Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Beyrutda AZƏRTAC-ın sədri olduğu OANA-nın İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib

03 May 2017, 16:10 (GMT +4)

Bakı, 3 may, SalamNews. Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.

SalamNews xəbər verir ki, Livanın İnformasiya Nazirliyi və NNA xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən iclasda Rusiyanın TASS, Türkiyənin "Anadolu", Cənubi Koreyanın "Yonhap", Çinin "Sinxua", Yaponiyanın "Kyodo", İranın İRNA və "Mehr", Monqolustanın MONTSAME, Bəhreynin BNA və Malayziyanın "Bernama" agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman çıxış edərək qonaqları salamlayıb və iclasda qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirib. O, iclasın sürətlə dəyişən informasiya texnologiyaları dövründə xəbər agentliklərinin qarşılaşdığı problemləri və inkişafı yollarını müzakirə etmək üçün yaxşı platforma olduğunu vurğulayıb.

OANA-nın prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov İcraiyyə Komitəsinin 42-ci iclasının keçirilməsi üçün göstərdiyi dəstəyə görə Livanın İnformasiya Nazirliyinə və NNA agentliyinə təşəkkürünü bildirib. Baş direktor ötən ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində və OANA-nın XVI Baş Assambleyasında xəbər agentliklərinin inkişafı ilə bağlı çox dəyərli fikirlərin səsləndiyini, məhsuldar müzakirələrin aparıldığını qeyd edərək deyib: “Baş Assambleya və V Konqresin birgə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, dərin məzmunlu nitqi və bir qrup media nümayəndəsi ilə görüşü tədbirlərimizin əhəmiyyətini daha da artırdı”.

AZƏRTAC-ın sədrliyi dövründə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının inkişafı məsələlərinə toxunan OANA-nın prezidenti bildirib ki, qurumun fəaliyyətinin genişləndirilməsi, onun daha dinamik struktura çevrilməsi, veb-saytının funksionallığının artırılması üçün artıq işlərə başlanılıb, portalda bir çox yeniliklər tətbiq edilib, eyni zamanda, üzv agentliklərin bu veb-saytda fəallığı da xeyli yüksəlib. Diqqətə çatdırılıb ki, hazırda təşkilatın saytında 27 üzv agentlik öz xəbərlərini yerləşdirir. “Lakin biz bunun maksimuma çatdırılmasına çalışacağıq. Mən burada iştirak edən agentlikləri bu istiqamətdə daha fəal olmağa çağırıram”, - deyən OANA-nın prezidenti, həmçinin təşkilatın Nizamnaməsinə dəyişikliklər edilərək Texniki və Etik altkomitələr haqqında bəndlərin əlavə olunması, bu strukturlara sədrlik edən agentliklərin seçilməsi ilə bağlı təkliflərini də səsləndirib.

Livanın informasiya naziri Melhem ər-Riyaşi müasir rəqəmsal dövrdə medianın üzərinə böyük məsuliyyətin düşdüyünü, jurnalistikada etikanın və obyektivliyin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, dünyanın hər yerindən informasiya əldə edib yayan xəbər agentlikləri insanların və xalqlar arasında mədəni əlaqələrin, dialoqun möhkəmlənməsinə indi həmişəkindən daha çox diqqət yetirməli, münaqişələrin və qarşıdurmaların aradan qaldırılması, etimadın güclənməsi işinə öz töhfəsini verməlidirlər. O, həmçinin medianı terrorizmlə bağlı məsələlərin işıqlandırılmasında diqqətli olmağa çağırıb, millətlər arasında dostluğa və əməkdaşlığa çalışmağın vacibliyini önə çəkib.

İclas işini müzakirələrlə davam etdirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb

DİM sədri: Hər zalda 15 nəfər abituriyent otura biləcək

Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

Sabah Milli Məclisin plenar iclası keçiriləcək

İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

İran Parlamentinin yeni sədrinin adı açıqlanıb

NATO Şurasının təcili iclası keçiriləcək

Reuters: "Nissan"ın keçmiş sədrinin Yaponiyadan qaçışını təşkil edənlər həbs olunub

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib

"İrəli" İctimai Birliyinə yeni sədr seçilib

Sabah Milli Məclisin iclası keçiriləcək

Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi dövründə planlaşdırılan məsələlər müzakirə edilib

Venesuela BMT Təhlükəsizlik Şurasından təcili iclas keçirməsini istəyib

Mərkəzi Bankın sədri manatın məzənnəsi ilə bağlı açıqlama verib

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

AŞ Nazirlər Komitəsinə sədrlik  Gürcüstandan Yunanıstana keçəcək

"Xarici ticarətin aparılması" indikatoru üzrə onlayn iclas keçirilib

KXDR lideri ÇXR sədrinə koronavirusla bağlı ismarıc göndərib

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

Sabah Milli Məclisin iclası keçiriləcək

04 İyun 2020, 09:31 (GMT +4)
Nazirlik: Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək

04 İyun 2020, 09:15 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

04 İyun 2020, 09:14 (GMT +4)
Lukaşenko hökuməti istefaya göndərib 

04 İyun 2020, 09:06 (GMT +4)
Haftarın Ordusu Liviyada Tripoli hava limanını itirib (VİDEO)

03 İyun 2020, 19:35 (GMT +4)
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsi səhərə kimi hərəkət tam məhdudlaşdırılacaq

03 İyun 2020, 19:15 (GMT +4)
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

03 İyun 2020, 18:04 (GMT +4)
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

03 İyun 2020, 17:53 (GMT +4)
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

03 İyun 2020, 17:40 (GMT +4)
“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

03 İyun 2020, 17:40 (GMT +4)
Tramp Minneapolisdə iğtişaşların qarşısının alınmasına görə özünə təşəkkür edib

03 İyun 2020, 17:19 (GMT +4)
BMT baş katibi ABŞ nümayişçilərini dinc aksiya keçirməyə çağırır

03 İyun 2020, 17:15 (GMT +4)
Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:01 (GMT +4)
Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

03 İyun 2020, 17:00 (GMT +4)
“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

03 İyun 2020, 16:43 (GMT +4)
Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

03 İyun 2020, 16:41 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

03 İyun 2020, 16:38 (GMT +4)
Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

03 İyun 2020, 16:16 (GMT +4)
Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

03 İyun 2020, 16:11 (GMT +4)
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

03 İyun 2020, 15:47 (GMT +4)
DİN: Həyətində narkotik bitkilər becərən şəxs tutulub

03 İyun 2020, 15:29 (GMT +4)
Ermənistanda COVID-19-a yoluxanların sayı 10 524-ə çatıb

03 İyun 2020, 15:29 (GMT +4)
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

03 İyun 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

03 İyun 2020, 15:14 (GMT +4)
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir 

03 İyun 2020, 14:50 (GMT +4)
İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:40 (GMT +4)
AP: ABŞ-da etirazlar zamanı 9 mindən çox insan saxlanılıb

03 İyun 2020, 14:30 (GMT +4)
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66