Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

May ayının 5-dən etibarən yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Vaqif Əsədov

01 May 2017, 18:00 (GMT +4)

Bakı, 1 may, SalamNews, X.Mehdiyev. "Sürücülər avtomobillərində yalnız standartların tələbinə uyğun olan jalüzlərdən istifadə edə bilərlər".

Bunu SalamNews-a müsahibəsində Bakı şəhər dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polis polkovniki Vaqif Əsədov deyib.

- Hansı hallarda sürücülər jalüz və pərdələrdən istifadə edə bilərlər?

- “Yol hərəkatı haqqında qanun”a edilmiş 1 saylı əlavənin tələbinə əsasən istismar edilən avtonəqliyyat vasitələrinin şüşələrinin görüşünün məhdudlaşdırılması və şəffalığın korlanması ilə bağlı pərdə və plyonkaların çəkilərək istismar edilməsi inzibati xəta tərkibi yaradır.

Hal-hazırda isti hava şəraitinin hökm sürdüyü mövsümlərlə əlaqədar olaraq, idarə edilən nəqliyyat vasitələrində standartların tələbinə uyğun olan jalüzlərin istifadə edilməsinə icazə verilir. Belə ki, may ayının 1-dən noyabr ayının 15-dək ölkə ərazisində idarə edilən nəqliyyat vasitələrinin arxa, sağ, sol, qapı şüşələrinə jalüzün çəkilərək istismar edilməsi inzibati xəta tərkibi yaratmır.

Lakin qeyd edilməlidir ki, avtomobil sürücüləri standartların tələblərinə riayət etmədən bu tələbləri pozmaqla plyonka çəkərək avtomobillərini idarə edirlərsə, bu, əlbəttə ki, yol polisi tərəfindən saxlanılaraq inzibati cəzaya cəlb edilmələrinə şərait yaradır. Yəni idarə edilən nəqliyyat vasitələrinin şüşələrinə plyonkanın çəkilməsi, təbii olaraq, 150 manat məbləğində cərimə ilə cəzalandırılır. 

Eyni zamanda buqələmun, rəngli və yaxud güzgü tipli şüşələrdən avtomobillərdə istifadə edilməsi inzibatı xəta tərkibi yaradır ki, bu da yolverilməzdir.

- İslam Oyunları ilə bağlı paytaxt yollarında çəkilmiş sarı zolaqların tələbini pozan sürücülərə qarşı hansı məbləğdə cərimələr tətbiq olunur? 

- Ümümiyyətlə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı may ayının 5-dən etibarən polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Eyni zamanda 5 may tarixindən etibarən idman oyunlarının keçirildiyi inzibati ərazilər istiqamətində sarı rəngli bütöv çəkilmiş zolağa avtomobilin daxil olması sürücülərin inzibati xəta yaratmasına səbəb olacaq və onlar tərəfimizdən aşkarlandıqca inzibati qaydada cəza tədbiq ediləcək.

Məlumat üçün qeyd etməliyəm ki, bu zolaqlara daxil olan avtomobil sürücüləri “avtomobilin hərəkəti qadağandır” nışanının tələbini pozmuş hesab edilirlər və 40 manat məbləğində cərimə olunurlar. Qeyd etməliyəm ki, bu zolaqlar yalnız təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub.

Eyni zamanda yol hərəkətində təhlükəsizliyin təmin edilməsi və bu möhtəşəm tədbirin yüksək səviyyədə başa çatması üçün tərəfimizdən nəzarət gücləndiriləcək, yol boyu bu xətlər üzrə törədilən xətalar qeydə alınacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib

Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyev “Haber Türk” televiziya kanalına müsahibə verib

Prezident Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib

DYP taksi şirkətlərinə və sürücülərə müraciət edib

İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib

DİM səfərbərliklə əlaqədar müsahibələri təxirə salınmış namizədlərə müraciət edib

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib

Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib

Prezident İlham Əliyev “TRT Haber” televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib

Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib

Malları dəyişdirməyən, qaytarmayan mağaza sahiblərini cərimələr gözləyir

Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub

Qusarın su təminatının yaxşılaşdırılmasına 630 min manat ayrılıb

22 Oktyabr 2020, 19:40 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir

22 Oktyabr 2020, 19:22 (GMT +4)
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb

22 Oktyabr 2020, 18:50 (GMT +4)
Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

22 Oktyabr 2020, 18:45 (GMT +4)
Prezident: Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub

22 Oktyabr 2020, 18:35 (GMT +4)
Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66