Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qələbə tariximiz uzaqda deyil - Mirhəsən Seyidov

04 Aprel 2017, 16:39 (GMT +4)

Bakı, 4 aprel, SalamNews. Cəbhədə 4 gün davam edən və "Aprel döyüşləri" adını almış hadisələr 2016-cı ildə Azərbaycan xalqının ordumuza qarşı olan fikirlərində böyük bir ruh yüksəkliyi yaratdı. Hadisələrdən bir il keçməsinə baxmayaraq, bu hadisələr Azərbaycanın hərbi-siyasi dövlətçiliyini, gələcək milli müstəqilliyini müəyyənləşdirəcək tarix oldu. Məhz o günlər Azərbaycan xalqının, dövlətinin necə güclü olduğunu, lazım gəldikdə cənab Ali Baş Komandanın bir döyüş əmri ilə necə birləşəcəyini göstərdi.

Bu fikirləri SalamNews-a İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib.

O deyib ki, sirr deyil ki, nə qədər gənclərimiz könüllü olaraq hərbi xidmət qoşunlarına daxil olmaq üçün orduya yazılmaq istədi. Aprel hadisələri, aprel döyüşləri şanlı tarix oldu və Azərbaycanın qürurlu tarixinə, yaddaşına yazıldı. 

Ali Baş Komandanın aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır ifadəsi də sübut etdi ki, bu tarix bizim üçün çox dəyərli və vacibdir. O dərsliyi oxuyaraq böyüyən, yetişən gənc nəsil yaxın keçmişi biləcək və bu şücaəti özündə formalaşdıracaqdır. Buna əminəm. Çünki Azərbaycan dövləti şəhidini qürurla anır və şəhid adını uca zirvə adlandırır. Şəhidləriylə fəxr edən və qanları yerdə qalmayacaq deyə yetişən, hər qarış torpağını geri alacaq, Ali baş komandanın döyüş əmrini gözləyən və buna hazır olan gənclik olub və yetişməkdədir.

Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən aprel döyüşlərində şücaət göstərən zabit-gizir heyəti ilə görüşü, Heydər Əliyev Fondunun həmin şəxslərin sosial problemlərinin həllindəki əvəzsiz rolu, onlara yenidən sosial həyat qazandırmaq niyyəti, bugün Azərbaycan dövlətinin döyüşlərin iştirakçısı olmuş insanlara verdiyini önəmin ən bariz nümunəsidir. Döyüşlərdə iştirak edən, bugün ön cəbhədə xidmət edən hərbi qulluqçularımız üçün ən böyük ruh yüksəkliyidir ki, sabah hər hansısa yaranmış kiçik problemdə o öz arxasında Azərbaycan dövlətinin dəstəyini hər zaman hiss edəcəkdir.

"Aprel döyüşləri" bizə bir daha tarixi xatırlatdı. Ordumuzda olan fərqi, daha doğrusu gedən inkişafı göz önünə gətirdi. Aprel döyüşlərində olan və hərbi xidmət müddəti bitdikdən sonra geri qayıdan gənclərdən orda baş verənləri soruşduqda gözlərində olan torpaq, vətən sevgisi, işıltısı yetişən gəncliyə ən güclü stimuldur əslində. Biz Aprel hadisələrində nə qədər güclü olduğumuzu gördük, güclü orduya sahib olduğumuzu gördük, hər an əlimizə silah alaraq vətənin keşiyində durmağa hazır olan gənclərimizi gördük və onlarla fəxr etdik. İtkilərimiz də oldu. Gözü yaşlı qalan analarımız oldu, amma bir gün o gözlərdə olan yaş “övladımın qanı yerdə qalmadı” ifadəsi ilə əvəzlənəcəkdir. Buna inanırıq. Və bu inam çox güclü amildir.

Aprel döyüşlərində, Vətənin qarış torpağı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, valideynlərinə möhkəm səbr arzu edirik. Hər gün bütün şəhidlərimizin qanının yerdə qalmaması uğrunda Qarabağda gedən döyüşlərdə bir addım daha irəliləyirik. Qələbə tariximiz uzaqda deyil. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, digər şəhər və rayonlarımızda dalğalanacaq”

Ruhun şad olsun Azərbaycan əsgəri !


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ayətullah Xamenei Qüds günü ilə bağlı çıxış edərək münaqişənin həlli üçün təklif irəli sürüb

"İrəli" İctimai Birliyinə yeni sədr seçilib

Oqtay Şirəliyev: Azərbaycanda koronavirusdan ölüm halları 1,2 faiz təşkil edib

Tramp koronavirusa qarşı peyvəndin hazırlanacağı vaxtla bağlı ehtmallar irəli sürüb

BDU beynəlxlaq reytinq siyahısında 154 pillə irəliləyib

Kreml koronavirusun pik həddə çatacağı vaxtla bağlı ehtimallar irəli sürüb 

Yəmənin əl-Couf əyalətində döyüşlər şiddətlənib, husilər qismən irəliləyib

Azərbaycanlı inanclı gənclər koronavirusla bağlı maraqlı təşəbbüs irəli sürüblər

“İrəli” karantin müddətini “Rəqəmsal ay” elan edib

Liviya paytaxtı ətarfında döyüşlər yenidən baş qaldırıb, Xəlifə Haftarın ordusu irəliləyib

“İrəli” yeni kampaniyaya start verir

Tramp Rusiya və Çinə üçtərəfli silah nəzarəti ilə bağlı təşəbbüs irəli sürməyi planlaşdırır

Evo Moralesin 2020 Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

4 milyon insan Türkiyə sərhədlərinə doğru irəliləyir - Ərdoğan

İdlibin şərqində şiddətli döyüşlər gedir, Suriya Ordusu əyalətin cənubunda irəliləyib

KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

Türkiyənin xəbərdarlığına baxmayaraq Suriya Ordusu İdlibdə irəliləyib

Bir milyona yaxın suriyalı Türkiyə sərhədinə doğru irəliləyir - Ərdoğan

“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında iştirak edir

“İrəli” İB-də “Könüllülər ili” ilə bağlı fəaliyyət planı müzakirəyə çıxarılıb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66