Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Görkəmli şair və dramaturq Cəfər Cabbarlının doğum günüdür

22 Mart 2017, 13:12 (GMT +4)

Bakı, 22 mart, SalamNews. Bu gün azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının doğum günüdür.

SalamNews-un məlumatına görə, Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il mart ayının 22-də Bakı quberniyasının Xızı kəndində (hazırda rayon mərkəzidir) kasıb ailədə doğulub. Kömürçülüklə güzəran quran Qafar kişi gözlərinin nurunu itirəndən sonra acı yoxsulluğa düçar olan ailə məcburiyyət qarşısında Bakıya köçüb. Cəfərin üç yaşı olanda atası dünyasını dəyişib. Külfəti idarə etməyin ağırlığı anası Şahbikənin üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirib və oğluna dini savad vermək istəyib. Şahbikə arvad əvvəlcə Cəfəri kiçik yaşlarında molla məktəbinə verib, lakin sonra flkrini dəyişərək onu Bakıdakı 7 saylı türk - rus (rus-tatar) məktəbinə qoyub.

Cəfər 1914-cü il-də 3 saylı ali ibtidai məktəbə daxil olub və üç il orada təhsil keçib. Elə ilk pyesini də bu dövrdə qələmə alıb. Qısa vaxtda dramaturq kimi şöhrətlənib tanınan və əsərləri müxtəlif teatr truppalarında tamaşaya qoyulan Cəfər Cabbarlı təhsilini artırmaq məqsədilə 1917-1920-ci illərdə Bakı Politexnik Texnikumunda (Sənaye Məktəbində) təhsil alıb. Hətta iyirminci illərin əvvəllərində Milli Dram Teatrının repertuarında bir neçə əsərinin oynanılmasına baxmayaraq, Azərbaycan Dövlət Universitetinin Şərq və tibb fakültələrində mühazirələr dinləyib, Bakı Teatr Məktəbində sırf səhnə təhsilinə yiyələnib.

Cəfər Cabbarlı 1920-ci ilin ikinci yarısından "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində ədəbi işçi və tərcüməçi vəzifələrində çalışıb. 1929-cu ildən isə Milli Dram Teatrında ədəbi hissə müdiri işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.

Görkəmli dramaturq 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından qəfildən vəfat edib. Məzarı Fəxri xiyabandadır. Bakıda və Xızıda ev muzeyləri, müxtəlif şəhərlərdə adına küçələr, kinoteatrlar var. Azərbaycan Dövlət Teatr Muzeyi, İrəvan Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, "Azərbaycanfilm" kinostudiyası Cəfər Cabbarlının adını daşıyır. Özünün sağlığında heç bir dramı kitab şəklində çap olunmayan Cəfər Cabbarlının ilk səhnə əsəri "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" pyesidir. Melodrama janrında işlənmiş bu əsər 1915-ci ildə tamamlanıb. Birinci qələm təcrübəsi olmasına baxmayaraq, pyes janrının estetik prinsipləri baxımından bitkin təsir bağışlayır.

Cəfər Cabbarlının "Əfqanıstan" və "İncə" adlı tamamlanmamış pyesləri vardır. Dramaturq kiçik həcmli, birpərdəli "Bozbaş qazanı" (1924), "Təzə peşə" (1925), "Yaylağa gedir" (1925), "Doktor gedə bilməz" (1925), "2000 pərdə" və "2000 gecə" (ikisi də 1927-ci ildə yazılıb) vodevil, məsxərə və pyeslərini də yazıb.

