Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

MBNP-nin qərarları qanunun tələblərini ciddi şəkildə pozur - Mirhəsən Seyidov

20 Aprel 2017, 15:06 (GMT +4)

Bakı, 20 aprel, SalamNews. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli daxili qərarla qanunun tələblərini ciddi şəkildə pozur.

SalamNews xəbər verir ki, bunu jurnalistlərə "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

O bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında 3000-dən artıq fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətinin müəyyən daxili qərarlar əsnasında sıxışdırılması və qanun tələblərinin doğru icra olunmaması fəaliyyətdə olan təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır. Qanun layihəsinin icrasına tələsməkdə olan bəzi banklar, MBNP-nın daxili qərarı ilə Qeyri- hökümət təşkilatları haqqında qanuna, Qrant haqqında olan qanuna və s. qanun müddəalarının tələblərini pozmaqdadır. Azərbaycanda daima vətəndaş cəmiyyəti institutları bilavasitə QHT-lər və Gənclər təşkilatları bütün proseslərdə yaxından iştirak etmiş, Azərbaycan dövlətinin maraqlarının qorunmasında, gənclərin inkişafında əvəzsiz və aparıcı rola malik olmuşdur.

Belə ki, regionlardakı gənclərin stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, yeni biliklərin əldə olunması, eynisi ilə beynəlxalq layihələrdə müxtəlif tərəfdaşlıqda iştirak edən təşkilatların fəaliyyəti banklar tərəfindən daxili qərar əsnasında məhdudlaşdırılmaqdadır. Qrant müqaviləsini dövlət satınalma müqaviləsi ilə, ictimai birlikləri isə sahibkarlıq obyektləri ilə səhv salan banklar qeyri - hökumət təşkilatına, o cümlədən gənclər təşkilatlarına sadələşmiş vergi ödəyicisi kimi ayda 15.000 manata qədər qrant vəsaitini nağdlaşdırmağa qanunla qadağa qoymaq hüququna malik deyil. Qanun tələbi 15.000 manat olduğu təqdirdə, banklara göndərilən daxili qərarla bu vəsait 5.000 manata endirilməsi, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununa qarşı çıxmaq deməkdir.

Banklar qarşısında xüsusi cərimələrlə çıxış edən MBNP-sı, onlara xüsusi aktlar tərtib etməklə bankların imicini təşkilatlar, fiziki və hüquqi şəxslər qarşısında daha da aşağı salmaqdadır. Bu kimi problemlərlə qarşılaşan şəxslərin sayı günü-gündən artır və artıq ciddi problemlər olaraq səsləndirilir. Bizlər hər zaman Azərbaycanda vətəndaş cəmiyyəti institutların yaradılmış demokratik mühit haqqında danışdıqlarımıza, beynəlxalq təşkilatlar qarşısında müdafiə mövqeyində durmağımıza baxmayaraq bu kimi yaradılmış süni əngəllərin fəaliyyətimizdə problemlərin yaratması bəzi təşkilatlar üçün artıq bayraq funksiyası daşıyır ki, bu da bizlərin formalaşdığımız mühitə təsir edir.

MBNP-nin Azərbaycanda hamı ilə nağdsız hesablaşma tələbi nəticəsində bankların verdiyi daxili qərarın bir çox müddəaları qanunu birbaşa təkzib edir. Banklara verilən təlimatlardakı məzmun özü bu tələbləri qanun qarşısında yalnış istiqamətdə yönəldir. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qeyri kommersiya təşkilatı olduğunu, bütün qeyri-kommersiya fəaliyyəti ilə vergi ödəmələrindən azad olduğunu, əsas məqsədinin gəlir əldə etmək olmadığını, əvəzi ödənilməyən dövlət maliyyəsi əsnasında alınan qrantları və xidməti müqavilələri sahibkarlıq obyekti olmadığını unudan banklar sırasında MBNP-nın qoyduğu tələblərə riayət edən bir çox banklar yer alır ki, onlar da daxili qərarları yalnış qaydada icra edir.

Qanun tələblərimi üstündür yoxsa Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi daxili qərarmı? Bunu aydınlaşdırmağa çalışırıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ayətullah Xamenei Qüds günü ilə bağlı çıxış edərək münaqişənin həlli üçün təklif irəli sürüb

"İrəli" İctimai Birliyinə yeni sədr seçilib

Oqtay Şirəliyev: Azərbaycanda koronavirusdan ölüm halları 1,2 faiz təşkil edib

Tramp koronavirusa qarşı peyvəndin hazırlanacağı vaxtla bağlı ehtmallar irəli sürüb

BDU beynəlxlaq reytinq siyahısında 154 pillə irəliləyib

Kreml koronavirusun pik həddə çatacağı vaxtla bağlı ehtimallar irəli sürüb 

Yəmənin əl-Couf əyalətində döyüşlər şiddətlənib, husilər qismən irəliləyib

Azərbaycanlı inanclı gənclər koronavirusla bağlı maraqlı təşəbbüs irəli sürüblər

“İrəli” karantin müddətini “Rəqəmsal ay” elan edib

Liviya paytaxtı ətarfında döyüşlər yenidən baş qaldırıb, Xəlifə Haftarın ordusu irəliləyib

“İrəli” yeni kampaniyaya start verir

Tramp Rusiya və Çinə üçtərəfli silah nəzarəti ilə bağlı təşəbbüs irəli sürməyi planlaşdırır

Evo Moralesin 2020 Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

4 milyon insan Türkiyə sərhədlərinə doğru irəliləyir - Ərdoğan

İdlibin şərqində şiddətli döyüşlər gedir, Suriya Ordusu əyalətin cənubunda irəliləyib

KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

Türkiyənin xəbərdarlığına baxmayaraq Suriya Ordusu İdlibdə irəliləyib

Bir milyona yaxın suriyalı Türkiyə sərhədinə doğru irəliləyir - Ərdoğan

“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında iştirak edir

“İrəli” İB-də “Könüllülər ili” ilə bağlı fəaliyyət planı müzakirəyə çıxarılıb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66