Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda “Caspian Energy Award” və “Caspian Business Award” mükafatlarının təqdimatı olunub

14 Aprel 2017, 09:05 (GMT +4)

Bakı, 14 aprel, SalamNews. Bakıda XIV Beynəlxalq “Caspian Energy Award-2017” və II Beynəlxalq “Caspian Business Award- 2017” mükafatlarının təqdimat mərasimi keçirilib.

Bu barədə SalamNews-a “Caspian European Club”dan (Caspian Business Club) bildirilib.

“Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər-Qara dəniz və Baltik regionlarında il ərzində əldə etdiyi nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. Bu mükafatlar “Caspian European Club”un və “Caspian Energy International Media Group”un dəstəyi ilə verilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə qeyd edib ki, təqdimat mərasimi Azərbaycan iqtisadiyyatının inkişafı üçün qərəzsiz işləyən və bu sahədə uğurlu nəticələr qazanan, ölkə üçün dəyərli şəxsiyyətləri bir araya gətirib. “Azərbaycanın uğurları və nailiyyətləri ildən-ilə artır, o cümlədən beynəlxalq arenadakı rolu da getdikcə genişlənir”, - deyən Z.Səmədzadə sahibkarların, işgüzar insanların və dövlət strukturlarının birgə əməkdaşlığa cəlb edilməsində klubun böyük rolunu vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük orqanlarının fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirərək deyib: “Sizi əmin edirəm ki, gömrük orqanlarında aparılan islahatlar və modernizasiya, Azərbaycan sahibkarlarına və iqtisadiyyatına dəstək bundan sonra da davam etdiriləcək.

“Azərbaycanın İKT sektorunda uzun illər ərzində həyata keçirdiyim fəaliyyətimə verdikləri qiymətə görə kluba öz dərin minnətdarlığımı bildirirəm. Bu gün bura toplaşan hər bir şəxsin, hökumət orqanlarının və şirkətlərin nümayəndələrinin məqsədi ölkəmizin inkişafına xidmət etməkdir”, - deyə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib.

“Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev klub barədə məlumat verərək deyib: “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin və “Caspian Energy İnternational Media Group”un dəstəyi ilə yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu gün “Caspian European Club” öz sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Məhz Prezident İlham Əliyevin dəstəyi sayəsində Klubumuz Xəzər-Qara dəniz və Baltik regionlarında fəaliyyət göstərən iri, nüfuzlu, beynəlxalq təşkilatlardan birinə çevrilib”.

T.Əliyev tədbir iştirakçıları adından “Caspian European Club”un sədri, Azərbaycan Prezidenti İlham Əliyevə “Caspian Energy International Media Group”un və “Caspian European Club”un fəaliyyətinə verdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. O, uzun illər ərzində Klubun fəaliyyətində göstərdikləri dəstəyə və məhsuldar əməkdaşlığa görə dövlət qurumları, şirkət və təşkilat rəhbərlərinə minnətdarlıq edib, mükafata layiq görülən bütün nominantlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Caspian Energy Award–2017” mükafatı Xəzər-Qara dəniz ölkələrinin gömrük əməkdaşlığının inkişafındakı xüsusi töhfəyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə, Azərbaycanın İKT sektorunun inkişafına verdiyi töhfəyə görə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadəyə, kalibrləmə və ölçü xidmətlərinə görə “AzMETCO JSC”yə verilib.

“Caspian Business Award–2017” mükafatına isə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə layiq görülüb. İlin holdinqi “Azərsun Holdinq”, ilin qənnadı fabriki “Ulduz” Şokolad Fabriki, ilin nəqliyyat şirkəti “Ase Asya Afrika Hk Ve Das Ar Branch”, plastik boru və materialların istehsalı sahəsində ilin şirkəti “PolyMart” LLC, ilin neft və neft məhsullarının nəqliyyatı şirkəti “Cross Caspian Oil” and “Gas Logistics” LLC, yol infrastrukturunun yenidən qurulması və inkişafı sahəsində ilin şirkəti “Azəravtoyol” QSC, ilin neft-qazçıxarma birliyi SOCAR Azneft İB, ilin neft emalı zavodu SOCAR Heydar Aliyev Oil Refinery şirkəti, innovativ proqram təminatı istehsalı və ixracı üzrə ilin şirkəti R.İ.S.K Elmi İstehsalat şirkəti, tamkomplektli polad binaların inşası sahəsində ilin şirkəti “NABUCCO A&C”, ilin yanacaqdoldurma məntəqələri şəbəkəsi “AZPETROL LTD” LLC, xarici bazarlara “elektron hökumət” həllərinin ixracatçısı “SINAM” LLC və gənc istedadlara göstərdiyi dəstəyə görə “Narimanfilm” LLC elan olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şirkətlər “Caspian Energy Award-2016” və “Caspian Business Award–2016” mükafatlarında iştiraka dəvət olunublar

21 Avqust 2019, 11:15 (GMT +4)
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub

21 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

21 Avqust 2019, 10:50 (GMT +4)
Energetika naziri vətəndaşları qəbul edib

21 Avqust 2019, 10:50 (GMT +4)
Gəmilərin hədəfə alınması fonunda İranın daha bir neft gəmisi nasazlıqla üzləşib

21 Avqust 2019, 10:40 (GMT +4)
KXDR ABŞ-ın düşmənçilik siyasəti apardığını açıqlayıb 

21 Avqust 2019, 10:30 (GMT +4)
Yəmənin müvəqqəti hökuməti ilə separatçılar Səudiyyədə danışıqlara başlayıblar

21 Avqust 2019, 10:16 (GMT +4)
Vilayət Eyvazov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsini qəbul edib

21 Avqust 2019, 10:03 (GMT +4)
Ağ Ev Trampın Danimarkaya səfərini ləğv edib

21 Avqust 2019, 09:58 (GMT +4)
İraqda Haşd-Şabinin qərargahında partlayış baş verib - Hadisənin hücum olduğu ehtimal edilir

21 Avqust 2019, 09:54 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

21 Avqust 2019, 09:37 (GMT +4)
Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir (FOTOLAR)

21 Avqust 2019, 09:28 (GMT +4)
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

21 Avqust 2019, 09:20 (GMT +4)
Tramp Rusiyanın iştirakı ilə G8 formatının bərpasını dəstəkləyir

21 Avqust 2019, 09:16 (GMT +4)
Husilər ABŞ istehsalı olan hərbi pilotsuz təyyarəni vurublar (VİDEO)

21 Avqust 2019, 09:01 (GMT +4)
Ağstafada piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12