Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları başlayıb

16 Mart 2017, 12:29 (GMT +4)

Bakı, 16 mart, SalamNews. Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku mərhələsi start götürüb. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi kubokda 23 ölkədən, ümumilikdə 85 kişi, 35 qadın idmançısı iştirak edir.

SalamNews xəbər verir ki, turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Ötən ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə dünya kuboku mərhələrinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili əlbəttə, ölkədə gimnastika növlərinin inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil edilən kubokda arenaya toplaşan tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olurlar. Yarış boyunca keçiriləcək əyləncəli fləşmoblar, maraqlı müsabiqələr gimnastika sevərlərə fərqli gün yaşadacaq.

Məşhur kişi idmançıları arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər. Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiadanın qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alır.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

FIG dünya kuboku mərhələsi martın 19-dək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir 

“AtaSığorta”nın yeni Bakı nümayəndəliyi fəaliyyətə başlayıb

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb

Bakıya yeni təcili yardım avtomobilləri gətirilib

Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib

Bakı metrosunda bəzi qatarların hərəkətində gecikmə yaranıb

Bakıda koronavirus aşkarlanması səbəbindən 4 sinif distant təhsilə keçib

Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrılıb

Bakıda kişini elektrovoz vuraraq öldürüb

Rəsmi Bakı cəbhədə baş verənlərlə bağlı məlumat yayıb

Bakıda güclü yanğın olub (VİDEO)

Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Bakıda 27 yaşlı müəllimə intihar edib

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbinə qəbul olunub

Bakıda məktəb direktorları ilə onlayn konfrans keçirilib

Bu il Bakıda daha bir yeni metro stansiyası açılacaq

"Qalatasaray" komandası Bakıya gəlib

Bakıda yaşayış binasında yanğın olub

Bakıdakı elektrik qatarlarında ödəniş bank kartları ilə olacaq

24 Sentyabr 2020, 09:31 (GMT +4)
Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini 69 dəfə pozub

24 Sentyabr 2020, 09:18 (GMT +4)
ABŞ Lukaşenkonun legitimliyini tanımaqdan imtina edib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Tramp seçkilərdə uduzacağı təqdirdə iqtidardan dinc yolla gedəcəyilə bağlı söz verməyib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yayıb

24 Sentyabr 2020, 09:07 (GMT +4)
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub

24 Sentyabr 2020, 08:53 (GMT +4)
Nazir Ceyhun Bayramov Gürcüstana gedib

23 Sentyabr 2020, 22:50 (GMT +4)
Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

23 Sentyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Bu gün daha 7 şagird virusa yoluxub

23 Sentyabr 2020, 18:00 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmaya görə anti-rekord qeydə alınıb

23 Sentyabr 2020, 17:40 (GMT +4)
Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:27 (GMT +4)
Misir prezidenti Xəlifa Haftarla görüşüb

23 Sentyabr 2020, 17:20 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 580 nəfərə çatıb

23 Sentyabr 2020, 17:18 (GMT +4)
Mask "Tesla"nın daha ucuz versiyasının istihsal ediləcəyinə söz verib 

23 Sentyabr 2020, 17:16 (GMT +4)
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb

23 Sentyabr 2020, 17:15 (GMT +4)
Rusiya Dövlət Dumasının Sədri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

23 Sentyabr 2020, 17:07 (GMT +4)
Gömrükçülər siqaret müsadirə edib

23 Sentyabr 2020, 16:49 (GMT +4)
Tramp COVID-19-la bağlı görülən tədbilərə görə özünü tərifləyib

23 Sentyabr 2020, 16:33 (GMT +4)
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan nümayəndə heyətinin Vyaçeslav Volodin ilə görüşü başlayıb

23 Sentyabr 2020, 16:15 (GMT +4)
TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

23 Sentyabr 2020, 16:14 (GMT +4)
İran bölgəyə yeni daxil olan ABŞ aviadaşıyıcısını yerli PUA-larla izlədiyini bildirib (FOTO)

23 Sentyabr 2020, 16:12 (GMT +4)
Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır

23 Sentyabr 2020, 16:00 (GMT +4)
Millimizin futbolçusunun klubunda koronavirus aşkarlanıb

23 Sentyabr 2020, 15:52 (GMT +4)
Makron: AB Türkiyə ilə dialoqa hazırdır

23 Sentyabr 2020, 15:37 (GMT +4)
Əfqanıstan hökuməti ilə Talibanın danışıqlarında mühüm irəliləyiş əldə edilib

23 Sentyabr 2020, 15:28 (GMT +4)
Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub

23 Sentyabr 2020, 15:15 (GMT +4)
AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

23 Sentyabr 2020, 15:14 (GMT +4)
Lavrov: Paşinyanın Qarabağla bağlı açıqlamaları münaqişənin həllinə mane olur

23 Sentyabr 2020, 15:06 (GMT +4)
Naxçıvana yeni ambulanslar verilib

23 Sentyabr 2020, 14:57 (GMT +4)
İranda son sutkada 184 koronavirus xəstəsinin ölümü qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66