Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

AMŞ və “Veysəloğlu” Şirkətlər Qrupu jurnalistlər üçün müsabiqə elan edib

31 May 2017, 15:24 (GMT +4)

Bakı, 31 may, SalamNews. Azərbaycan Mətbuat Şurası (AMŞ) “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir.

SalamNews-un məlumatına görə, şərtlər aşağıdakı kimidir:

I. Müsabiqənin istiqamətləri

Müsabiqədə istiqamətləndirici mövzular aşağıdakılardır:
 Yerli istehsal və ixracatın stimullaşdırılması;
 Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər;
 Yerli şirkətlər və korporativ sosial məsuliyyət;
 Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər;
 Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu.

II. Mükafatlandırma

I yer (1 nəfər) – 1000 manat;
II yer (2 nəfər) - 500 manat;
III yer (3 nəfər) - 300 manat.

Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat

Müsabiqə qaliblərinin adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaqdır.

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

 Mövzunu dolğun əhatə etmə səviyyəsi;
 Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
 İfadə vasitələrinin zənginliyi;
 Oxucu üçün informasiyalılıq dərəcəsi;
 Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.

Müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir;

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də
verilməlidir;

Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcəkdir. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir;

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

 yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti

 yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;

 yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

 müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;

 yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

 materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

 diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

 yazı elektron media resursunda verilibsə, elektron daşıyıcıda yazının linkinin göstərildiyi ayrıca fayl.

Müsabiqə üçün yazılar 2017-ci il iyun ayının 3-dən iyul ayının 3-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Əlaqə telefonu:

(012) 441 35 96
(050) 534 93 26
(055) 201 99 26


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Veysəloğlu" KİV-də yayılan məlumatlara aydınlıq gətirib

“Veysəloğlu” qanvermə aksiyası keçirib

“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir

“Veysəloğlu” şəhid və müharibə əlillərinin övladlarına dəstək olur

Veysəloğlu şirkətinin təqaüd verəcəyi tələbələrlə görüş keçirilib

“Veysəloğlu”nun təqaüd ayırdığı tələbə ölkəmizi Avropada layiqincə təmsil edir

“Veysəloğlu” dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib (FOTO)

“Veysəloğlu” 700 bal toplayan abituriyentləri təbrik edib

“Veysəloğlu Qrup” intellektual yarış keçirib (FOTO)

“Veysəloğlu Qrup” Məntiq Olimpiadasının qaliblərini mükafatlandırıb

"Veysəloğlu"nun təşəbbüsü ilə və "Cümhuriyyətin 9 şəkli" filmi çəkilib

“Veysəloğlu” xaricdən aldığı kərə yağları ilə bağlı açıqlama yayıb

Veysəloğlu “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor olub

“Veysəloğlu” jurnalistlər üçün təlim təşkil edib (FOTO)

Veysəloğlu Qrup regionlarda qanvermə aksiyasını davam etdirir

Veysəloğlu Qrup Gənclər gününə həsr olunan tədbir keçirib

Veysəloğlu "Asan Könüllüləri" təşkilatı ilə birgə astaralı uşaqları sevindirib (FOTOLAR)

“Veysəloğlu” rəhbərliyi əməkdaşlarının yüksək bal ilə tələbə adını qazanan övladları ilə görüş keçirib

"Veysəloğlu" Şirkətlər Qrupunda 700 bal toplamış abituriyentlərlə görüş təşkil olunub

“Veysəloğlu” şirkətlər qrupu yazı müsabiqəsinin qaliblərini təltif edib 

04 İyun 2020, 09:15 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

04 İyun 2020, 09:14 (GMT +4)
Lukaşenko hökuməti istefaya göndərib 

04 İyun 2020, 09:06 (GMT +4)
Haftarın Ordusu Liviyada Tripoli hava limanını itirib (VİDEO)

03 İyun 2020, 19:35 (GMT +4)
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsi səhərə kimi hərəkət tam məhdudlaşdırılacaq

03 İyun 2020, 19:15 (GMT +4)
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

03 İyun 2020, 18:04 (GMT +4)
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

03 İyun 2020, 17:53 (GMT +4)
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

03 İyun 2020, 17:40 (GMT +4)
“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

03 İyun 2020, 17:40 (GMT +4)
Tramp Minneapolisdə iğtişaşların qarşısının alınmasına görə özünə təşəkkür edib

03 İyun 2020, 17:19 (GMT +4)
BMT baş katibi ABŞ nümayişçilərini dinc aksiya keçirməyə çağırır

03 İyun 2020, 17:15 (GMT +4)
Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:01 (GMT +4)
Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

03 İyun 2020, 17:00 (GMT +4)
“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

03 İyun 2020, 16:43 (GMT +4)
Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

03 İyun 2020, 16:41 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

03 İyun 2020, 16:38 (GMT +4)
Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

03 İyun 2020, 16:16 (GMT +4)
Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

03 İyun 2020, 16:11 (GMT +4)
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

03 İyun 2020, 15:47 (GMT +4)
DİN: Həyətində narkotik bitkilər becərən şəxs tutulub

03 İyun 2020, 15:29 (GMT +4)
Ermənistanda COVID-19-a yoluxanların sayı 10 524-ə çatıb

03 İyun 2020, 15:29 (GMT +4)
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

03 İyun 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

03 İyun 2020, 15:14 (GMT +4)
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir 

03 İyun 2020, 14:50 (GMT +4)
İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:40 (GMT +4)
AP: ABŞ-da etirazlar zamanı 9 mindən çox insan saxlanılıb

03 İyun 2020, 14:30 (GMT +4)
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

03 İyun 2020, 13:59 (GMT +4)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66