Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DQİDK və YAP GB birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans keçirilib

03 May 2017, 16:17 (GMT +4)

Bakı, 3 may, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans keçirilib.

DQİDK-dən SalamNews-a verilən məlumata görə, konfransda DQİDK-nın, YAP Gənclər Birliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, partiya üzvləri, gənclər, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində, Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. Bu günlərdə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Bu ərəfədə Azərbaycanın bütün dünyaya verdiyi İslam həmrəyliyi mesajının nələri, kimləri, hansı məqsədləri ehtiva etdiyini müxtəlif dini konfessiyalara mənsub gənclərlə müzakirə etmək təqdirəlayiqdir. Bu gün İslam dünyası çətin dövr yaşayır-çoxsaylı münaqişələr, terror, radikalizm, məzhəbçilik kimi hallar artır. Biz bu dəhşət saçan mənzərənin çıxış yolunu həm də həmrəylikdə görürük. İslam həmrəyliyi eyni maraqları yox, eyni dəyərləri bölüşənlərin birliyidir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov çıxışında bildirib ki, Azərbaycan xalqının mədəniyyətə, sivilizasiyalararası dialoqa verdiyi önəmin nəticəsində hər bir gənc istənilən kürsüdən məğrurluqla çıxış edə bilir. Bu gün Azərbaycan gəncinin üstün keyfiyyətlərindən biri bütün dinlərə hörmət etməkdir. Bütün dinlərə hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev sülhə, əmin-amanlığa böyük önəm verirdi. Bu gün Prezident İlham Əliyev öz siyasi varisinin yaratdığı bu ənənəni davam etdirir.

Daha sonra çıxış edən QMİ-nin şöbə müdiri Aqil Şirinov, Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Denis Siveçnikov, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalov dövlətimizin gənclər siyasəti, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz ruhunda tərbiyə olunması, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması barədə danışıblar. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək

Azərbaycan idman sahəsi üzrə keçirilən beynəlxalq elmi konfransda təmsil olunub

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakıda “Güclü və nüfuzlu vəkillik müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib

BP birinci beynəlxalq “Hədəfdə STEM” konfransını dəstəkləyir

Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub

Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış edib

AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı keçirilir

“Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

«Ən-Nusra» terror təşkilatı suriyalı qaçqınların İdlibi tərk etməsinə imkan vermir - KİV

ATAA-nın Ümumdünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

Bakıda «Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi» adlı konfrans keçirilir (FOTOLAR)

İslam Əməkdaşlıq Təşkilatı cari həftənin sonu təcili toplantı keçirir

Təhsil işçilərinin respublika konfransı keçiriləcək

YAP partiyanın qərargahında ənənəvi mətbuat konfranslarını bərpa edib

Zoologiya İnstitutu ilə ABŞ-ın EcoHealth Alliance təşkilatı arasında protokol imzalanıb

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66