Mobil versiya RU AZ
_




DÜNYA » İDMAN

“Real Madrid” UEFA Çempionlar Liqasının ikinci yarımfinalçısı olub

19 Aprel 2017, 09:09 (GMT +4)

Bakı, 19 aprel, SalamNews. UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin digər oyununda “Real Madrid” komandası “Bavariya”nı iki oyunun nəticəsinə görə 6:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

SalamNews-un məlumatına görə, ilk oyunda Münxendə “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olan “Bavariya” cavab qarşılaşmasında dönüş yaratmaq üçün təşəbbüsü ələ almağa çalışıb. Lakin komandaların səylərinə baxmayaraq, birinci hissədə qapılara top vurulmayıb.

Matçda hesabı münxenlilər açıblar. Oyunun 53-cü dəqiqəsində “Real Madrid” komandasının qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Robert Levandovski adını tabloya yazdırıb – 1:0.

Bu qol oyunun tempinin daha da artmasına səbəb olub. Matçın 76-cı dəqiqəsində “Bavariya”nın cərimə meydançasına hava ötürməsindən sonra müdafiəçilərinin səhvindən istifadə edərək əla mövqe seçən Kriştiano Ronaldo topa başla dəqiq zərbə vurub – 1:1. Lakin “Real Madrid” futbolçularının sevinci cəmi iki dəqiqə davam edib. Bərabərlik qolundan iki dəqiqə sonra madridlilərin müdafiə xəttində yaranan çaşqınlıq avtoqolla nəticələnib. UEFA Çempionlar Liqasında 100-cü oyununu keçirən Serxio Ramos topu öz qapısına göndərərək hesabı “Bavariya”nın xeyrinə dəyişib – 1:2.

Matçın 84-cü dəqiqəsində münxenlilər ilk oyunda olduğu kimi, meydanda sayca azlıqda qalıblar. Kobud oyuna görə ikinci dəfə sarı vərəqə ilə cəzalandırılan Arturo Vidal meydanı tərk edib. Lakin bu, oyunda hesabın dəyişməsinə təsir etməyib və matçın əsas hissəsi “Bavariya”nın üstünlüyü ilə başa çatıb – 2:1.

Ümumi hesab 3:3 olduğundan qalibi müəyyən etmək üçün 15 dəqiqəlik iki əlavə hissə oynanılıb. Olduqca sürətli və qarşılıqlı hücumlar şəraitində keçən birinci 15 dəqiqənin sonunda – 105-ci dəqiqədə Kriştiano Ronaldo dublunu rəsmiləşdirərək oyunda tarazlığı bərpa edib – 2:2. Görüşün 110-cu dəqiqəsində “Bavariya” futbolçularını əks-hücumda yaxalayan Marselo sürətli driblinqini Kriştiano Ronaldoya ideal ötürmə ilə tamamlayıb. Portuqaliyalı ulduz isə topu uzaq küncə göndərərək özünün və komandasının üçüncü topunu “Bavariya”nın qapısından keçirib. Bu qoldan iki dəqiqə sonra topu meydanı mərkəzindən ələ keçirən “Real”ın gənc oyunçusu Marko Asensio “Bavariya”nın bir neçə futbolçusunu keçərək münxenliləri növbəti dəfə məyus edib – 4:2.

Beləliklə, “Real Madrid” iki oyunun nəticəsində görə 6:3 hesabı ilə qalib gələrək “Atletiko Madrid”dən sonra UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.

UEFA Çempionlar Liqasının digər yarımfinalçıları isə aprelin 19-da “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya Dortmund” görüşlərinin nəticəsində məlum olacaq. Xatırladaq ki, ilk görüşdə “Barselona” səfərdə 0:3, “Borussiya Dortmund” isə doğma meydanda 2:3 hesabı ilə məğlub olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Real Madrid”in yarımmüdafiəçisi zədələnib

"Real Madrid" Fondu futbol məktəbinin üzvlərinə ərzaq yardımı edib

İspaniya La Liqası: “Real Madrid” səfərdə “Real Betis”a məğlub olub

Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

"Real Madrid" klublararası dünya çempionatının finalına yüksəlib

İspaniya La Liqası: "Real Madrid" klubu səfərdə böyük hesablı qələbə qazanıb

Bakıda Real Madrid Sosial Futbol Məktəbinin açılış mərasimi keçirilib

UEFA Çempionlar Liqası: “Real Madrid” finalda

“Real Madrid” və “Barselona” arasında cavab oyunu keçiriləcək

"Real Madrid"in futbolçuların satışından nə qədər qazanc əldə etdiyi açıqlanıb

İspaniya La Liqasında "Barselona" "Real Madrid"i 3:2 hesabı ilə məğlub edib

“Barselona”-“Real Madrid” matçının başlama vaxtı açıqlanıb

“Real Madrid" və “Mançester Siti” UEFA Çempionlar Liqasının yarımfınal mərhələsinə keçib

