyul 2021, 16:50 (GMT +4)
Tacikistan 100 min əfqanıstanlı qaçqına sığınacaq verə biləcəyini bəyan edib

24 İyul 2021, 16:35 (GMT +4)
Tokio -2020: Boksçularımız Lorenso Sotomayorla Tayfur Əliyev mübarizəni dayandırıb

24 İyul 2021, 16:34 (GMT +4)
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb

24 İyul 2021, 16:31 (GMT +4)
Filippinlərdə 13,2 min insan təxliyyə edilib

24 İyul 2021, 16:20 (GMT +4)
Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır

24 İyul 2021, 16:10 (GMT +4)
AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

24 İyul 2021, 15:57 (GMT +4)
Hindistanda daşqınlar zamanı ölənlərin sayı 110-a yüksəlib

24 İyul 2021, 15:53 (GMT +4)
Ağcabədidə restoran sahibi barəsində cinayət işi başlanılıb

24 İyul 2021, 15:43 (GMT +4)
İranın cənub-şərqində silahlıların hücumu nəticəsində dörd hərbçi həyatını itirib

24 İyul 2021, 15:32 (GMT +4)
Ötən gün toylarda xüsusi karantin qaydalarını pozan 83 nəfər cərimələnib

24 İyul 2021, 15:20 (GMT +4)
Çin ABŞ-ın 7 fikizi şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib

24 İyul 2021, 15:05 (GMT +4)
Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

24 İyul 2021, 14:55 (GMT +4)
İraqın şimalında ABŞ bazasına PUA ilə hücum edilib

24 İyul 2021, 14:45 (GMT +4)
Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib

24 İyul 2021, 14:36 (GMT +4)
Serbiya xarici işlər naziri Azərbaycana səfərə gələcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66