Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib

06 Mart 2017, 20:35 (GMT +4)

Bakı, 6 mart, SalamNews. Martın 6-da Londonda Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib.

SalamNews xəbər verir ki, iclasda Azərbaycanın AZƏRTAC, Britaniyanın Press Association, Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA və İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə V Konqresin Bakıda yüksək səviyyədə keçirildiyini bildirdi, buna görə təşkilatçılara minnətdarlığını çatdırdı.

AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə ilə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən V Konqresin nəticələri barədə məlumat verdi.

Təşkilati məsələlərə toxunan A.Aslanov qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkdi. Bildirdi ki, Konqresin BMT və UNESCO tərəfindən tanınması üçün bu beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, qeydiyyat ilə bağlı müzakirələr aparılmalıdır. Konqresin 13 il əvvəl qəbul edilən Nizamnaməsində ciddi dəyişikliklər olunmasının vacibliyini vurğulayan məruzəçi Bakı Konqresində Şuranın prezidenti və vitse-prezidenti postlarının yaradıldığını bildirdi, bu məsələnin də Nizamnaməyə əlavə olunmasının əhəmiyyətini diqqətə çatdırdı.

İclasda Aslan Aslanovun təklifi əsasında Nizamnamə üzərində işləmək və təklifləri toplamaq üçün qrup yaradıldı. Bu təkliflər Şuranın növbəti iclaslarında müzakirə ediləcək və Dünya Xəbər Agentliklərinin Sofiyada keçiriləcək VI Konqresində təsdiq olunacaq. Eyni zamanda, AZƏRTAC-ın baş direktorunun təklifləri nəzərə alınaraq Şurada müxtəlif sahələr üzrə komissiyaların yaradılması barədə razılıq əldə olundu.

Şurada BTA agentliyinin baş direktoru, Konqresin baş katibi Maksim Minçev, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Şura prezidentinin müavini, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, FANA-nın baş katibi Fərid Əyyar, EFE agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo çıxış etdilər. İclasda Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq məsələləri, yeniliklərin tətbiqi, mövzular ətrafında müzakirələr aparıldı. Bolqarıstanın BTA agentliyi tərəfindən təşkil ediləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinin 2019-cu ilin iyununda keçirilməsi qərara alındı.

Növbəti Şura iclası bu ilin oktyabrında Sofiyada toplanacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

Dünyada neftin qiymətləri yüksəlib

Ayətullah Xamenei Qüds günündə dünya və regionda baş verən son proseslərlə bağlı çıxış edəcək

ÜST pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq verib

Azərbaycanda havanın temperaturu 10 dərəcə aşağı düşəcək (XƏBƏRDARLIQ)

ÜST: Dünyada koronavirusa rekord sayda insan yoluxub

Sankt-Peterburqda azərbaycanlı koronavirusdan dünyasını dəyişib

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib

Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu keçib

Fələstin Azadlıq Təşkilatı ABŞ və İsraillə imzalanmış sazişlərin ləğvi barədə xəbərdarlıq edib

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

Dünyada koronavirusa yoluxanların sayı 4,7 milyonu keçib

Ərəb dünyasının Qüds mövzusunda susqunluğu onlara İraq, Suriya və Yəmən problemlərini yaşadır - şərqşünas

Çavuşoğlu: Pandemiyadan sonra dünya əvvəlki kimi olmayacaq

Bütün dünyada Qüds şəhidi haştağı ilə virtual aksiya keçirilir

"Apple" dünyada yüzə yaxın mağazanın açıldığını elan edib

TƏBİB yenidən əhaliyə xəbərdarlıq edib

Trampın məsləhətçisi Çini turistlər vasitəsi ilə koronavirusu dünyaya yaymaqda ittiham edib

İran neft gəmilərinə hücumla bağlı ABŞ-a xəbərdarlıq edib

27 May 2020, 18:03 (GMT +4)
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq

27 May 2020, 17:33 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

27 May 2020, 17:01 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin ərazisində “Bazarstore” açılıb

27 May 2020, 16:55 (GMT +4)
Tramp Twitter-i saxtakarlıqda ittihamlandırıb və sosial şəbəkələri bağlamaqla hədələyib

27 May 2020, 16:25 (GMT +4)
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

27 May 2020, 16:17 (GMT +4)
ABŞ Əfqanıstandakı qüvvələrinin sayını 8,600-ə endirib

27 May 2020, 16:06 (GMT +4)
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib

27 May 2020, 15:24 (GMT +4)
Husilərin raket zərbəsində Səudiyyənin dəstəklədiyi hökumət ordusunun baş qərargah rəisi yaralanıb

27 May 2020, 15:03 (GMT +4)
DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

27 May 2020, 14:45 (GMT +4)
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

27 May 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 56 nəfər ölüb

27 May 2020, 14:10 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

27 May 2020, 14:00 (GMT +4)
Bakıda evdə 84 yaşlı kişinin meyiti tapılıb

27 May 2020, 13:20 (GMT +4)
İsrail Livanın quru və hava məkanını pozub

27 May 2020, 13:07 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

27 May 2020, 12:36 (GMT +4)
Bakıda avtomobil divara çırpılıb (FOTO)

27 May 2020, 12:31 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var - KİV

27 May 2020, 12:21 (GMT +4)
Lənkəranda zəlzələ olub

27 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

27 May 2020, 11:56 (GMT +4)
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:26 (GMT +4)
Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

27 May 2020, 11:06 (GMT +4)
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər

27 May 2020, 11:00 (GMT +4)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

27 May 2020, 10:27 (GMT +4)
İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

27 May 2020, 10:22 (GMT +4)
Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

27 May 2020, 09:54 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb (VİDEO)

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66