UEFA Çempionlar Liqasında “Real Madrid” və “Volfsburq” dörddəbir finala çıxıb

"Arsenal" “Real Madrid”in ulduz oyunçusu üçün 45 milyon avro təklif edib

“Real Madrid" ardıcıl olaraq 11-ci dəfə dünyanın ən gəlirli futbol klubu olub

İspaniyanın “Real Madrid” futbol klubu emblemindən xaçı götürüb (FOTO)

02 İyul 2020, 12:42 (GMT +4)
Bakıda mənzildə qadın meyiti tapılıb

02 İyul 2020, 12:42 (GMT +4)
İran Venesueladan sonra Livana da yanacaq tankerləri göndərir

02 İyul 2020, 12:25 (GMT +4)
ABŞ-da Talibanla "anlaşmaya" görə Putinə qarşı sanksiyaların tətbiqi təklif edilib

02 İyul 2020, 12:11 (GMT +4)
Vilayət Eyvazov: Sosial şəbəkələrdə vahimə yaradan yalan məlumatlarla hər gün rastlaşırıq

02 İyul 2020, 11:56 (GMT +4)
Azərbaycanda zəlzələ baş verib

02 İyul 2020, 11:53 (GMT +4)
Brent markalı neftin qiyməti artıb

02 İyul 2020, 11:46 (GMT +4)
ABŞ hökuməti Sietl şəhərində etirazçıların nəzarətindəki bölgəni bir aydan sonra «azad etdiyini» bildirib (VİDEO)

02 İyul 2020, 11:30 (GMT +4)
Azərbaycan Türkiyə ilə hərbi maliyyə əməkdaşlıq haqqında Sazişi təsdiqlənib

02 İyul 2020, 11:17 (GMT +4)
ABŞ-dakı atışmada 4 nəfər xəsarət alıb

02 İyul 2020, 11:16 (GMT +4)
Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

02 İyul 2020, 11:13 (GMT +4)
İranın Nətənz nüvə obyekti ərazisində yanğın baş verib

02 İyul 2020, 11:00 (GMT +4)
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

02 İyul 2020, 10:54 (GMT +4)
Meksikada reabilitasiya mərkəzində baş verən atışmada 20-dən çox insan ölüb

02 İyul 2020, 10:36 (GMT +4)
Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

02 İyul 2020, 10:29 (GMT +4)
ABŞ Suriyanın şimal-şərqində hərbi hava limanı inşa edib

02 İyul 2020, 10:23 (GMT +4)
Bakı məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstəriblər

02 İyul 2020, 10:16 (GMT +4)
Çin səfiri Honkonq qanunu ilə bağlı İngiltərə XİN-ə çağırılıb

02 İyul 2020, 10:16 (GMT +4)
“ABAD” antiseptik vasitələri vətəndaşlara ödənişsiz təqdim olunub

02 İyul 2020, 10:14 (GMT +4)
“Günay Sığorta” polisləri təbrik edib (FOTOLAR)

02 İyul 2020, 10:06 (GMT +4)
"Qaydalara əməl et, cəmiyyəti qoru" adlı yeni kampaniya başlayır

02 İyul 2020, 09:53 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 53 dəfə pozub

02 İyul 2020, 09:48 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmən paytaxtına azı 20 aviazərbə endirib, ölənlər var (FOTO)

02 İyul 2020, 09:47 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,5 milyonu keçib

02 İyul 2020, 09:31 (GMT +4)
Birinci vitse-prezident bütün polis əməkdaşlarını təbrik edib

02 İyul 2020, 09:23 (GMT +4)
Ərdoğan və Merkel Liviya və Suriyadakı vəziyyəti müzakirə edib

02 İyul 2020, 09:17 (GMT +4)
Üç Avropa dövləti ABŞ-ın İrana qarşı silah enbarqosunun uzadılması tələbini dəstəkləyiblər

02 İyul 2020, 09:10 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

02 İyul 2020, 08:45 (GMT +4)
Azərbaycanda bu gün Polis Günü qeyd olunur

01 İyul 2020, 18:00 (GMT +4)
“Azəriqaz” böyük layihənin icrasına başlayıb

01 İyul 2020, 17:56 (GMT +4)
Putin "Astana" sammiti üçün Tehrana getməyə hazır olduğunu açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66