Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib

22 May 2017, 12:15 (GMT +4)

Bakı, 22 may, SalamNews. Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib.

SalamNews xəbər verir ki, 30 ölkədən EFJ-yə üzv təşkilatların  qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib. 

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri müzakirə edilib; AFJ strukturlarının (pezident  Moqan Bliçerin və ayrı-ayrı departamentlərin) hesabatları dinlənilib, qəbul edilib. 

Sonra Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb. Müzakirələr bölümündə öncə ATƏT-in media ofisinin təmsilçisi  Patrik Penninksin və Avropa Şurasının İnformasiya ofisindən Marilin Clarkın məruzələri dinlənilib. Hər iki məruzəçi dünyada, o cümlədən Avropada  media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlıqlarını qeyd ediblər: “Xüsusilə, Şərqi Avropa məkanında  durum pisləşməkdə davam edir. Əksər ölkələrdə ictimai yayım qanunları pisə doğru dəyişdirilir. Həmçinin,  media,  əmək, təhlükəsizlik sahəsində qəbul edilən  qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn madələr daxil edlir”.

Polşada ictimai yayım haqqında qanuna antidemokratik maddələrin əlavə edilməsinin ardınca Macarıstanda da analoji proseslər gedib və bu tendensiya güclənməkdə, digər ölkələrə yayılmaqda  davam edir. Toplantıda ictimai yayım haqqında qanunlara neqativ dəyişikliklərin durdurulması çağırışı edilib. 

AFJ pezidenti Moqan Bliçer isə çıxışında xüsusi vurğulayıb ki, son illərdə  “əmək qanunlarına və medi yayımını tənzimləyən qanunlara edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir”. O, Avropa məkanında “kollektiv sövdələşmələr” mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının zəruri olduğunu önə çəkib.

Məruzələrdə vurğulanıb ki, xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə  edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Məruzələrdə media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.

Məruzələrdə  internetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər də  qeyd edilib: “İnternetin sürətli inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirir, xəbər istehsalı zamanı etik standarın qorunması sahəsində problemləri artırır. Bu problemlərin qarşısını almaq üçün qəbul edilən qanunlar isə, bəzən əlavə problemərə, ifadə azadlığının məhdudlaşdırılmasına yol açır. AFJ və İFJ mövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq üçün  internet tənzimlənməsi və müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsinə qərar verib”.

Toplantının gedişində ciddi müzakirə edilən mövzulardan biri də  jurnalist təhlükəsizliyi olub. Həbslər, təqiblər, ölüm halları ilə yanaşı, münaqişə bölgələrində jurnalist fəaliyyətinin çətinləşməsi xüsusi qeyd edilib. Jurnalist təhlükəsizliyi mövzusunun aktul saxlanılması, problemin qarşısının alınması üçün yeni təşəbbüslər hazırlanmasına qərar verilib.

Çıxışlarda qeyd edilib ki, Avropa qitəsində media sahəsində önə çıxan problemlər və yeni çağırışlar sonradan örnək olaraq çox sürətlə digər ərazilərə də yayılır və qloballaşır. Bu baxımdan qitə ərazisində meydana çıxan problemlər operativ şəkildə  həll edilməlidir ki, sonradan kütləviləşməsin.

JuHİ sədri Müşfiq Ələsgərli toplantı çərçivəsində müzakirələrə qatılmaqla yanaşı, bir sıra ölkələrin jurnalist təşkilatlarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, ölkələrimizin media qurumları arasında əməkdaşlıq qurulması üçün razılıq əldə edilib. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gəncədə "jurnalist" tutulub

Jurnalistlər Kim Çen Inın yerini müəyyən edib

“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlanıb

Tramp jurnalistlərin suallarından qəzəblənərək mətbuat konfransını yarıda qoyub (VİDEO)

Madaqaskarda həbsdə olan bütün jurnalistlər azadlığa buraxılacaq

Koronavirus səbəbilə 23 ölkədə 55 jurnalist dünyasını dəyişib

Özünü jurnalist kimi təqdim edən saç salonunun rəhbəri cərimə edilib (FOTO)

Türk dövlətlərinin jurnalistləri onlayn müzakirə aparıb

Dünyanın 15 ölkəsini təmsil edən jurnalistlərin videokonfransı keçirilib

Jurnalist Ekspert Mərkəzi yeni xəbər saytı açıb

Tanınmış jurnalist və “PR”çı yüksək vəzifəyə təyin olunub

Polislər və jurnalistlər üçün şəffaf maskalar hazırlanıb

Rusiyada təxminən 100 jurnalist koronavirusa yoluxub

Qəza nəticəsində jurnalistlərin binalarında elektrik enerjisi kəsilib

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Şirvanda karantini pozan jurnalist həbs edilib 

Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs saxlanılıb

Jurnalistlər üçün ilk dəfə onlayn mətbuat konfransı təşkil edilib (FOTO)

Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlayanlar həbs edilib

Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

03 İyun 2020, 19:35 (GMT +4)
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsi səhərə kimi hərəkət tam məhdudlaşdırılacaq

03 İyun 2020, 19:15 (GMT +4)
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

03 İyun 2020, 18:04 (GMT +4)
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

03 İyun 2020, 17:53 (GMT +4)
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

03 İyun 2020, 17:40 (GMT +4)
“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

03 İyun 2020, 17:40 (GMT +4)
Tramp Minneapolisdə iğtişaşların qarşısının alınmasına görə özünə təşəkkür edib

03 İyun 2020, 17:19 (GMT +4)
BMT baş katibi ABŞ nümayişçilərini dinc aksiya keçirməyə çağırır

03 İyun 2020, 17:15 (GMT +4)
Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:01 (GMT +4)
Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

03 İyun 2020, 17:00 (GMT +4)
“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

03 İyun 2020, 16:43 (GMT +4)
Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

03 İyun 2020, 16:41 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

03 İyun 2020, 16:38 (GMT +4)
Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

03 İyun 2020, 16:16 (GMT +4)
Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

03 İyun 2020, 16:11 (GMT +4)
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

03 İyun 2020, 15:47 (GMT +4)
DİN: Həyətində narkotik bitkilər becərən şəxs tutulub

03 İyun 2020, 15:29 (GMT +4)
Ermənistanda COVID-19-a yoluxanların sayı 10 524-ə çatıb

03 İyun 2020, 15:29 (GMT +4)
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

03 İyun 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

03 İyun 2020, 15:14 (GMT +4)
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir 

03 İyun 2020, 14:50 (GMT +4)
İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:40 (GMT +4)
AP: ABŞ-da etirazlar zamanı 9 mindən çox insan saxlanılıb

03 İyun 2020, 14:30 (GMT +4)
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

03 İyun 2020, 13:59 (GMT +4)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03 İyun 2020, 13:53 (GMT +4)
Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

03 İyun 2020, 13:31 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

03 İyun 2020, 13:30 (GMT +4)
Gömrükçülər 545 kiloqram heroin aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66