Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanlıların soyqrımına dair ARGTMŞ-nın təşəbbüsü ilə həyata keçirilən onlayn fəaliyyətlər yekunlaşıb

03 Aprel 2017, 13:24 (GMT +4)

Bakı, 3 aprel, SalamNews. Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində həyata keçirilən onlayn fəaliyyətlər artıq başa çatıb.

SalamNews xəbər verir ki, onlayn fəaliyyətlərdə ümumillikdə onlarla gənclər təşkilatları və tələbə gənclər təşkilatlarının nümayəndələri daxil olmaqla 500-ə yaxın gənc iştirak edib. 

Fəaliyyətlərin həyata keçirilmə məqsədi Azərbaycan reallıqlarının, soyqırım faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması və gənclərin “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin edilməsidir. 

Fəaliyyətlər çərçivəsində soyqırım haqqında məlumatlar toplanaraq, Azərbaycan, ingilis, rus, fransız, ibrit və fars dillərində tvitlər paylaşılıb. Paylaşımlar zamanı #31marchgenocide #31online həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar edilib, Azərbaycan reallıqlarını özündə əks etdirən foto paylaşımlar və məlumatlar yerləşdirilib. 500 gənc tərəfindən müxtəlif dillərdə paylaşılan tvitlər 495.000 nəfərin profilində 3. 725.135 dəfə görülüb. #31marchgenocide #31online həştəqi ilə paylaşılan tvitlər kampaniya ərzində “Twitter Azərbaycan” rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısına düşüb.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov: Bu il Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi və Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə sosial şəbəkələrdə soyqırım faktını maksimum şəkildə geniş yayılması məqsədi ilə 8 dildə paylaşımlar əsasən Twitter sosial şəbəkəsində aparılıb. Gənclərimiz tərəfindən edilən hər bir paylaşım vacibdir. Tviterin əsas istifadəçiləri müxtəlif ölkə prezidentləri, parlament üzvləri, beynəlxalq təşkilatların rəhbərləri və media nümayəndələri olduğunda bu tipli paylaşımlar vasitəsi ilə onların Azərbaycanlıların soyqırımı ilə bağlı məlumatlandırılması hədəflənmişdir. Kütləvi şəkildə paylaşımlar dünya ictimaiyyətinə bu faktı çatdırmağa qadir olduq.

Qeyd edək ki, Mart soyqırımı və ya mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunmuşdur.

Bildirək ki, “XƏTDƏ” Proqramı – Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı kampaniyalar həyata keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

ARGTMŞ-ın təşkilatçılığı ilə növbəti layihə baş tutub

ARGTMŞ “Könüllülər ili” ilə bağlı görüşlər keçirir

ARGTMŞ-ın sədr müavini Avropa Şurasının sessiyasında iştirak edib

ARGTMŞ tərəfindən müsabiqə nəticəsində hazırlanan posterlər beynəlxalq qurumlara göndərilib

ARGTMŞ-in növbəti məlumat turu Dövlət Neft Fondunda olub

ARGTMŞ növbəti məlumat turunu Mədəniyyət və Turizm Nazirliyində keçirib

ARGTMŞ 2017-ci ildə gənclərə işə innovativ yanaşmalar gətirəcək

ARGTMŞ nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

ARGTMŞ illik hesabat verəcək

ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ-nin üzv təşkilatlarının nümayəndələri beynəlxalq tədbirə qatılıb

ARGTMŞ Avropa Şurasının tədbirində təmsil olunub

ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ-ın təşəbbüsü ilə “ReTweet” kampaniyasına start verilib

ARGTMŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu uzadılıb

ARGTMŞ daha bir gəncin Avropa Könüllülük Xidmətində iştirakına dəstək olub

ARGTMŞ-ın sədri beynəlxalq konfransda iştirak edib

ARGTMŞ-nin təşkil etdiyi AKX Yay məktəbinə start verilib

ARGTMŞ yenidən “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasını əldə edib

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66