Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azay Quliyev: Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik

28 Mart 2017, 16:54 (GMT +4)

Bakı, 28 mart, SalamNews. ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin Parlamentlərarası Assambleyasınınbirgə təşkil etdiyi “Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Parlament Konfransı”nda çıxış edib.

SalamNews xəbər verir ki, “Beynəlxalq (Humanitar) Hüquq və Terrorizm: Çağırışlar və onlara cavablar” mövzusunda məruzə edən ATAT PA-nın vitse-prezidenti Azay Quliyev indiyədək terrorizmi pisləyən çoxsaylı bəyanat və qətnamələrin qəbul edilməsinə baxmayaraq, həmin sənədlərdə terror fəaliyyətinin effektiv şəkildə aradan qaldırılmasına (hərbi, siyasi, hüquqi və s.) yönələn mexanizmlərin olmadığını bildirib: “Bu gün hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən qorumağı bacarmalıdır. Bu dövlətlərin təkcə hüququ deyil, eyni zamanda vəzifəsidir.

Dünya birliyi, ayrı-ayrı ölkələr  beynəlxalq terrorla mübarizədə öz səy və potensialını birləşdirməli və “ümumidüşmənlə” effektiv şəkildə mübarizə aparmalıdır. Lakin, dövlətlər elə etməlidir ki, terrorizmlə mübarizə tədbirləri zamanı insan hüquqları və humanitar standartlar pozulmasın, başqa sözlə,demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə  qurban edilməsin.  Əksinə, terrora qarşı mübarizədə yeganə uzunmüddətli və səmərəlivasitə BMT Nizamnaməsi, insan hüquqları haqqında beynəlxalq razılaşmalar və Cenevrə Konvensiyaları kimi ən mühüm beynəlxalq sənədlərdə göstərilən insan hüquqları, demokratiya və sosial ədalətə real həyatda əməl etməklə ciddi nailiyyətlər əldə etmək olar”.

Azay Quliyev son illərdə bəzi ATƏT ölkələrində qaçqın və sığınacaq axtaranlara qarşı kriminal hərəkətlərin artmasının narahatlıq doğurduğunu deyib: “Qaçqın və sığınacaq axtaran kütlənin içərisində ağır cinayət əməlləri törətmiş şəxslərin də olması qeyd olunan kateqoriyaya mənsub bütün insanlara pis münasibət göstərilməsinə və onların lənətlənməsinə əsas vermir. Sığınacaq axtaranların həmin ölkələrə qeyri-qanuni gəlmələri onların tələblərinin rədd edilməsinə səbəb ola bilməz. Eyni zamanda onların ağır cinayətlər törətmiş etnik və ya dini qruplara aid olması həmin insanların təcrid olunmasına əsas yaratmır. Əgər biz terror aktlarına qarşı mübarizə apararkən insan hüquqlarını qoruya bilməsək, nəticədə terroristlər və bütövlükdə terror bütün bəşəriyyətə qalib gələcək. Məhz terrorçuların əsas məqsədi dünya düzənini pozmaq, ölkələrdə çaxnaşma və xaos yaratmaq, ən əsası isə hamılıqla qəbul edilən demokratik dəyər və prinsipləri məhv etməkdən ibarətdir”.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib: “Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərləhəqiqiqaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və  qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum satandartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur. Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamaldır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar”.

İkinci məsələ sığınacaq axtaranlarla rəftarla bağlıdır. Bir çox hallarda sığınacaq axtaranlara münasibət müsbət olmur. Onlar dini və milli zəmində diskriminasiyaya məruz qalır və ciddi təzyiqlərlə üzləşirlər. Hesab edirəm ki, sığınacaq axtaranların həbsi istisna hal olmalı, adi bir qaydaya çevrilməməlidir. Bu həbslər yalnız o zaman qəbul edilə bilər ki, onların terrorla əlaqəsinin olmasına əsaslı şübhələr olsun və ya həbslə bağlı şərtlər ədalətli olsun. Bununla belə, daxili qanunvericiliyə əsasən bu həbslər məhkəmə təftişinə tabe olmaqla yanaşı, həm də qeyd edilən prosesə uyğun olmalıdır.

