Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirib

18 May 2017, 18:16 (GMT +4)

Bakı, 18 may, SalamNews. Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

SalamNews xəbər verir ki, iclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının hazırkı tərkibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir.

Ə.Amaşov həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə KİVDF kimi vacib qurumun yaradılmasına həssas yanaşdığına görə təşəkkürünü bildirib. O deyib ki, Prezidentin şəxsində ölkə rəhbərliyi hər zaman mediaya diqqət və qayğı göstərməkdədir. «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir.

MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcəkdir. Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. Bu isə o deməkdir ki, Mətbuat Şurasının 18 nəmizədindən yalnız 6-ı Müşahidə Şurasının üzvü olaraq təsdiqlənəcəkdir. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən təsdiqlənəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində Müşahidə Şurasında təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 8 il ərzində KİVDF-nin Müşahidə Şurasında təmsil olunduğunu diqqətə çatdırıb. O, ötən müddəti Azərbaycan mediasının inkişafı baxımından vacib mərhələ kimi dəyərləndirib. Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, KİVDF-nin 8 illik fəaliyyəti nəticəsində xeyli işlər həyata keçirildi. Eyni kursun davam etdirilməsinə ehtiyac var. Buna görə də layiqli namizəd seçimi zəruridir.

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Fondun Müşahidə Şurasının tərkibinin formalaşdırılmasında Azərbaycan Mətbuat Şurasının mövqeyinin nəzərə alınması quruma olan etimaddır və şübhəsiz irəli sürülən namizədlər bu etimadı doğruldacaqlar.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da 8 ildə Fondun Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. U.Rəhimoğlu ötən müddətin həm çoxsaylı qayğılarla, həm də mediamız adına gözəl yaşantılarla yadda qaldığını xatırladıb. Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə davam etdirəcəyinə əminliyini bildirən U.Rəhimoğlu İdarə Heyətinin üzvlərini onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib.

Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:

Jurnalist təşkilatlarından:

1. Əsgərov Ramiz Baxşəli oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;

2. Verdizadə Seymur Vaqif oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;

3. Musayev Ceyhun Musa oğlu, «Jurnalist Ekspert Mərkəzi» ictimai birliyinin sədri;

4. Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,

5. Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;

6. Məmmədli Yadigar Tarix oğlu, Demokratik Jurnalistlər Liqasının sədri;

7. Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı Jurnalistlər Liqasının sədri;

8. Eyvazov Elşad Səməndər oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;

9. Əhmədov Xanoğlan Əlüseyn oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.

Kütləvi informasiya vasitələrindən:

1. Həsənov Həsən Zal oğlu, «Xalq qəzeti»nin baş redaktoru;

2. Oğuz Yunus İsaxan oğlu, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar»

qəzetinin baş redaktoru;

3. Quliyev Bəhruz Vaqif oğlu, «Səs» qəzetinin baş redaktoru;

4. Mirzəbəyli Elçin Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;

5. Quliyev Aydın Alıqulu oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;

6. Vəliyev Akif Abduləzim oğlu, «Şərq» qəzetinin baş redaktoru;

7. Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin baş redaktoru;

8. Hüseynov İlqar Məmməd oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;

9. Seyidova Sevinc Məmməd qızı, «Həftə içi» qəzetinin baş redaktoru.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Mətbuat Şurasının sədri Fuad Abbasovla görüşüb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

Mətbuat Şurası təhqir olunan jurnalistin müdafiəsi ilə bağlı çağırış edib 

Mətbuat Şurası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurası KİV-ə müraciət edib

ƏƏSMN və KİVDF birgə müsabiqə elan edib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

KİVDF maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edib

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurası Gürcüstan parlamentinə müraciət ünvanlayıb

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurası Baş Prokurorluğa və Ukraynanın Azərbaycandakı Səfirliyinə müraciət edib

Veteran jurnalistə Mətbuat Şurasının diplomu təqdim edilib

10 Dekabr 2019, 13:54 (GMT +4)
Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanır

10 Dekabr 2019, 13:35 (GMT +4)
Venesuela öz rəsmilərinə qarşı yeni ABŞ sanksiyalarını qınayıb

10 Dekabr 2019, 13:34 (GMT +4)
Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib

10 Dekabr 2019, 13:26 (GMT +4)
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

10 Dekabr 2019, 10:16 (GMT +4)
Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

10 Dekabr 2019, 10:12 (GMT +4)
Zelenski Krım və Donbassla mövzusunda güzəştə getməyi qeyri-mümkün adlandırıb 

10 Dekabr 2019, 09:52 (GMT +4)
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

10 Dekabr 2019, 09:52 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

10 Dekabr 2019, 09:44 (GMT +4)
Türkiyə Əfqanıstanın təhlükəsizliyinə önəmli töhfə verib- Əfqanıstan prezidenti

10 Dekabr 2019, 09:35 (GMT +4)
İraq 3 Avropa dövləti və Kanadaya etirazını bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66