Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Bankın xarici borclarının restrukturizasiya planı açıqlanıb

24 May 2017, 09:24 (GMT +4)

Bakı, 24 may, SalamNews. Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib.

Bankdan SalamNews-a verilən məlumata görə, maliyyə naziri Samir Şərifovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun da iştirak etdiyi toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Görüşdə bildirilib ki, ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün həyata keçirilən xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə aid olacaq:

1. Ticarət yönümlü təminatsız borclar;

2. Üstün hüquqa malik təminatsız borclar;

3. Subordinasiya krediti.

Bu öhdəliklərin ümumi məbləği 3.3 milyard ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək. Xarici kreditorlara təqdim olunan restruktizasiya planına dair təqdimatla bu link vasitəsilə tanış olmaq mümkündür:

https://www.ibar.az/az/investors/investor-presentation/

Görüşdə bildirilib ki, Azərbaycan Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanının icrası çərçivəsində bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir.

2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməlləri və manatın əsas xarici valyutalara qarşı devalvasiyası nəticəsində ABB-nin maliyyə mövqeyinin zəiflədiyi və öhdəliklərin könüllü restrukturizasiyası tədbirinin zəruri olduğu bildirilib. Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.

Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcək.

ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib: “Bankın uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması və gələcəkdə özəlləşdirilməsinə hazırlıq üzrə aparılmış sistemli qiymətləndirmələr göstərdi ki, bankın təkcə aktivlərinin deyil, öhdəliklərinin də könüllü restrukturizasiyası vacibdir. Əminik ki, bu ədalətli niyyətimiz restrukturizasiya planının əhatə etdiyi bütün xarici kreditorlarımız tərəfindən razılıqla qarşılanacaq və onlar bank üçün dəyişikliklər dövründə uzunmüddətli həllərin tapılması üçün dəstək göstərəcəklər. Bir daha qeyd edirəm ki, xarici öhdəliklərin restrukturizasiyası prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur”.

Maliyyə naziri Samir Şərifov qeyd edib: “Vaxtilə ABB-nin sabiq menecmenti tərəfindən yol verilmiş ciddi pozuntular, habelə manatın məzənnə dəyişikliyinə məruz qalması səbəbindən bank 2015-ci ildən başlayaraq ciddi çətinliklərlə üzləşib. Azərbaycan hökuməti bu dövrdən etibarən bankın maliyyə vəziyətinin sağlamlaşdılması məqsədilə əhəmiyyətli ardıcıl maliyyə dəstəyi göstərib Təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. ABŞ dolları həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökümət tərəfindən verimiş razılıq bu dəstəyin davam etməsinin bariz nümunəsi olmaqla bankın kreditorlarına daha yüksək kredit reytinqinə və etibarlılığa malik maliyyə alətlərinin verilməsini ehtiva edir. Hesab edirik ki, bu plan bankın uzunmüddətli dayanıqlılığına xidmət etməklə yanaşı, ədalətli şəkildə xarici kreditorların mənafelərinə xidmət etmiş olacaq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüşdə çıxış edərək bildirib ki, restrukturizasiya planının həyata keçirilməsi nəticəsində bankın xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaqdır. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaqdır: “ABB maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Bankın xarici öhdəliklərinin restrukturizasiyası nəticəsində onun maliyyə sağlamlığının təmin edilməsi təkcə ABB üçün deyil, bütövlükdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır.”.

Könüllü restrukturizasiya planının xarici kreditorların 13 iyul 2017-ci il tarixinə planlaşdırılan yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur. Kreditorların toplantısı barədə bildiriş ABB tərəfindən restrukturizasiya planının əks olunduğu informasiya memorandumu və səsvermə proseduru ilə birgə 14 iyun tarixində yayımlanacaq.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sudan ABŞ-ın və Beynəlxalq Bankın dəstəyi qarşılığında İsraillə əlaqələrin normallaşdırılmasını rəsmən imzalayıb

Azərbaycan Beynəlxalq Bankı özünüməşğulluq proqramına qoşulub

Azercell və Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bir ilkə imza atıblar