Digər bir mühüm məsələyə - qaçqınların və sığınacaq axtaranların təcrid edilmə məsələsinə toxunan Azay  Quliyev qeyd edib: “Unutmaq olmaz ki, həqiqi qaçqınlar və sğınacaq axtaranlar terrorun  qurbanı olaraq ölkələr tərəfindən tam şəkildə müdafiə olunmalıdır. Ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərdən başqa heç kim üz tutduğu ölkədə təcridə məruz qalmamalıdır. Onlar beynəlxalq humanitar qanunların tələblərinə uyğun olaraq müdafiə olunmalı və əsasssız olaraq qaçqın statusundan məhrum edilməməlidirlər. Mən  dövlətləri beynəlxalq hüququn tələbinə əməl etməyə çağırıram” .

1951-ci il Konvensiyası göstərilən proseslə bağlı qanuna əsaslanaraq verilmiş qərara uyğun olaraq qaçqınların ölkədən çıxarılmasına - deportasiyasına milli təhlükəsizlik və ya ictimai asayişə təhlükə ola biləcəyi hallarda icazə verir. Bu halda qaçqına ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün sübutların təqdim edilməsinə şərait yaradılmalıdır”. 

Azay Quliyev çıxışında BMT Təhlükəsizlik Şurasının terrorist və sığınacaq axtaranlar/qaçqınlar arasında əlaqələrin olduğunu irəli sürən 1373 nömrəli qətnaməsini tənqiq edərək bildirib ki, bu qətnamənin olduğu kimi tətbiqi bir sıra anlaşılmazlıqlara, sui-istifadələrə qanun pozuntularına səbəb olur. “Qətnamədəki müddəaların bəziləri möbcud vəziyyətə tam olaraq adekvat deyil və onların yerinə yetirilməsi qeyri müəyyənliyə, ədalətsiz qərarların qəbuluna, bir sıra hallarda isə  pozuntularla səbəb olur. Ona görə də sözügedən qətnamə beynəlxalq qaçqın hüququnun tələblərini nəzərə alaraq tətbiq edilməlidir. Terrorçuların sığınacaq axtaranlarla bağlı sistemdən sui-istifadə etməsinin qarşının alınması üçün dövlətlərin qəbul etdiyi qanuni tədbirlər günahsız qaçqın və sığınacaq axtaranların təqibi ilə nəticələnməməlidir”. 

Sonda, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev aparılan müzakirələrin, səsləndirilən tövsiyələrin qlobal terrorizmlə mübarizə konteksində insan hüquqlarının müdafiə edilməsi işinə töhfə verəcəyinə ümid etdiyini bildirib. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

09 İyul 2020, 12:48 (GMT +4)
Moskvada aprelin 5-dən indiyə qədər ən az koronavirusa yoluxma sayı qeydə alınıb

09 İyul 2020, 12:46 (GMT +4)
İsrail qüvvələri işğal edilən ərazilərdə 14 fələstinlini həbs ediblər

09 İyul 2020, 12:30 (GMT +4)
Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

09 İyul 2020, 12:15 (GMT +4)
BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

09 İyul 2020, 12:11 (GMT +4)
Professor Elton Məmmədov qızıl medalla təltif edilib

09 İyul 2020, 12:03 (GMT +4)
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

09 İyul 2020, 12:02 (GMT +4)
İranın paytaxtında 4,500 həkim və tibb işçisi koronavirusa yoluxub

09 İyul 2020, 11:50 (GMT +4)
Tramp ABŞ və Meksika arasındakı münasibətlərin "əla" olduğunu açıqlayıb 

09 İyul 2020, 11:34 (GMT +4)
DİN: Karantin qaydalarını pozan daha bir kafe aşkarlanıb

09 İyul 2020, 11:20 (GMT +4)
Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

09 İyul 2020, 11:16 (GMT +4)
Rusiya «Cəbhətan-Nusra»nın yeni «kimyəvi hücum planı»ndan xəbər verib

09 İyul 2020, 11:14 (GMT +4)
Trüdo: Kanada koronavirusa qarşı ABŞ-dan daha effektiv mübarizə aparır

09 İyul 2020, 10:58 (GMT +4)
ABŞ Süleymaninin öldürülməsi ilə bağlı BMT ekspertinin məruzəsini qeyri-obyetktiv hesab edib

09 İyul 2020, 10:55 (GMT +4)
Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

09 İyul 2020, 10:40 (GMT +4)
Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

09 İyul 2020, 10:30 (GMT +4)
ABŞ dövlət katibi İranın nüvə obyektindəki insidentə münasibət bildirməkdən imtina edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66