Qırğızıstanda torpaq sürüşməsində 24 nəfər həlak olub (VİDEO)
29 Aprel 2017, 11:13 (GMT +4)
Bakı, 29 aprel, SalamNews, C.Nəzərov. Qırğızıstanın cənubundakı Oş vilayətində güclü torpaq sürüşməsi baş verib
SalamNews-un verdiyi xəbərə görə, bu barədə “İnterfaks”-a Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. İlkin məlumata əsasən, təbii fəlakətdə 7 yaşayış evi torpağın altında qalıb, 24 nəfər ölüb. Ölənlər hadisə anında evdə olublar.
Məlumata görə, sürüşmə yerli vaxtla saat 7.00-da Özkənd rayonunun Zərgər kəndi ərazisində baş verib. Sürüşmə sahəsi 1 milyon kub metr həcmində təxmin edilir.
Hazırda hadisə yerində torpağın təmizlənməsi üzrə işlər aparılır.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.