O, həmçinin, Reynqold Qliyerin "Şahsənəm", Anton Mailyanın "Səfa" operalarının librettolarını, "Hacı Qara", "Sevil", "1905-ci ildə", "Almaz", "Ölülər" kinossenarilərini yazıb. Özünün hekayəsi əsasında işlədiyi "Sitarə" opera librettosu yarımçıq qalıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

"Xızıda Cəfər Cabbarlı günü" adlı tədbir keçirilib

Mədəniyyət mərkəzində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd ediləcək

Cəfər Cabbarlının 120 illiyi müxtəlif tədbirlərlə qeyd olunacaq

Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı bu vaxta qədər xəcalət çəkirdim

Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Görkəmli şair və dramaturq Cəfər Cabbarlının doğum günüdür

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmir olunur

“Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu sərnişinlərin istifadəsinə verilib

“Cəfər Cabbarlı” metro stansiyasının birinci yolu sabah açılacaq

Sabahdan "Cəfər Cabbarlı" metro stansiyasının birinci yolu bağlanır

Cəfər Cabbarlı mükafatlarının təqdimat mərasimi olacaq

Bakı Metropoliteninin “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci yolunda qatarların hərəkəti bərpa olunub

AYB-nin tərkibində Cəfər Cabbarlı Komissiyası yaradılıb

Ucarda Cəfər Cabbarlının 115 illik yubileyi keçirilib

16 Dekabr 2019, 13:30 (GMT +4)
MN: Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

16 Dekabr 2019, 13:17 (GMT +4)
Braziliya İsraildəki səfirliyi Qüdsə köçürəcək

16 Dekabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək (FOTOLAR)

16 Dekabr 2019, 12:50 (GMT +4)
Tramp "Fox News"un impiçment barədə sorğusunun nəticələrini qeyri-dəqiq adlandırıb

16 Dekabr 2019, 12:40 (GMT +4)
AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

16 Dekabr 2019, 12:28 (GMT +4)
ABŞ Bağdaddakı səfirliyinə böyük hərbi qüvvə göndərib

16 Dekabr 2019, 12:16 (GMT +4)
Azərbaycan "Cyber ​​Shield-2019" təlimlərində təmsil olunacaq

16 Dekabr 2019, 12:00 (GMT +4)
Suriyanın gələcək üfüqündə ABŞ qüvvələrinə yer yoxdur - Bəşər Əsəd (VİDEO)

16 Dekabr 2019, 11:58 (GMT +4)
"Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək

16 Dekabr 2019, 11:48 (GMT +4)
ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

16 Dekabr 2019, 11:47 (GMT +4)
Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək

16 Dekabr 2019, 11:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

16 Dekabr 2019, 11:27 (GMT +4)
Livanda bu gün yeni baş nazirin adının açıqlanacağı gözlənilir

16 Dekabr 2019, 11:22 (GMT +4)
Türkiyə tarixindən utanmır - Ərdoğan

16 Dekabr 2019, 10:52 (GMT +4)
İran körfəz ərəb dövlətlərini yeni anlaşma imzalamağa çağırıb

16 Dekabr 2019, 10:47 (GMT +4)
Sabahdan Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut xətti açılır

16 Dekabr 2019, 10:38 (GMT +4)
ABŞ iki Çin diplomatını casusluq cəhdinə görə ölkədən qovub 

16 Dekabr 2019, 10:21 (GMT +4)
Sudan Yəmənin qərbindəki hərbi qüvvələrini çıxarmağa başlayıb

16 Dekabr 2019, 10:17 (GMT +4)
Pentaqon Türkiyənin "İncirlik" bazasını bağlamaq təhdidlərinə cavab verib

16 Dekabr 2019, 10:06 (GMT +4)
DİM başqasının yerinə imtahan verənlərin 2 ilədək həbs edilməsini təklif edir

16 Dekabr 2019, 09:42 (GMT +4)
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

16 Dekabr 2019, 09:41 (GMT +4)
Türkiyə aviabazalarının bağlanması Ankaranın səlahiyyətindədir - Ərdoğan

16 Dekabr 2019, 09:38 (GMT +4)
İraqın sabiq baş naziri ABŞ-ın ölkə siyasətçilərinə sanksiya tətbiqini tənqid edib

16 Dekabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

16 Dekabr 2019, 09:11 (GMT +4)
Türkiyə parlamenti Liviya ilə müdafiə razılaşmasını müzakirə edəcək

16 Dekabr 2019, 09:00 (GMT +4)
Azərbaycanın 3 karateçisi İtaliyada medal qazanıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66