İslamiadada stolüstü tennis yarışları başlayıb17 May 2017, 11:00 (GMT +4) Bakı, 17 may, SalamNews. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında fərdi yarışlara start verilib.
SalamNews xəbər verir ki, qadın və kişi idmançılar mübarizəyə 1/16 final mərhələsindən başlayıblar.
Azərbaycan kişilərin yarışında 3, qadınların mübarizəsində isə 2 atletlə təmsil olunur.
Yarışlar “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilir.
|