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

İİTKM ilə Azərbaycan Beynəlxalq Bankı arasında Memorandum imzalanıb

Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı seçilib

Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı gömrük işçilərinə endirimli kredit təklif edir 

Azərbaycan Beynəlxalq Bankı depozit faizlərini yüksəldib

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

ARDNF-in icraçı direktoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə gətirilib

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Kapital Bank Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq

Azərbaycan Beynəlxalq Bankında premium kartlara 50%-dək endirim edilib

Beynəlxalq Bankı özəlləşdirməyə hazırlamaq olar - nazir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılıb

25 İyul 2021, 14:00 (GMT +4)
"Qalatasaray" rumıniyalı futbolçu transfer edib

25 İyul 2021, 12:51 (GMT +4)
"Mançester Yunayted" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

25 İyul 2021, 10:22 (GMT +4)
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

25 İyul 2021, 10:00 (GMT +4)
Tokio-2020: Cavid Çələbiyev inamlı qələbə qazanıb

25 İyul 2021, 09:42 (GMT +4)
Tokio-2020: Cüdoçumuz Orxan Səfərov 1/16 finalı adlaya bilməyib

25 İyul 2021, 09:09 (GMT +4)
Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

25 İyul 2021, 08:54 (GMT +4)
Tokio-2020: Çin liderliyi ələ alıb

25 İyul 2021, 01:30 (GMT +4)
Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

25 İyul 2021, 00:12 (GMT +4)
Əlcəzairli idmançı israilli cüdoçu ilə qarşılaşmamaq üçün Tokio-2020-dən imtina edib

24 İyul 2021, 18:01 (GMT +4)
Tokio-2020: Gimnastımız final mərhələsindən kənarda qalıb

24 İyul 2021, 17:40 (GMT +4)
Su polosu üzrə qadınlardan ibarət ABŞ yığması yeni olimpiya rekorduna imza atıb

24 İyul 2021, 17:15 (GMT +4)
Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

24 İyul 2021, 17:02 (GMT +4)
Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

24 İyul 2021, 17:00 (GMT +4)
Olimpiadada fırtınaya görə bəzi yarışlar təxirə salınıb

24 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmaların artması fonuda ciddi tədbirlərin tətbiqinə çağırış edilib 

24 İyul 2021, 16:50 (GMT +4)
Tacikistan 100 min əfqanıstanlı qaçqına sığınacaq verə biləcəyini bəyan edib

24 İyul 2021, 16:35 (GMT +4)
Tokio -2020: Boksçularımız Lorenso Sotomayorla Tayfur Əliyev mübarizəni dayandırıb

24 İyul 2021, 16:34 (GMT +4)
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb

24 İyul 2021, 16:31 (GMT +4)
Filippinlərdə 13,2 min insan təxliyyə edilib

24 İyul 2021, 16:20 (GMT +4)
Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır

24 İyul 2021, 16:10 (GMT +4)
AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

24 İyul 2021, 15:57 (GMT +4)
Hindistanda daşqınlar zamanı ölənlərin sayı 110-a yüksəlib

24 İyul 2021, 15:53 (GMT +4)
Ağcabədidə restoran sahibi barəsində cinayət işi başlanılıb

24 İyul 2021, 15:43 (GMT +4)
İranın cənub-şərqində silahlıların hücumu nəticəsində dörd hərbçi həyatını itirib

24 İyul 2021, 15:32 (GMT +4)
Ötən gün toylarda xüsusi karantin qaydalarını pozan 83 nəfər cərimələnib

24 İyul 2021, 15:20 (GMT +4)
Çin ABŞ-ın 7 fikizi şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib

24 İyul 2021, 15:05 (GMT +4)
Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

24 İyul 2021, 14:55 (GMT +4)
İraqın şimalında ABŞ bazasına PUA ilə hücum edilib

24 İyul 2021, 14:45 (GMT +4)
Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib

24 İyul 2021, 14:36 (GMT +4)
Serbiya xarici işlər naziri Azərbaycana səfərə gələcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66