Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK-ın ləğvi olunması ilə bağlı bəyanat yayıb

16 May 2017, 14:01 (GMT +4)

Bakı, 16 may, SalamNewsDiasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edilməsi ilə əlaqədar bəyanat verib.

Dövlət Komitəsinin mətbuat xidmətindən SalamNews-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatını ləğv etməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qarşılanıb.

Bəyanatda qeyd edilir ki, Azərbaycanın müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan birinin ləğvi barədə iddianı təmin etmiş və bununla da ədalətsizliyə yol verib. Dövlət Komitəsi Rusiyada və dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə əsaslanaraq, bir daha bəyan edir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir. Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər: “Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələrinin narahatlığını nəzərə alaraq, bir daha vurğulamağı vacib bilirik ki, ÜAK ətrafında bir neçə aydır davam edən proseslərin təhlili, müxtəlif mənbələrdən əldə olunmuş informasiyalar təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayandığı şübhəsini yaradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər. Dövlət Komitəsi ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, habelə diaspor fəallarının etirazını anlayışla qarşılayır, indiki həssas məqamda qərarın məsuliyyətinin ayrı-ayrı şəxslərin, dövlət qurumlarının, habelə ÜAK rəhbərliyinin üzərinə qoyulmasının doğru olmadığını diqqətə çatdırmağı vacib hesab edir. ÜAK-ın bütün qurultayları, toplantıları Rusiyanın müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə həyata keçirilib. ÜAK-ın rəhbərliyinə bütün seçkilərdə Rusiya ictimaiyyətinin, siyasi elitasının tanıdığı, qəbul etdiyi nüfuzlu şəxslərin namizədliyi irəli sürülüb. Buna görə də məhkəmənin qərarında göstərilən əsasların tam subyektiv və qeyri-adekvat olması barədə rəy bildirmək üçün ciddi əsaslar var”.

Dövlət Komitəsi diqqətə çatdırıb ki, məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, ÜAK Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaq: “ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaq”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Diasporla İş Üzrə Dövlət Komitəsində gürcüstanlı deputatlarla görüş keçirilib

AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında memorandum imzalanıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunublar - SİYAHI

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK ilə bağlı məsələyə münasibət bildirib

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 14 il ötür

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66