Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurası Azərbaycan jurnalistləri adından Rusiyanın media təmsilçilərinə müraciət edib

12 May 2017, 17:08 (GMT +4)

Bakı, 12 may, SalamNews. Azərbaycan Mətbuat Şurası Azərbaycan jurnalistləri adından Rusiyanın media təmsilçilərinə müraciət edib.

Şuradan SalamNews-a daxil olan müraciətdə deyilir: "Uzun tarixi dövr ərzində ən müxtəlif sahələrdə təşəkkül tapmış qarşılıqlı dostluq əlaqələri Rusiyada çoxsaylı Azərbaycan diaspor qurumlarının formalaşmasına şərait yaradıb.

Hazırda dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) də müasir dövrdə Rusiya və Azərbaycan xalqları arasındakı mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafında həlledici rol oynayıb. Bu xidmət yalnız Azərbaycanda deyil, Rusiyanın özündə də hər zaman yüksək qiymətləndirilib.

ÜAK hər zamankı kimi missiyasına sadiqdir. Lakin təəssüf ki, son zamanlar qurumla bağlı xəbərlər ürəkaçan deyil. Rusiya hakimiyyətində olan bəzi anti-azərbaycançı və ermənipərəst qüvvələr ciddi cəhdlə təşkilatın hüquqi baxımdan ləğvinə çalışmaqdadırlar. Onların işbirliyinin nəticəsidir ki, Rusiyanın Ədliyyə Nazirliyi ÜAK-ın dövlət qeydiyyatının ləğvi üçün ölkənin Ali Məhkəməsinə müraciət ünvanlayıb.

Azərbaycan jurnalistlərinin vahid özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası bildirir ki, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunsa və qurum fəaliyyətini dayandırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərəcək. Biz iki qonşu dövlət arasındakı əlaqələrə hər hansı formada ziyan gəlməsinin yolverilməzliyi qənaətindəyik və inanırıq ki, hər iki ölkə ictimaiyyətinin mütərəqqi kəsimi düşüncəmizi bölüşür.

Bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Bütün bu fəaliyyətin ilhamvericisi qismində ÜAK çıxış edib və tutduğu yola hər zaman sadiqdir. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaqdır.

ÜAK-ın fəaliyyətinin dayandırılması məsələsi habelə polietnik struktura malik Rusiyada yaşayan digər azsaylı xalqlar üçün də xoşagəlməz presedent kimi qəbul ediləcəkdir. Biz media təmsilçiləri olaraq bu durumun yaranmasını qətiyyən arzulamırıq. Biz Azərbaycan jurnalistləri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçiliyinin hər hansı şəkildə zədələnməsinə qarşıyıq. Düşünürük ki, ermənipərəst qüvvələrin əli ilə dövriyyəyə buraxılmış ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniyanın kökündə bu motiv də dayanmaqdadır. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə - mühüm söz sahibi olan jurnalist həmkarlarımıza üz tuturuq.

Azərbaycan Mətbuat Şurası, ümumilikdə Azərbaycan jurnalistləri rusiyalı həmkarlarımızı, Rusiyanın media ictimaiyyətini müxtəlif siyasi oyunların məntiqi nəticəsi kimi gündəmə gətirilmiş ÜAK-ın ləğvi məsələsinə sərt reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə çağırırıq. Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərə bilməz. Qurum üzərinə düşən öhdəliklərə azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib və yetirəcəkdir. Rusiya qanunlarına, Azərbaycan və Rusiya arasındakı tarixi dostluq və qonşuluq əlaqələrinin inkişafına sadaqət xəttinin hər hansı alternativi yoxdur.

İnanırıq ki, Rusiya jurnalistləri olaraq sizlər bu müraciətimizi həssaslıqla qarşılayacaq, ÜAK-ın dövlət qeydiyyatının ləğvinə və fəaliyyətinin dayandırılmasına yönələn kampaniyanın qarşısının alınmasında aktiv iştirak edəcəksiniz".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Azərbaycan neftinin qiyməti 40 ABŞ dollarını ötüb

Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

Monteneqro Azərbaycandan gələn turistlər üçün sərhədləri açıb

Azərbaycan nefti bahalaşıb

Rusiyada koronavirusun yoxlanması üçün 11.1 milyondan çox test keçirilib

Azərbaycan Qazaxıstana alüminium profil ixracına başlayıb

Azərbaycan XİN İtaliyanı təbrik edib

Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

Zaxarova Rusiyanın ABŞ-dakı aksiyalarda rolu olduğuna dair açıqlamarı şərh edib

Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb

Azərbaycan Prezidenti ilə AİB-in rəhbərləri arasında videokonfrans keçirilib

Rusiyada son sutka ərzində 9 035 nəfər koronavirusa yoluxub

İyunun 6-7-də Azərbaycanda buraxılış imtahanları keçiriləcək

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan uşaqlarını təbrik edib

03 İyun 2020, 19:35 (GMT +4)
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsi səhərə kimi hərəkət tam məhdudlaşdırılacaq

03 İyun 2020, 19:15 (GMT +4)
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

03 İyun 2020, 18:04 (GMT +4)
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

03 İyun 2020, 17:53 (GMT +4)
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

03 İyun 2020, 17:40 (GMT +4)
“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

03 İyun 2020, 17:40 (GMT +4)
Tramp Minneapolisdə iğtişaşların qarşısının alınmasına görə özünə təşəkkür edib

03 İyun 2020, 17:19 (GMT +4)
BMT baş katibi ABŞ nümayişçilərini dinc aksiya keçirməyə çağırır

03 İyun 2020, 17:15 (GMT +4)
Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:01 (GMT +4)
Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

03 İyun 2020, 17:00 (GMT +4)
“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

03 İyun 2020, 16:43 (GMT +4)
Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

03 İyun 2020, 16:41 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

03 İyun 2020, 16:38 (GMT +4)
Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

03 İyun 2020, 16:16 (GMT +4)
Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

03 İyun 2020, 16:11 (GMT +4)
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

03 İyun 2020, 15:47 (GMT +4)
DİN: Həyətində narkotik bitkilər becərən şəxs tutulub

03 İyun 2020, 15:29 (GMT +4)
Ermənistanda COVID-19-a yoluxanların sayı 10 524-ə çatıb

03 İyun 2020, 15:29 (GMT +4)
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

03 İyun 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

03 İyun 2020, 15:14 (GMT +4)
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir 

03 İyun 2020, 14:50 (GMT +4)
İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:40 (GMT +4)
AP: ABŞ-da etirazlar zamanı 9 mindən çox insan saxlanılıb

03 İyun 2020, 14:30 (GMT +4)
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

03 İyun 2020, 13:59 (GMT +4)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03 İyun 2020, 13:53 (GMT +4)
Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

03 İyun 2020, 13:31 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

03 İyun 2020, 13:30 (GMT +4)
Gömrükçülər 545 kiloqram heroin aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66